İlə görə arxiv: Mart 2008


Mədəniyyət və Turizm Nazirliyi yeni mükafat təsis etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Mart, 2008

KultAz: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində “Zirvə” mükafatını təsis edib.
Mükafat teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslər üçün nəzərdə tutulub. Qeyd edək ki, mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Qalibə hər biri 5000 manat həcmində [...]



Qəşəm Nəcəfzadə. Bir yandan da bu yağış…

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 14 Mart, 2008

Rəsul Rzanın Moskvadan Anara yazdığı məktubdan: “Ani bala, bu məktubu alan günü, alan günü ha…”
22 dekabr 1957-ci il
Suqovuşanda…
Bu günlərdə İntiqam Qasımzadə qəflətən dedi: “Ay dad, Anarın 70 yaşı var.” Əslində bu zamana, vaxta işarə idi. Zaman Anarda daha cox görünür. Bütün anarseverlər bu yaşa heyrətlənir. Zarafat deyil, Anara sevgimizin 70 yaşı tamam olur.
Bir dəfə [...]



AFİŞA: “Bu meydan, bu ekran” – qısametrajlı filmlər festivalı.

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

Zaman: 14 mart, saat 19:00
Məkan: “Aktyorlar evi” (Rus Dram Teatrının qarşısında, “Sultan” restoranının yanında)
1. “Pəri qala” (rej, İlqar Səffət və Mikayıl Mikayılov); üslub – avanqard.
2. “Düyün” (rej, Əli İsa Cabbarov, bəstəkar Xəyyam Mirzəzadə), üslub – psixoliji dram.
3. “Yalançılar” (rej, Əbdülqəni Əliyev, bəstəkar Firudin Allahverdi), üslub – sosial melodrama.
4. “Qanadlarıma sığal çək” (rej, Samir Kərimoğlu), üslub [...]



“AzDrama” gənc istedadları cəlb etmək istəyir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün mədəniyyət ocağının nəzdində studiya açılacaq. Yaradılacaq yeni studiyada 6 ay ərzində gənc aktyorlar üçün dərslərin təşkil edilməsi nəzərdə tutulub.



“Poeziya günü” toplusu nəşrə hazırlanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

Nəşrin hər buraxılışı Novruz bayramına təsadüf edəcək

Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən “Poeziya günü” toplusunun ilk nəşri çapa hazırlanır. Bunu “OLAYLAR”a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Məlumata görə, toplu nazirlik və Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanır. Nəşrin hər il Novruz bayramı ərəfəsində nəşr etdirilməsi nəzərdə tutulub.



Mehriban Ələkbərzadənin filmi “Qızıl Minbər” festivalında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

Mehriban Ələkbərzadənin “Məhkumlar” filmi müsəlman ölkələrinin bu ilin sentyabrında Kazanda keçiriləcək IV “Qızıl Minbər” film festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, Azərbaycan hər il bu festivalda təmsil olunur.



Prezident Xalq yazıçısı Anarı 70 illik yubileyi münasibətilə təbrik edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

Prezident İlham Əliyev cümə axşamı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini Xalq yazıçısı Anara 70 illik yubileyi münasiğətilə təbrik məktubu göndərib. Məktubda deyilir: «Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan [...]



Ramiz Rövşən: “Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Mart, 2008

“Hazırda “Aclıq ilinin balıqları” kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən “Qala” filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. “Xəyanət” adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır”. Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual [...]



Aliyə. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Mart, 2008

LIFE ACTION
GÖZLƏRİNİZİ SİLİN,
ölümün yurd saldığı
bu çılpaq bədənlər,
ayıblı əzalar
qıvrıla-qıvrıla
dəhşət və qorxu doğurkən
gözlərinizə
bir-birinə sarmaşmış
o iki gənc bədəndə
ölümlər sevişir
dəlicəsinə



Rasət PİRİSOYU. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Mart, 2008

Qoxu
- Alabaş?!…
Alabaş adını elə bil quyu dibindən eşitdi.  Adından qabaq gəlib burnuna yetişən mərhəm qoxu yaddaşında nəyisə oyatdı. Və sonra  adı gəlib Alabaşın qulağına  çatdı. Alabaş dayandı.  Səs gələn tərəfə boylandı. Üz-gözünü  tük basmış qoca bir kişi, yanında başına qara kəlağayı örtmüş  bir qadın yolun o biri üzündə dayanıb Alabaşa baxırdı.
- Alabaşdı, vallah, Alabaşdı…
Kişi yanındakı [...]



Xalq şairi Zəlimxan Yaqubun ürəyində əməliyyat aparılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Mart, 2008

Almaniyada xalq şairi Zəlimxan Yaqubun ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Şairin ailəsi bildirib ki, martın 10-da cərrahiyyə əməliyatı keçirən Zəlimxan Yaqub hazırda Münhen Kardioloji Mərkəzində müalicə olunur. Əməliyyatı uğurlu keçən şairin Almaniyada müalicəsi martın 16-dək davam etdiriləcək.



“Dolu”: Roman, yoxsa tarixi salnamə? (RESENZİYA)

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Mart, 2008

Dolu nədir? Adi təbiət hadisəsi. Başqa bir dolu da var. Onun nə olduğunu adi, normal həyat tərzindən ayrılanlar, müharibəni tanıyanlar, taleyi dəhşətlə vəhşətin umuduna qalanlar bilir. Bu taleyə məhkumlar yaşadıqlarını heç kimə arzulamırlar. Heç kimə arzulanmayan bu taleyin nə olduğunu bir az deyilənlərdən, bir az kino və ədəbiyyatdan eşidib-bilirik. Təsvir öz yerində, gərək eşitdiyin sözü [...]



Avropanın göbəyində kitab müharibəsi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Mart, 2008

Frankfurt kitab yarmarkası ətrafında qalmaqal
KultAz: Bütün dünyada ən nüfuzlu kitab yarmarkası hesab olunan Frankfurt yarmarkası yeni qalmaqalla üzləşib. Bu dəfə Finlandiya və skandinaviya ölkələri incik düşüb və bu inciklik artıq böyüyərək siyasi-iqtsadi xarakter alıb.
Belə ki, Finlandiya 10 ildən artıq idi ki, yarmarkanın lobbiçiliyini edirdi və bu layihəyə 12 milyon avrodan çox kapital sərf edib. İndi [...]



Sevinc Pərvanə. Hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Mart, 2008

İndi də sən it ol
Qadınlar sizin tarlalarınızdır. İstədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz.
         Bəqərə surəsi, 223-cü ayə.
Qapının zənginə çaşıb əllərinin yağını üstünə-başına bulaşdıra-bulaşdıra Gülər mətbəxdən canhövllü qaçıb özünü dəhlizə saldı. Adət etdiyi kimi, -kimdir?- deyə soruşmadan qapını açdı. Rayondan gəldikləri bu üç ay ərzində əri neçə dəfə onu danlamışdı ki, gələnin kim olduğunu soruşmadan, [...]



Çingiz Aytmatovun “Ana Maralı” güllələməsi

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 09 Mart, 2008

Qan Turalı
qantural@gmail.com
Xarici juan-juan, yoxsa milli manqurt?
Səndən azad azadlıq yox Enesay
Səndən dərin bir dərd də yox Enesay
Kuttubayovun topladığı məğmələrdən
 
Çingiz Aytmatov 80 illik yubiley tədbirləriylə bağlı Bakıya gəldi. Həftənin ən maraqlı ədəbiyyat xəbəri yəqin ki, bu xəbər idi.
Kimdir Çingiz Aytmatov?
Çingiz Aytmatovun necə böyük ədəbi fiqur olmasını xatırlatmaq üçün Anar Rzayevin bir cümləsini təkrar edək: Azərbaycanda 60-cılar nəsli [...]



«Norveç yazıları»ları üçün yerli dəyərləndirmə…

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Mart, 2008

Səlim Babullaoğlu      
 
     Əziz Siyamək, həmin gün, ATV-nin, «El içində» verilişinin  ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, «Norveç yazıları» kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən «O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki?  Günel Mövlud [...]



Günel Mövlud.Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Mart, 2008

Şahvələd üçün silsilə
Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır



Drama + tryuk

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Mart, 2008

Çağdaş dramaturgiya və drama+tryukiya haqqında düşüncələr
Əsəd Cahangir
Azərbaycan Respublikasının mədəniyyət naziri sayın Əbülfəz Qarayevin Yazıçılar Birliyində gənc yazarlarla görüşündə dediyi “Dramaturgiyamızda yeni imzalara ehtiyac var” sözlərini yəqin ki, xatırlayanlar var. Əslində, bizdə dramaturq qıtlığı həmişə olub. Və bu da təbii… Az qala hər il yeni şair, nasir peyda olur, dramaturji istedad isə on-on beş ildən zühur [...]



Anar – Seymur sağdışlığı

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 08 Mart, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox.  Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. [...]



“Nəsimi” müsabiqəsi: seçim turunun bitməsinə 7 gün qaldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Mart, 2008

KultAz: “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə əsərlərin qəbulu müddətinin başa çatmasına 7 gün vaxt qaldı. Ötən müddət ərzində müsabiqəyə 21 müəllifin 60-a yaxın mətni buraxılıb.
Onu da qeyd edək ki, müsabiqə davam etdiyi müddət ərzində təşkilatçılara çoxsaylı suallar ünvanlanmış və biz də öz növbəmizdə onları vaxtında aydınlaşdırmağa çalışmışıq. Son günlər daha tez-tez səslənən suallardan birini isə ümumi [...]