Qaynar xəbər portalı

Kitab dünyası


RəbiqəNovruz

Şəkərbura, paxlava, qoğal,
Papaqatma, yuxuyozma, fal
səməni, şam, qaralı plov,
və həyətdə ucalan alov
deyilmiş,
həm də bir gün sonra köhnələn
günmüş Novruz…
Kirayə

Üşüyürəm.
Ağır olmayan,
isti saxlayan paltar lazımdı…
səsinə bürünsəm, olarmı?

İlk dəfə

bir az çadır toyu,
samovar tüstüsü,
bir az göyun bənövşəyi üzü,
bir az yağış aldatdı məni.
Xoş gəldi küçə nəğməsi,
maşın səsi,
palçığın astaca çəkmələrimi silməsi,
bir də ürəyimdən asdığım
“həyat gözəldir” kəlməsi…

Şəkil

bir, iki, üç.
bir az güc.
bir mismar,
bir də çəkic.
çərçivə lazım deyil,
yerini gözəl bilir bu şəkil.
oturmaqdan yorulub,
sakitcə divarında dayanacaq

Ölçü

Arzularım
quru yuxa kimi
ovulub tökülər
sənə toxunsam…
bax bu qədər doğmasan…

Beyin idmanı
(Xp-1)

Dinc dayan,
əvvəl niyyətini de,
sonra öyrəndiyini.
Bu, dərs deyil, qorxma
amma əllərini qaldır.
Nə qədər az bilsən,
günahın o qədər azdır, demək.
Əllərini çiyinlərinədək qaldır və əyil.
Hiss edirsənmi, yükün necə yüngülləşir?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Mart 30th, 2008 tarixində 17:28 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

12 şərh var


  1. Ryabina adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 18:58 yazıb:

    Rəbiş…mən çox fikir vermişəm ey…AYB-çılar hər yerdə çənələrinəmi, yanaqlarınamı, gicgahlarınamı barmaqlarını yapışdırıb şəkil çəkdirirlər…artıq əsərin üstündə şəkildən bilirəm ki. bu müəllif AYB-çıdı ya yox…-))

    Sən də…?-))

    Şeirlərin isə davamlı olsun…oxuyub dincəlirəm…Uğurlar…


  2. Gulya(geleceyin kecmisi) adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 19:19 yazıb:

    ugurlar olsun amma şeriniz ugurlu alınmayıb


  3. Rebiqe adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 19:45 yazıb:

    Rya ve digerleri, suallarinizi bloquma yazin, cavanblandiraram. -))


  4. men adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 21:27 yazıb:

    cox zeif coox


  5. Sima N. adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 21:43 yazıb:

    a/Arzularım
    quru yuxa kimi
    ovulub tökülər
    sənə toxunsam…
    bax bu qədər doğmasan - bu misralar gözəldir, digərləri isə… :((
    b/palçığın astaca çəkmələrimi silməsi, - bu ifadədə yanlışlıq var


  6. ZUZU adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 08:54 yazıb:

    ilk defe seri xosuma geldi.ugurlar


  7. scorpion adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 09:25 yazıb:

    Üşüyürəm…səsinə bürünsəm olarmı… gözəldi…


  8. Şahanə adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 15:22 yazıb:

    Scorpion düz deyir…


  9. Qadjiyev adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 15:35 yazıb:

    “Kiraye” daha qeshengdi…

    Ugurlar…


  10. Rebiqe adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 15:39 yazıb:

    teshekkur edirem…
    məni qurtar… nədən?

    kömək elə… nəyə?

    dözmürəm mən… niyə?

    eh, suallar qoymur

    dua eləməyə…

    ***
    Möhkəm divar axtar

    qırx qıfıl vur qapıya

    dəmir üzlüklü nəfəsliyə

    yaxın getmə

    adamlıqdan çıxmadın hələ -

    deməli, təhlükə var - gözlə…

    Bunlar da hemin silsiledendir, sadece, sheirleri gonderenden sonra yazildi…


  11. ehtiram adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 17:54 yazıb:

    sonucudan başqa hamısı qəşəngdi


  12. Aynur adlı istifadəçi, Aprel 7, 2008 tarixində, saat 14:11 yazıb:

    Rebish, kiraye eladi

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: