Cavidan. Esse.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Mart, 2008…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər…Qadınların hər zaman kişilərə yazığı gəlir. Qadallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
***
Əslində hər bir kişi özünə qadın axtaranda ilk-əvvəl öz ruhunun, mahiyyətinin çəkisini ölçüb dəqiqləşdirir, rastlaşdığı qadınların qanad ölçülərinə, uçma sürətinə, neçə kişi gücündə olmasına diqqət yetirərək seçimini edir. Sonra bu qanadları əzizləyir, o yan-bu yanına keçib də ağzından dürr kəlmələr səpir, bu qadının dünyanın bütün qadınlarından daha gərəkli olduğunu deyərək də tam ruhuyla hoppanıb belinə minir. O anlarda uçub-uçub həyatındakı (sən belə düşünürsən, çünki sənin həyatın sənin yüklənmiş belinlə eyni bir şeydir) kişini ucalıqlara, dağ başlarına, mələk fəzalarına aparmaq istəyirsən.
Əslində bunu istəyən kişidir, sən yox. O , sadəcə bunu sənin də istədiyini sənə yaxşıca təlqin edə bilib, vəssalam…
***
Sən uçursan.
O, bir az da yüksəyə qalxmanı istəyir.
Sən yorulursan.
O isə sənin dincəlmək ehtiyacın haqqında düşünmək belə istəmir, səni dilə tutur, sənə yalvarır, sən isə qadınsan, kişi yalvarışlarından ürəyin yuxa olur, yorulmuş qanadlarını çırpa-çırpa bir az da yuxarı qalxırsan.
Mələk fəzalarına çatanda onun son dərəcə xoşbəxt, özünün son dərəcə yorğun olduğunu anlasan da öz yorğunluğunu onun xoşbəxtliyinə qurban verib susursan…
O isə təəccübdən və bu qadına heyranlıqdan gözləri bərəlmiş mələklərə meydan oxuyur, onu bu qədər yüksəldən qadının boynunu qucaqlayıb pıçıldayır:
- Məni daha yüksəyə qaldır… mələklər arxada qalsın…
- Daha yüksəkdə Tanrıdır. Onun məqamına qaldıra bilmərəm səni.
- Sən bunu eləməlisən, axı sən məni sevirsən?!
- Mənim qanadlarım yorulub. Mən Tanrının yanına qaldıra bilmərəm səni…
- Sən bunu eləməlisən…- pıçıltılar qulağından girib beynini dumanlandırır.
- Mən bunu eləməliyəm…- sən də pıçıldayırsan.
-Axı sən məni sevirsən…- daha bir duman gözlərini örtür.
- Axı mən səni sevirəm…- pıçıldayırsan.
Amma yorğunsan, qanadların sözünə baxmır, hər an yerlərə çırpıla bilərsən.
İndi sən yalvarırsan:
- Gəl düşək aşağı, mən daha uça bilmirəm.
- Yox! Olmaz! – qəti cavab gəlir.
- Mən dincəlməliyəm. Sonra, dincimi alandan sonra bir də uçarıq.
- Bir az qalıb, bir-iki qanad da uçsan, məni Tanrının yanına qaldırmış olarsan.
- Bu yolda od var, mən yana bilərəm, – ağlayırsan.
- Mənə dəxli yoxdur!- qışqırır başına.
- Axı mən yansam, sən özün də yıxılarsan?! – son bir ümidlə xəbərdarlıq edirsən ona.
- Yoox! Öncə mən səni öldürərəm! – bayaqdan boynunu qucaqlamış qollar aralanır, bayaqdan köksünü sığallayan əllər boğazına pərçim olub səni boğur, boğur, boğur…
- Uç, məni qaldır, bir az da, bir az da…
Tanrı qəzəbi od kimi qarsır qanadlarını, artıq heç nəyin fərqinə varmadan aşağı, yerlərə, alçaqlıqlara yuvarlanırsan. Belindəki yükün ağırlığı altında, qanadlarının yanmaqda, məhv olmaqda olan azadlığının ağrılarıyla, boynuna sancılan kişi caynaqlarından köksünə axan qanın ürəyindəki bütün sevgiləri yuyub aparması dəhşətiylə daşlara çırpılırsan…
Artıq yarımcansan, ölürsən, nəfəsin belə kəsilməkdədir…
Belində olduğundan, sən daşlara çırpılanda belə əzilməyən kişi ruhu bütün qəzəbiylə ayağa qalxıb səni təpikləyir, yorulmuş, yanmış qanadlarını qırıb tökür…
Son nəfəsində:
- Axı mən səni sevirəm…- onun sənə öyrətdiyi yeganı duanı pıçıldayırsan.
