Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 90-cı ildönümü ilə əlaqədar “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub. APA-nın məlumatına görə sərgidə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan bəhs edən müxtəlif dillərdə çap olunan 300-dən çox ədəbiyyat nümayiş etdirilib. MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğın və soyqırımların qədim tarixi olduğunu bildirib. AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxışında bugünkü Ermənistanın Şimali Azərbaycanın torpaqları hesabına yaradıldığını, onların Qafqazın yerli etnosu olmadığını bildirib. Alim 1905-1906, 1918-1920, 1948-1953, 1988-ci illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya barədə Azərbaycanın orta məktəblərində mühazirələrin oxunmasının, şagirdlərin məlumatlandırılmasının zəruri olduğunu vurğulayıb.
« Rəbiqə Nazimqızı. Şeirlər. | Əsas səhifə | Afişa: Aprel ayında Azərbaycan teatrlarında göstəriləcək tamaşalar »




Bölmə:








