İlə görə arxiv: Nisan 2008


Elçin Hüseynbəylinin “Şab Abbas” romanı nəşrə hazırlanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Nisan, 2008

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli özünün növbəti kitabı üzərində işi tamamlamaq üzrədir. Hazırda “Şah Abbas” romanını yazan yazıçı əsərin avqust ayında nəşr olunacağının gözlənildiyini bildirib. Əlavə edib ki, kitabı yazarkən bir çox yazıçıların əsərlərinə müraciət edib: “Bu roman tarixi xronikadı.



Gəncədə “Kitab festivalı” keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Nisan, 2008

KulTaz: Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə aprelin 29-da  “Sərdar bağı”nda uşaqlar üçün mərhum prezident Heydər Əliyevin yubileyinə həsr olunmuş “Kitab festivalı” keçirilib. Tədbirdə Dədə Qorqud, Nizami Gəncəvi, Molla Nəsrəddin, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Məmməd Araz, “Ağ atlı oğlan” kitablarının maketləri hazırlanaraq uşaqların yaxasından asılıb.



“Kiyevskaya Rus” jurnalının təqdimat mərasimi keçirildi

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 30 Nisan, 2008

Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun rəhbəri İlqar Abbasovla jurnal və Fond haqqında müsahibə
“Biz istəyirik ki,  azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun”
Bir müddət əvvəl Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun GUAM gənc yazıçılarını Bakıya toplayacağı ilə bağlı xəbər vermişdik. Layihənin iki hissədən ibarət olduğunu da bildirmişdik: Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın Ukrayna [...]



Ölümündən qisas alınan sənətkar

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 30 Nisan, 2008

Həsənağa Turabov, Həsən Məmmədov, Əilabbas Qədirov, Bürcəli Əsgərov, Mikayıl Mirzə…. Sonuncu itkimiz Kamal Xudaverdiyev oldu.
Dünənə qədər vardı, bu gün artıq tarixdir. Varlığında ifa etdiyi rolları, yaratdığı obrazlarla «faciə janrının moqikanı» sayılırdı Kamal Xudaverdiyev.
43 il teatrda can qoydu, sənətin bütün ağrı-acılarını, çətinliyini çiynində daşıdı. Teatr tarixində hələ uzun illər araşdırılacaq, təhlilə çəkiləcək «aktyor Kamal Xudaverdiyev» möhürünü [...]



Yafəs Türksəs. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Nisan, 2008

Gözəlliyinə güvən, qadın
Başını dik tut, vüqarla yeri
Gözəlliyinə güvənən qadın.
Vüqarla yeri bu Bazarbaycanın torqovı
Küçəsində.
Sən nə qədər gözəl və məsumsan
Bu mənəvi mavilər arasında.



Vaqif İbrahimoğlu: “Biz teatr dünyasında axırıncı yerdə deyilik”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Nisan, 2008

Bu il «Yuğ» teatrında teatr poetikasının öyrənilməsinə aid beynəlxalq seminar keçiriləcək. Layihə haqqında teatrın rejissoru Vaqif İbrahimoğlu məlumat verib:
«Avropa Şurasının nəzdində layihələrin əlaqələndirmə komissiyası fəaliyyət göstərir. Müxtəlif ölkələrdə onun agentlikləri var. Bu agentliklərdən biri də Türkiyədədir.



«Azərbaycan aktyorlarında intellekt yoxdur»

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 28 Nisan, 2008

Rejissor Bəhram Osmanov: “Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun…”
- Bəhram bəy, «Azərbaycan teatrının islahatlara ehtiyacı var» fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini təəssüf ki, yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmazlıq kimi dəyərlindirmək olarmı?
 Bəhram Osmanov:  Mən laqeydlik və ya çıxılmazlıq adlandırmazdım bunu. Sadəcə olaraq bu islahatlar sənətdə [...]



Aslan Quliyev. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Nisan, 2008

Gülümsəyən qız
Başdaşlarının arasına çökən bürkü onu əldən salır, istidən öləzimiş yovşanların tünd, acı  qoxusu başını gicəlləndirirdi, yovşanların belə tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. Balıqqulağı,  göbələk bitirmiş, yağışdan, günəşdən bozarmış daş hasar günəşin yandırıcı şüalarından qorumasaydı, ayaq üstə qala bilməz, yıxılardı.
Etinasız baxışlarla ətrafı nəzərdən keçirirdi, bir az aralıdakı qara mərmərdən yonulmuş başdaşının üzərində  cavan  qız şəkli var [...]



Məşhur rejissor İsa peyğəmbər haqqında kitab yazdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008

KultAz: Məşhur “Əsas instinkt” filminin kinorejissoru Pol Verxoven bu dəfə özünü yazıçılıqda sınayıb. Belə ki, Verxoven  İsa peyğəmbər haqqında kitab yazıb.
Hazırda nəşrə hazırlanın kitabın təqdimatı sentyabr ayında baş tutacaq.



