Sevinc Pərvanə. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Mart, 2008

Sevinc PərvanəBəxtsiz gəlincik

ərköyün uşaqlığımda
qollarını qopardığım
gözlərini çıxardığım
saçlarından yapışıb
yerlə sürüdüyüm
çılpaq bədənini görmək marağıyla
paltarını cırıqlayıb tökdüyümbəxtsiz gəlinciyim
səninlə taleyim nə qədər bənzər indi
ərköyün bir kişinin
qəddar əllərində
nə qədər mütidir bədənim
qırılmış qolunun sızıltısını
hiss edərcəsinə yazıq…

Sağların şeiri

yuxularımda dostlarımı dar ayaqda atıb gedirəm
uçurum kənarlarında
mitinq qovğalarında
polis dəyənəyi altında
iti ağızlı qap-qara köpəyin önündə
kömək etmək istəyirəm
həmvətənlərimə
zindanlara düşmək istəyirəm
onlarla birgə
vurulmaq istəyirəm
baş-gözü qan içində
sinələrinə saplanan bıçaqlara
sinə gərmək istəyirəm
“istefa”-deyə bağırmaq istəyirəm
içimdən gəldiyi qədər…
sabahlayıb meydanlarda.
söymək istəyirəm qoşulub onlara birağızdan
tüpürmək istəyirəm qarşımdakı
plokatdan baxan şeytani sifətə…
onların bu savaşda
nə qədər haqlı olduqlarını bilirəm
bilirəm ki
qorxmamalıyam
lazım gəlsə ölməli
döyülməli
güllələnməli
amma onları qorumalıyam
amma hər dəfə
o qara köpəkdən qorxuram
dostlarımı dar ayaqda atıb gedirəm
və dəqiq bilirəm
gerçək həyatda da
bu qara köpəyə güvən olmaz
sizi dar ayaqda atıb gedərəm
namussuzca
qorxaqca
qəhbəcə
inqilabi fikirlərinizi
yanımda açıb ağartmaqdan saqının
hakimiyyəti devirməyə qalxsanız
susun
ağzınızdan qaçırmayın
sata bilərəm sizi
cəsusluq törədə bilərəm
üzü divara dirəyib güllələyin məni dostlar
onlar sizi güllələmədən öncə…

Paydos

“südüm tutacaq səni”
sinənə döyüb də qarğıyanda məni
düşünürəm ki
təkcə süd verməkçün deyil
qadın döşləri
anam
sormadan dünyaya gətirmənizə rəğmən
bir gecəlik kefinizə bağışlayıram sizi

***

toppuşluğundan ayaqları əyilmiş
yeriyəndə ləngərləyən
gah yıxılıb-duran
arabir yorularaq
divana doğru iməkləyən
uşaqlığına qayıtmış qoca qadın
sevimli oyuncağını-
müştüyünü axtarır
divanın altında

***

irinci arvadını
hər gün daha artıq
sevdiyindən
döyüb-döyüb
intihar həddinə çatdıran babam
yubanıbmış
qarnındakı altıaylıq yavrusuyla
pərvanə qanadlarını
odlara sərən arvadının harayına
yetişincə
iş-işdən keçibmiş…
and içir anamın bibiləri
qarnındakı yavru
sağmış
çırpınırmış susuz balıq tək
ölmüş qadının bətnində
hələ xeyli…
yuyat yerində quruyub qalıbmış qadınlar
nə edəcəklərini kəsdirə bilmirlərmiş…
kəndin sayılan mollası
bir məscid tikdirən
qəbristanlıq saldıran babam
imamların şəninə
mərsiyələr deyib ağlayır indi gecələr
yetmiş yaşında
vaxtilə odda yanmış
dəri xəstəliyi tapmış
əllərini qaşıya-qaşıya…
quran oxuyur
peyğəmbərə salavat çevirir
göz yaşlarıyla
dəstəmaz alır
nənəmi qısqanır…

***

hər kəsdən çox sevirəm
alagözlümü
ilmələr toxuyurmuş kimi
oynayır əllərim
şipşirin məmələrində
salxım-salxım üzüm dərirmiş kimi…
arabir ayağıyla vurub
dağıtdığı da olur
balasına qismət olmayan
bir vedrə südü çox
gördüyü də olur
amma bilirmi görən
ölmüş balasının
qanına batmadığını
salxım məmələrini sığallayan əllərimin…
hər səhər
acqarına bir stəkan süd içməyə vərdişli
qəssab ərimə götürdüyümü
ana qəlbi duyurmu
sağdığım südü dağıdaraq
hayıf çıxırmı
hər kəsdən çox sevdiyim
alagöz inəyim ?!