- Toyuq ağıllı! – deyib sənə tüpürür və… gedir…





Yüklənir...
Gözəldir!!! Təbrik eliyirəm Cavidan xanım… Qanadlar və qandallar…
1.
incə kürəklərində mələk qanadlarıyla doğulan qadınlar , çılpaq ayaqlarında qandal gəzdirən kişilərə niyə və necə minik verdiklərinin fenomenində qalıram.
2.
atamın atası evə apardığı yoldaşının üzünü ancaq toy gecəsində görmüşdü,atam dayısı qızıyla evləndi,demək galacak həyat yoldaşını daha öncə görübmüş,ancaq bir birinin gözlərinə baxıblarmış , baxmayıblarmış bilmədim.Mən evləndiyim qadınla yeddi ilidi birlikdə yaşıyırdım və evlənəndə iki uşağımız vardı.Bunları Norveçli Tarye qocalar evində çalışdığım günlər söyləmişdi.
3.
Qadınlarımızın içində durulma gedir, bu gözəldir
ancaq qarşı cinsiyətə olan aşırı baxış , onları öz kişisəl yaşayışlarında gözlənilməz acılarla cəzalandıra bilər.
4.gözəl və poetik başlanışlı bu esse , məncə öz gedişində yazıçının siyasal , toplumsal düşüncələrinin qorbanı olur…yolunuz açıq olsun sevimli Cavidan xanım.
Isterdim, ah nece isterdim ki, deyim, sen haqsizssan. yazini oxumadan bele yazmaq istedim, inanirsan – onyarqiyla chigirmaq istedim ki, siz kishilere qarshi haqsizliq edirsiz. Insanlari qadina-kishiye bolmeyin, hamimizin yanlishliqlari var demek istedim… Amma ichimde hech vaxt qarshi chixa bilmediyim hiss dedi, yox, yazini oxu. Oxudum ve indi pichiltiyla oz-ozume soyledim – qanad ve qandal – sen haqlisan, Cavidan!
Opurem, baci…
Muellife daha yaxshi yazilar arzulayiram. Ancaq bu, vulqar alinib… Minib-capmaq ve s. ve i.a. Iki cinsin munesabietlerinde daha ince ve sirli qata enmek olardi. Sherh yazanlarin da semimiliyene inanmaq isterdim.
Gozel xanima ugurlar!
ela rya.cox maraqli yazi alinib
Adamın əlinə gözəl mətn düşəndə, mətindəki əyər – əskiyi daha tez görür.
Heç şübəhəsiz bu hekayə (mən bu yazıya esse deməzdim) istedadla yazılıb. Hekayədəki «qanad» obrazı öz bədii həllini tapıb, «qandal» obrazı isə yox.
Bəlkə, Сavidavn xanım, Siz heç dərinə getməyib («qandal» obrazı əsaslandırılmadığından hekayəni ağırlaşdırıb), qadınların qanadlı, kişilərin isə qanadsız doğulduğunu deməklə kifayətlənəsiniz. Kişələrin qanadsız doğulmalarına baxmayaraq, uçmaq arzusu ilə alışıb yanadıqlarını öz plana çəkəsiniz
Qanadlılar uçmağın və uçub yorulmağın nə olduğunu bildiyi üçün bir o qədər də uçmak həvəsində olmurlar Amma qanadsız doğulub uçmaq arzusu ilə alışıb yanmaq, qanad axtarmaq, bunu qanadlı qadında tapmaq, məhz buna görə qanadli qadını sevmək və sonda tapdalamaq… Elə bilriəm məsələnin belə qoyuluşu hekayənin psixoloji baxamdandan da təbiliyini artırar.
Bu hekayədəki konflik uçmaq istəyənlə, uça bilən arasında baş verir. Hekayəni mahiyyətində bu dayanır.
Əslində, təkrar edirəm, hekyaə uçmaqla, uçmaq arzusu arasındakı ziddiyyətlər üzərində qurulub. Elə buna görə də «qandal» söhbəti artıqır
Mövzu, hekayə üçün zəruri olan ziddiyyətlər, bu ziddiyyətlərin doğurduğu faciə tapılıb, amma axıra qədər hiss olunmayıb.
Bəlkə yanılıram.
Hər halda mən belə düşünürəm.