Suriya İraqdan oğurlanmış 700 sənət əsərini Bağdada qaytardı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008

KultAz: Suriya İraqdan oğurlanmış 700 sənət əsərini Bağdada qaytardı.
2003-cü ildən- müharibənin başladığı vaxtdan bəri İraqdan oğurlanmış 700-ə yaxın sənət əsərini hüquq mühafizə orqanları və gömrük sistemi xəttiylə aşkarlayan Suriya həmin əsərləri ölkənin paytaxtı Dəməşqdə keçirilən təntənəli mərasimdə İraq hökümətinin nümayəndələrinə təhvil verib.



“Servantes” ədəbiyyat mükafatı kral tərəfindən təqdim edildi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008

KultAz: İspaniyada ən nüfuzlu ədəbi mükaftalardan biri olan “Servantes” mükafatının təqdimetmə mərasimi keçirilib.
Bu il mükafat argentinalı şair Xelmana nəsib olub. Təşkilatçılar X.Karlosu ispandilli şairlər arasında ən yaxşısı hesab ediblər. Mükafatı qalibdə İspaniyanın kralı Xuan Karlos təqdim edib.
Xelman şairliyə çox erkən yaşlarında başlayıb. Onun sözlərinə görə 7-8 yaşları olanda qardaşı ona məşhur rus şairi Puşkinin şerlərini [...]



Vyanada Azərbaycan ədəbiyyatı gecəsi keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008

Aprelin 23-də Vyanada, Avstriyanın Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı gecəsi keçirilib. Gecədə beş poemadan ibarət «Xəmsə» əlyazmasının CD diskinin və dahi Azərbaycan şairi Nizami Gəncəvinin kitabının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Avstriyanın Milli Kitabxanasının baş direktoru Yohana Rahinger, ölkəmizin Vyanadakı səfirliyinin təmsilçiləri, habelə Avstriyanın rəsmi nümayəndələri iştirak edib.



Sorokinin buz dövrü və ya “iyrənc” yazıçı haqqında ətirli qeydlər

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 23 Nisan, 2008

İlahi insanı qanadlı şəkildə yaradıb,
yalnız duyğularla, səssiz-sözsüz danışmaq üçün yardıb. (Vaqif Bayatlı Odər)
Mirmehdi Ağaoğlu
Proloq
Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla, Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini verib, bununla belə yaxın illərdə bizim oxucunun məsəl üçün, V.Sorokini [...]



Robert De Niro terror əleyhinə festival keçirir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

Azərbaycanın da müharibə və terrordan əziyyət çəkməsinə rəğmən, festivalda heç bir filmlə təmsil olunmyacaq
KultAz: Aktyor Robert De Niro Nyu-Yorkda «Traybeka» adlı kinofestival açır. Festival terror əleyhinə, daha doğrusu 11 sentyabr faciəsi qurbanlarının xatirəsinə həsr olunacaq.   Festivalda nəinki Amerika hadisələri, habelə dünyada terrror üzündən ölən günahsız qurbanların da xatirəsi anılacaqdır.
Festival Maykl Makkullersanın lentə aldığı  «Ay ana» [...]



Dostoyevskinin nikah haqqında şəhadətnaməsi tapılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

KultAz: Rusiyanın Kemerovo vilayətinin nigah arxivində məşhur yazıçı Fyodr Dostoyevski və həyat yoldaşı Mariya İsayevanın nigah haqqında şəhadətnamələri tapılıb.



Londonda keçmiş “SSRİ-nin Tarixi” adlı abstrakt sərgi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

KultAz: Londonda auksion sahibi olan xanım Yekaterina Mak Duqall “SSRİ-nin tarixi” adlı abstarkt rəsm əsəsrlərindən ibarət sərgisi təşkil edəcək. Sərginin 13 iyun tarixində keçirilməsi nəzərdə tutulub. Sərgidə baş eksponatın adı «SSSR-i tarixi» adlı əsər olacaq.



Opera metro stansiyasında tamaşaya qoyulub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

KultAz: Motsartın məhşur operası «Sehirli fleyta» Almaniya metro stansiyalarından birində tamaşaya qoyulub. Kristof Heyqelin rəhbərliyi ilə hazırlanan tamaşa müasir dövrə uyğunlaşdırılıb.



Xalq artisti Kamal Xudaverdiyev vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

Azərbaycanın xalq artisti Kamal Xudaverdiyev vəfat edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, K. Xudaverdiyev uzun sürən xəstəlikdən sonra bu gün səhər 70 yaşında vəfat edib. Aktyorla vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.



“Xəmsə”nin bərpası başa çatıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

KultAz: Avstriya Milli Kitabxanasında 17 nadir Azərbaycan əlyazması aşkar edilib. Kitabxanada saxlanılan əlyazmalar arasında  dahi Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün bərpa olunub.



Oktavio Paz. Şeirlər.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 23 Nisan, 2008

1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.
Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.