* * *

bir ay əvvəl
gənc sayıla bilərdin
30 yaşında…
indisə yox.
MM belə istəmir çünki…
saxta yollarla səni də
qocaların sırasına qatmaq
ölümə yaxınlaşdırmaq fikrindədi… M M
indi saçların zil qara
dişlərin çağbacağ
gözlərin həyat dolu olsa da
hər yemək sonrası qatıq yeməyə
ehtiyac hiss etməsə də mədən
almayacaq səni sırasına
qaynar gənclik…
məndən olsa,
XI sinif ədəbiyyat dərsliyində də
dəyişiklik etməyiniz gərəkir
bundan sonra Müşfiq çox gənc yaşlarında öldürüldü
yazmayın
o da adlamışdı 29-u

***

həyatı boyu
65 litr
ağlamadı o…
bütün başqa insanlar kimi
hələ bizim azərilərin
yas məclislərində
zorən ağlamaq kimi
adətləri var ya…
aşura günlərində
14 əsr əvvəl
şəhid olmuş imamlar üçün
ağlamaları var ya…
bənzəmədi o bu insanlara
sizcə hər bir azərinin
insan ömrüncə tökdüyü göz yaşı
neçə litr
neçə damla
uyğun gəlirmi standartlara
məleykə əsədovanın dram səhnəsində
tökdüyü göz yaşlarının miqdarı…
onun hər ağlayışında isə
28-dən az oldu tökdüyü damlaların sayı
və digərlərində olduğu kimi
99% su olmadı
bu damlaların tərkibi
insan ağladıqca gözündən axan damlalardan
neçəsi sevinc
neçəsi kədərin payına düşür bilməm
amma
onu kədər ağlatdı hər dəfəsində
və ikini keçmədi gözündən axan damlaların sayı
hər ağlayışında
iki damla kədər süzüldü üzüaşağı
yanaqları boyunca
və içinə yağan
geri qalan hər 26 damla
ürəyinə yağdı…
yağdı
qərq etdi onu öz içindəcə
yaşadığı boyunca gözündən
1 mln 850 min damla axıtmış insanlar
anlamazlar ki …
daşqəlbli
qaradinməz saydıqları
çocuqluğunda belə
doğru-dürüst ağlamamış
bir insan ömrü yaşamamış
bəlkə də bir timsah ömrü yaşamış
bu adamı…

***
udduğum hava çəkimdən ağır
dolur içimə axın-axın oksigen
deşilmiş kola butulkasıyam
içim axıb gedir…
yoxam bu səhər
ən az sənin qədər yoxam.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

22 Şərh var
Şərh yazın »

  1. Bu şeirlər var ya… -))

  2. Sollarin sheiri xoshuma geldi…

  3. Əziz Sevinc xanım!

    Mən bu şerləri dərin kədər içərisində oxudum. Mən bilmirəm, bu şerəlr haqqında kim nə deyəcək, amma bir şeyi bilirəm – bu şerlərdəki Azərbaycan, onun insanı dəşhətli dərəcədə çılpaqdır

    Mən başa düşürəm ki, şarlərinizdəki çılpaqlıq Sizin deyil, yaradıcılığınızın xarakterindən doğur. Siz hər şeyi sonna qədər, bütün iryəncliyi ilə yanaşı, həm də bütün sirrləriylə birilikdə ifadə etməyə çalışırsınız. Sizin yazılarınızda hər şeyi, lap yaxından, bir addimlığından görmək kimi qəribə bir istək var.