Dogrusu, anlamiram ezizim Raset Pirisoyu hekayede (janr meselesinde onunla raziyam) zeruri zidiyyetler ve bu ziddiyyetlerin dogurdugu facienin tapildigini iddia edende metne, mezmuna diqqet edirmi? Bu ziddiyyet, uzr dileyirem, minenle minilenin ziddiyyetidi?..
Sohbet nagilda-filanda efsanevi qushun – Simurqun-filanin belinde ucmaqdan (ve xilasdan) gedirse, bu, ziddiyyet yox, nese bashqa sheydi…
Hörmətli Qurban bəy, salam.
Mən Sizi tamamilə başa düşürəm, Sizin halınıza acıyıram, amma mən neyləyə bilərəm? Axı hekayənin müəllifi mən deyiləm.
Siz tamamilə haqlısınız, ziddiyyət minənlə minilən arasında baş verir, ortada Simurq quşu – filan yoxdur, belə olsaydı, çox güman ki, hekəyə bu cümlə ilə bitməzdi:
«… sənə tüpürür və … gedir»
Cavidan xanım, əladı və bu (əla olması) qətiyyən təəccüblü deyil…
…Əksər hallarda olduğu kimi…
Uğurlar.. Davam edin…
Rasət bəy pirisoyun göstərdiyi “çat”essenin quruluşunda bulunmuş doğru bir çatdır.Mən də öz anlayışımı bildirirkən 4.cü bölümdə göstərdiyim:
“gözəl və poetik başlanışlı bu esse , məncə öz gedişində yazıçının siyasal , toplumsal düşüncələrinin qorbanı olur”
yazırkən məhz bu “çat”bu çatışmazlığı,ancaq quruluşda deyil içərikdə göstərmək istəmişdim.
Rasət bəyin diqqəti və göstərdiyi çatışmazlıq olduqca dəyərlidir.
Hech tereddudsuz deyirem ki Axir vaxtlar oxudughum en gozel hekayelerdendir (bu esse deyil).
Hekayede qadinin zerif ruhu var ve bu da hekayenin gozel alinmasinda boyuk rol oynayib. men adeten yazilara sherh yazmagha tenbellik edirem amma bu defe bu yaziya sherh yazmaya bilmedim. Umumiyyetle Cavidanin ela qelemi var… ve bir de ruhu.
Mene en chox tesir eden ele onun ruhudur…
Heddinden artiq zerif ruh/
Ughurlar.
Yer üzünün bütün qadınlarımı qanadlı, bütün kişilərimi qandallı, Cavidan xanım?
Yoxsa, bu, yalnız bir Azərbaycan reallığı?
Haqlısınız, bəylər, Cavidan xanım gərək “minmək” yox, məsələn, “öz yerini qadının belində rahatlamaq”, ” qadının belində oturmaq”, “Qadının belində əyləşmək”, “Qadının belində sürücü və ya süvari funksiyasını daşımaq”, ah, unutdum, “Qadının belinə qonmaq” kimi ifadələr yazaydı. Yoxsa ki, “minmək”.Adamın ağlına min dənə fikir gəlir – yerini rahatlamaq, oturmaq və s kimi.
Foto qədər olmasa da, yazı qəşəngdir… -)
Bu ne şekillerdi menim heç xoşuma gelmir ele bil manikenlik yarışmasıdır.ireli getmekden keçmişe gedirik.Yazını beyendim xoşuma geldi,şehane xanımın sualıda yaxşıdır cavabın eşitmek isteyerdim yazarın.Menim fikrimce yox tek bizde deyil men çox müsalman ölkelerini gezmişem demek olar ekseriyyeti o cürdür.Hele Türkiyyeden Azerbaycandan da veziyyet pisdir.Size ugurlar
Mən bir dəfə eskimoslar haqda bir sənədli filmə baxanda əmin oldum ki, kişilər doğrudan da sanki qadınlara xidmət etməkçin yaranıblar…Təsəvvür edin ki, bir dəstə eskimos kişi(erkək eskimos da deyə bilərik yəqin) bir neçə aylıq məsafəni zülümlə qət edib sığın ovlayır və sonra eyni yolu geriyə, qadınlarının yanına qayıdır, sığını onlara təqdim edirdilər..halbuki bu kişilər bu sığını elə ovladıqları yerdəcə yeyib harda gəldi qalıb yenə nəsə ovlayıb yaşaya bilərdilər…Amma yoox…onların şüuraltında gizlənmiş xidmətçilik hissi və qollarındakı görünməz qandallar buna imkan vermir ki, vermir…
“Tak çto”, Şahanə, kişilər elə hər yerdə qandallıdırlar…və öz qandallarını qadınlara verib onların qanadlarını əldə etməkçin nəyə desən hazırdırlar…
Qadınlar, qanadlar, qandallar…nə isə…
…öz qandallarını qadınlara verib onların qanadlarını əldə etməkçin nəyə desən hazırdırlar…
Mohteshem fikirdi…
Razilashmayanlar sadece etiraf elemek istemir…
Tipik genderizmin nümunəsi…
P.S. Belə çıxmır ki: bəs mavilərlə çəhrayılar necə, həm qandallıdırlar, həm də qanadlı!?
