Qaynar xəbər portalı

Rovşən NaziroğluDedim-dedi
və ya paşol k çortu, Əruz!

“Qönçə-dəhan” bakirə qız deməkdir. Ustad dedi, mən eşitdim. Fikirləşdim. Birdən yadıma düşdü ki, bizim köhnə məhəllədə qeyrət inspektoru Bəkirin şırtısı çıxmış qızı Laləyə də məhlə uşaqları nədənsə “qönçə-dəhan” deyir. Lalə ayağı sürüşkənin dal ayağıdır. Bir də lap əlinə əl dəyməmiş olsa belə, bu qönçə-dəhan sözü yaraşmır axı Lalənin ətli, qalın dodaqlarına. Burda, əlbəttə, bir sirri-müəmma gizlənib. Yoxsa o boyda ustadi-əruzxan boş yerə soz deməz. Ustadla sağollaşıb çaparaq çatdırdım özümü məhəlləyə. Qalxdım pillələri, döydüm qapını. Davamı…