    Mən bilirəm, bu şerlələ bu günki Azərbaycan oxucusu ilə dil tapmaq çox çətindir, çünki bu şerəlrdə çılpaqlıq – bu günki Azərbayca oxucusuna ağrı kimi, sarsıntı kimi, həqiqəti axıra qədər ifadə etmək cəhdi kimi görünmür – bu şerlər bir çox oxucular tərəfindən çox zaman suxurlaşmış, daşlaşmış, içərisində nəinki qapı, pəncərə, heç adicə nəfəslik də qalmayan təsəvvürlərin qaranlığı içərisində qəbul edilir.
    Burdakı şerlərin birində də belə bir çıxılmazdlıq içərisində çırpınan insanın obrazı var:

    Birinci arvadını
    hər gün daha artıq
    sevdiyindən
    doyüb-doyüb
    intihar həddinə çatdıran babam…

    Sevinc xanım, Sizin şerəlrində heç şübəhsiz müzakirə mövzusu ola biləcək, qəbul edilən və edilməyən, hətta təsir altında yaranmış xeyli məsələlər var, bunlar artıq sənət söhbətidir…
    Amma mənim bura qədər tanış olduğum yazılarınız, mənə belə düşünməyə əsas verir ki, heç bir şey Sizin ciddi yazıçı olduğunuzu şübhə altına ala bilməz, elə bilirəm belə bir cəhd, sadəcə ədəbi nadanlıqdır.

  4. Ədəbi nadanlıq olmasın, yoruldum oxuyub bitirincə.
    Müşahidə var, ipə-sapa düzmək də var kimidi.
    Bu şeirlərdə ruh yoxdu ən əsası. Emosiya da həmçinin. Məsələn, S. Çılğın xanımın şeirlərini böyük ləzzətlə oxuya bilməsəm də, yenə onlarda ruhun olduğunu düşünürəm. Hiss-həyəcan var.

    Amma bu şeirlər S.Pərvanə xanımın hekayəsindən qat-qat yaxşıdı.

    Uğurlar!

  5. aqressiv ruhlu olsa da, bu şeirlər real acılarla dolu…

  6. Əla….. Azərbaycan şerinə postmodernizmi Sevinc gətirəcək. Dəyişək inkişaf edək. Paydos- nədir ? (maraq məni öldürəcək) :)

  7. bir var acını görürsən,bir var gördüyün acını öz dilinin çəkimində bütün bəşəriyətin qavrayacağı bir biçim içində sunursan.Bütün oxucularla ortaq bir havada nəfəs almağa yönəlirsən,vurğu isə ORTAQLIQın üstündədir. Ölüm acıdırsa , öldürülmək daha acıdır ,üstəlik öz yurdunda öz elində öz qardaşının əlində öldürülmək ola…ancaq şairin yaşadığı bu acı kimsəni söyməyə , kimsəni aşağılamaya heç bir ehtiyacı yoxdur(özünü də eləcə) qoyun bir örnək verim:

    BOYNUMU QUCAQLAMAĞA
    BİLİRƏM
    BOYUN ÇATMAZ
    BU ÖLKƏNİN DAR AĞACLARI UCADIR
    *
    BELƏ Kİ DARLARI UCA QURURLAR
    SON GÖRÜŞDƏ
    BOYNUMU QUCAQLAMAĞA
    BİLİRƏM
    BOYUN ÇATMAZ
    ——————
    özünə söyüş , özünü alçaltma , ədəbiyatda sınanmış və yetərincə tapdanmış yoldur.Bu yol , yaradıcının özünün seçdiyi və bilərəkdən izlədiyi yoldursa demək başqalarının təkrarında kölgələnən bir yaradıcıdır.Yox , məncə bu şeirlərin yazıçısı özünün dil qabliyəti və ifadə tərzi ilə bunun tərsini sərgiləyir,bu şeirlər hələ “yaradıcılıq” anlamından uzaqdadırlar.
    Yuxarıda verdiyim şeir, Seyid Heydər Bayatın Alma Yolu adlı kitabındandır.Kitab hələlik basılmayıb.

  8. Nə bu boyda hay-küyə, nə də bu qədər şərh-şivənə layiq bir şey görmədim bu yazılarda… Sadəcə “çəngəl-bıçaq məsələsi” çox rəqsanələşdirib bu xanımı vəssalam…

  9. Birinci sheirde muqayise yaxshidi. Ammasi… Taniyanlar bilir sheirdeki aşırı aqressiv ruhu nezerde tuturam. Poeziya olan misralarda meni onu beyenmeye qoymayan menevi-psxoloji-etik sebeblerdir (bu zovq meselesidir ve bu fikrilerimin Sevincin istedadina dexli yoxdu). Eyni shey uchuncu sheirde bash verir. Ikinci sheir bedii cehetden eifdi. “Toppuşluğundan ayaqları əyilmiş!” maraqli ve yaxshidi. Novbeti sheiri (babayla bagli) oxuya bilmedim. Tekrar choxdu Sevincde – kishilere munasibet butun sheirlere sizib ve adama ele gelir ki, Sevincde nese maniya var. MM-le bagli sheirde fikri maraqlidi, amma icra zeifdi. Bununla bele ayri-ayri hisseler xosh gelir.
    Bele Sevincdi de, ayri ne deyim? amma bir qram sevincli (oxu işıqlı) bir shey yoxdu yazdiqlarinda – buna heyfslənirəm…

  10. birinci sheiri chox beyendim.
    umumilikde yaxshidir. sevinc sheir yazan xanimlar arasindan sechilir. illah da semimiliyine gore. bu boyuk shertdir
    ugurlar

  11. Sevinc xanim, maraqli seirlerdi uqurlar.

  12. Belə demək mümkünsə, sevinc ədəbiyyatımızın Rəqsanəsidir.

  13. Hörmətli Terror heç olmasa, nikindən utan. Ən azı o qızcığaz səndən qat-qat artıq mənəviyyata və ədəbi biliklərə sahibdir.

  14. salam sevinc xanim siz realliqi yaxsi derkelemirsiniz. gi de moposson:(beseriyyet yalniz axmaqlardan ibaret deyildir)

  15. Hörmətli Abdullah əkə, birincisi mənim adım Terror yox, tERROR-dur. İkincisi o qızcığaz yox, artıq arvadcığazdır. Üçüncüsü isə onun ədəbi bilikləri və mənəviyyatı elə yazdığı “çəngəl-bıçaq”dan bəllidir.

  16. sevinc,niye bir sagchiya gore butun sagchilara aid edirsen bu sheiri.men hele azerbaycanda mitinq,piketde ozune sol usyanchi deyen birinin doyolduyunu gormemishem.siz de sagdan yapishmisiz
    azerbaycanda olan bir iki usyanch solchu adi chekin lutfen.bu shertle ki hemin shex meydanda bir-iki dubinka yemish olsun

  17. Rəqsanə sayağı…

  18. sevinc “saglarin sheri” tesirlidir, mushtuk axtaran nene de ecebdir, sonuncu sheirin ise tamam bashqa cur deyerlidir. bezen sherler o qeder dogru ve semimidir ki adam hezm ede bilmir, gozune saxta xallar atsan (quba meydaninda qovurmaya tiryek qatan cizbizchi kimi), hami bayilacaq. ama ne et meli bu senlik deyil… ugurlar…

  19. Pərvanə nədir? Bu təxəllüs könədənqalmadır. Siz axı yenilik tərəfdarısız. Mən Sevincə təklif edirəm ki, o təxəllüsünü dəyişib Rəqsanə qoysun. Məsələn “…indi isə çıxış edir Sevinc Rəqsanə…”…

  20. tERROR sen tERROR yox sadece ERRORsan. agzina geleni yazma lutfen. reqsane ozunsen

  21. Sevinc xanim, serlerinizi de oxudum yazinizi da. Duzu, edebiyyati bu gune dusmus bir olkenin ucuruma getmesine teecublenmeye ehtiyac yoxdur. Maraqlisi odur ki, bezileri bu iyrenc yazilari bize “edebiyyat” kimi sirimaga calisir. Yaza bilmirsiniz yazmayin. Onsuz da heckim oxumaq istemir. Sadece insanlarin esebleriyle oynayirsiniz

  22. Sevinc xanım salam təsədüfdən Sizin şerlərinizə rast gəldim oxudum,oxudum yetərincə oxudum çalışdım yaddaşıma köçürüm şerlərinizdə qeyri adi bir doğmalıq duydum

Şərh yazın