Art qardaş, dediklərinizin qanadlarında lələk yoxdu, qandallarında isə açar.
Elə buna görə də çaşıb qalıblar, bilmirlər neyləsinlər, necə eləsinlər.
sizi görüm neylim, neceliyim deməyəsiz, Art qardaş.
Mehebbetin qanad acan qol acan,
Qol bagliyan qolbagin da olarmis
(M.Araz)
Qadinin mehebbeti kisiye qol-qanad verir…amma ele eyni qadinin qolundaki qolbaq kisinin el-qolunu baglayir…
bir soznen , qanadlandiran da , qandalliyan da qadindir.
…romantik,gerceklikden uzaq,ifrat feminizmin eks olundugu essedir.senin “kisinin olumu” seirini beyenmisdim,orda heqiqet variydi.hem de maraqli tapintilar..bu yazini ise qurasdirmisan,ozu de kisi dusmenciliyini esas alaraq.
…qadini melek olan kisi onu bogmaz narahat olma(qadin melek ola bilse).eksine o da melekleser.
ugurlar…
bu esse növbəti dəfə sübut edir ki, kişilər üçün sevgi həyatın bir epizodudur, qadınlar üçün isə – həyatın məğzidir. Bu, mənim deyil,adını unutduğum bir filosofun fikridir.
Bir qədər ağır quruluşlu, ifrat emosional olsa da, ümumən maraqlı müşahidələrdir.
Qandallara (amma sevə bilən kişilərə yox!) yox deyək!
eskimolardan yazdigin,eserden daha maraqli idise de,duzgun deyil…
“kisiler sigini ozleri yemirler ki,qollari qandallidir,yeni, gorunmez xidmetcilik qandallari onlara imkan vermir ki yesinler”)))))))))
senin insan fitratindan xeberin yoxdu???
insani yasadan kimese xidmet etmekdir esas odur ki temennasiz olsun.ele yazmisan ki sanki kisiler sehv edibler.
qadinlarin da istediyi bu deyilmi??kisiler qandaldan “azad” olsalar qadilarin qanadi sinmazmi???
…xosbextlik ise,her ikisinin qandalli olmasidir.
maraqlidir,kisiler sigini qadinlara verenden sonra qadinlar da qanadlarini kisilere verdi??yeqin sonda kisiler kosmosa ucub)))
hami qandallidi.here bir seye.bu deqqiq beledi!!!
qanadi qandalsiz qadin
sen kimin ucun yasadin???
OOO! Demə sevgi qadınların məğzi imiş. Marqlıdır. Sevgi qadının , ya da kişinin deyil, insanın məğzidir. Amma bu kirli günlərdə sevgi kimdə qaldı ki? Bir dönün- təklikdə özünüzə sual verin- neçə dəfə xəyanət etmisiniz? Sevgi belə kolayca dilə gələn bir kəlmə deyil. İndi yazarların dilində “sevgi” siyasətçi dilində “dialoq” kəlməsiqədər ucuz bir alətə çevrilib. Yox bir qandal, qanad… Sadəcə sevməklazımdır insanları. Pislik etmədən, xəyanət etmədən… Hətta düşməni də sevmək…
Yeter ki, sevmeye gucumuz olsun-ferqi yoxdu kimi, neyi… Meselen, wexsen oz adimdan deyirem seve bilen insanlara qibte edirem. Men bunu bacarmiram:((( Ve sizi emin edirem ki, insanin butun(!) bedbextliklerinin bawinda sevgisizlik durur. Butun facieler sevgisizlikden dogur. Ele bil ki, her wey, hami oz sevgisizliyinin acigini etrafindan, dolayisiyla dunyadan cixmaq isteyir. Sevgisizlik insani heyvana cevirir (emelli-bawli heyvana(“heyvan” – yeni ki, canli, bawa duwduyumuz heyvan deil, sadece canli, ruhsuz ve ureksiz)). Ele isteyirem ki, ici ozum qariwiq ruhu ozunde olan insanlar olaq. Heyif…
Yaziya gelince, ugurludur, maraqlidir, kederli de olsa xow teessurat buraxir ve bu ugurun davamini dileyirem!
Qadınlarda ruh kompleksi güclüdür ona görə onlar uça bilirlər… Kişilərdə bədən kompleksi güclüdür ona görə də onlar həmişə heyvani instinktlərinin əsiri olurlar… (Sevginin, intellektual səviyyənin və s. bura heç bir dəxli yoxdur…)Kişilərin qandalı onların təcavüzkar mahiyyətləridir…Bədənin ruhla əbədi mübarizəsi… Mən bu esseni belə qəbul eliyirəm… Mənə əvvəl elə gəldi ki, burada hər şey çox aydın şəkildə ortaya qoyulub…ona görə də şərh eləməyə ehtiyac duymadım… Ancaq burada qandal sözünə etiraz eliyən həmcinslərimin (kişilərin) qandala etirazı çox gözlənilməzdi… Bir də “minib uçmaq” məsələsi…əzizlərim həmişə bizi göylərə qaldıran(uçuran)qadın məhəbbəti olmayıbmı? O nəhayətsizlikləri, ucalıqları gördükdən sonra o qanadları yandırıb kül eliyən də biz deyilikmi?
eziz scorpion kisi/qadin ruhunun ferqi yoxdu.ruh hemise yaxsiya yonlendirir…bir de pis yone ceken nefs var,o da butun insanlarda var.
“kisilerde beden ,qadinlarda ruh gucludur”)))belke de.
beden ruh mubarizesi butun insnlara xasdir,kisilere yox:
YUSIF peygember haqqinda esitmemisen?o,”heyvani instiktler”inin esiri olan ZELIXANI peygember arvadi seviyyesinde terbiyelendirir.bu barede Quranda var,oxuyarsan…
“bizi goylere qaldiran qadinin mehebbet qanadlarini, ucaliqlara qalxdiqdan sonra yandirib kul edirik.”
bu fikir yalnisdir.
ya da bu fikir bir halda duzdur ki,kisi ve qadini birlesdiren mehebbet olmasin.
heqiqi mehebet tukenmez.
Allahi sevmediyimizi ne vaxtsa deye bilerikmi?inanmiram.eksine,her hadiseden sonra ona daha cox baglaniriq…
mence ruh da eynidir.ruha mehebbet de tukenmez.temizliye,safliga mehebbet niye tukensin? G
Yaddaşım mənə kələk gəlmirsə, “Kultaz”da fikrin “əmmasız” müzakirə edildiyi yeganə yazı yuxarıdakı esse oldu…. Müəllif qalıb bir kənarda, yazı müzakirə edilir… Deməli, cənablar, xanımlar, sevinclər, yazının içində “fikir” olanda, oxucu sövqi-təbii olaraq müəllifi, formanı yox; mənanı, fikri, məğzi müzakirə edir.* Oxucuya “yazını müzakirə et, məni yox” yollu təlqinlərə ehtiyac yoxdur gördüyünüz kimi.
Burdan belə çıxır ki, yuxarıdakı müəllif sadəcə yazmır, nəsə də deyir…
*Adı Sevinc olanlar üç dəfə oxusun bu cümləni… -)
qanadlarimsan qadinim
qanadlarim.
qandallarimsan…
bele bir ser oxumusdum, muellifi yadimda qalmayib
Sen ele menim ozumsen ki, pis cixmasin…
Sen bilirsenki bir vaxtlar menim hardasa texmini dushnduklerimi yazmisan…?
Deye bilersenki nece olar axi bunu dushune bilersen?
Deyim: Men psixoloqam, bele fikirler menim bashimda tugyan eliyir nece illerdi.
Gel bir menim saytima bash cek, deyesen xarakterimizde paralellik var…
təssüf ki bu mətni indi oxudum.qadın-kişi məsələsi yeni deyil.buna münasibət bildirməkdən vaz keçirəm.hekayəyə gəlincə deməliyəm ki kifayət qədər uğurlu alınıb.Cavidan istedadlı yazardır.onun yazıları həmişə maraq doğurur.yaxşı yazılara fikir demək məsuliyyətli işdir.müəllifi təbrik edirəm.qəbul etmədiyim ziddiyyətli fikirlər mətnin dəyərini azaltmır.