Qaynar xəbər portalı

Kitab dünyası


simaBir gün
Anladım qəfildən:
Günəşi son dəfə
Yüz il əvvəl görmüşəm.

O zamanlar
Hava daha ətirli, xəyallarla doluydu, Külək daha nəvazişli,
İnsanlar və küçələr dəHələ doğmaydı.
O zamanlar
Hər günümüz
Doluydu kəşf edilməmiş sevgilərlə,
Səbəbsiz gülüşlərlə,
Pəmbə arzularla,
İnsanlara inamla.

İndi asimana
Meydan oxuyan binalar
Günəşi şəhərə buraxmayır…

O günləri qaytarmaq istərmisən?

Gəl, əl-ələ verək,
Göydələnlər içrə darıxan könlümüzün
Səsinə təslim olub
Təbəssümlə gedək
Şəhərin yadlaşmış,
Sürətlə avropalaşmış küçələriylə,
Paylayaq hər kəsə
Həsrətində olduğu
Sevgi dolu təbəssümləri.

Qoy şəhərdə
Təbəssüm Günü elan edilsin!
Gülməyən,
Sevilməyən qalmasın!

O zaman
Buludlara dirənən göydələnlər arasında
Günəş hökmən parlayacaq…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Aprel 1st, 2008 tarixində 09:38 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

20 şərh var


  1. e110365 adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 11:31 yazıb:

    Göydələnlər və Avropa…Sürətlə avropalılaşan şəhərdə Günəş axtaran qəhrəman…Bu, 1 aprel zarafatıdır, eləmi?


  2. Novarg adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 11:55 yazıb:

    Men basha dushmurem, ne mecbur edir sizi bele sheyler yazmaga…? Tebii ehtiyacdir, ya enerjidir, ya sifarishdir..? nedir bu…?


  3. ZUZU adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 12:05 yazıb:

    :)))))))))


  4. duman erdem adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 12:33 yazıb:

    sheriyet gorumur.bunu nesr kimi yazada bilersen


  5. Şahanə adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 12:37 yazıb:

    Sima xanım, fikirlərinizi ifadə etməkdə probleminiz var.
    Daha yaxşı ifadə olunana qədər yazdıqlarınızı üzə çıxarmayıb fikirlərinizi beşikdəcə öldürməsəz deyirəm…

    Uğurlar!


  6. Suleyman Seferov adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 16:59 yazıb:

    Sima xanım, sizi tebrik edirem. Bütün misralarınız tutumlu idi. Sizdə həyatın uçucu-qaçıcı biranlıq fraqmentlərini görmək bacarığı var.Şəhər həyatında poeziya Günəşi axtarır.Düz deyirsiniz, axı kim görür e bizi (şeiri!) şəhərdə (qəfəsdə!)? Göydələnlər bizim əlimizdən Günəşi alıblar, elə Göyün özünü də. Mən pastorallığı vəsf etməyən şəhər tənqidi gördüm sizdə. Uğurlu alınıb. “Sevilməyən qalmasın” deyirsiniz, onda movarqlarin sevgisiz “təhlil”lərini vecinizə də almamalısınız. Nə isə, Sima xanım şeirləriniz mənə əla təsir etdi. Maraqlı tənhalıq idi.


  7. scorpion adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 17:17 yazıb:

    Günəşi şəhərə buraxmayır… buraxmır yazmaq olmaz görəsən? Ümumiyyətlə Sima xanımın bu şeirdə olduğu kimi bütün şeirlərində dili duymaq, hiss eləmək duyğusu çox zəifdi… Bu xanım sanki yerində işlədilib-işlədilməməsinin fərqinə varmadan sözlə cansız bir əşya kimi davranır…


  8. men adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 18:28 yazıb:

    men seirden bele basa dusdum ki,gunesin qarsisini goydelenler alsa da insan tebessumu,gunesi evez eder,yeni ki, gulus gunumuzu gun eliyer..
    seirin dilini beyenmesem de megzi xosuma geldi.
    eminem ki bunlar tebii etiyacdir,her halda sifaris deyil.qetiyyen!


  9. Sima N. adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 20:00 yazıb:

    NOVARGA:

    şeirlər ovqatla yazıldığına görə heç bir sifarişdən söz gedə bilməz


  10. Sima N. adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 20:01 yazıb:

    SKORPİONA:

    “buraxmayır” - ona görə yazmışam ki, şeirin ritmi pozulmasın


  11. Sima N. adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 20:12 yazıb:

    SCORPİONA

    nikinizi yazanda mexaniki səhvə yol verdiyimə görə, “sözlə cansız bir əşya kimi davranır…” deyə ittiham etməyəcəyinizə inanmaq istərdim :)


  12. scorpion adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 23:09 yazıb:

    Bu yazıda hətta ritm də varıymış…


  13. Qadjiyev adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 01:15 yazıb:

    Bir defe hansisa forumda yazilan “shere” texminen bele bir cavab yazmishdim…:

    Bayirda qar yagir…

    Yaman guclu yagir…

    Belke qartopu oynayaq…?

    Yoox, soyuqdu…

    ve sair…

    SITATIN SONU…

    Kimse mene izah ede bilermi, menim yazdigim bu “sher”le bu “sher”in ferqi nedir…??

    Izah ede bileni eshitmeye haziram…

    P.S. Umid edirem ki, hormetli muellif incimeyecek…


  14. Novarg adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 09:55 yazıb:

    Yaxshi, bunun da adini qoyaq ovqat sheiri, kechek ustunden…


  15. Rebiqe adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 11:20 yazıb:

    Qadjiyev menim @sheirime@ yazmishdi o sherhi. Duz de elemishdi - herden muellifleri silkelemek lazimdi ki, ovnqatdan chixib yazdiqlarina ayiq bashla baxa bilsinler…
    Sima xanim, birce cumleniz meni chekdi - Günəşi son dəfə Yüz il əvvəl görmüşəm.
    Umimiyyetle ise, zeifdi…


  16. Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 15:06 yazıb:

    bu cür şerləri mən məktəbdə oxuyarkən oxumuşam, olardan heç nə iləfərqlənmir.
    avropalşmış küçələr ifadəsi nə üçün neqativ mənada işlədilib anlamadım!!!


  17. Sima N. adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 23:04 yazıb:

    Qadjiyevə:

    1/inciməyə bir səbəb yox
    2/ izaha da lüzum yox. Hamı eyni əsəri bəyənməz


  18. Sima N. adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 23:09 yazıb:

    scorpiona:

    “Ulduz” jurnalındakı şeirləri çox oxuyursuz, ona görə fərqli şeirlərdəki ritmi tuta bilmirsiz. Üzülməyin, öyrənmək heç vaxt gec deyil :)


  19. scorpion adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 00:22 yazıb:

    Sima xanım “Ulduz” ayrıca bir söhbətin mövzusudur…Əgər həvəsiniz varsa buyurun bura:
    http://www.csl-az.com/forum/viewtopic.php?t=82


  20. Qeshem Necefzade adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 19:17 yazıb:

    Her serde poetik misra axtaran eziz dost Sima xanim. Siz edebiyyat insanisiniz. Hemise sizi oxumusam, / Senet qezetinde ,basqa metbu orqanlarda ve sairlerde/ beyenmisem, qebul etmisem, obyektiv serhlerinizi de cox oxumusam.
    Mene ele gelir bu seirin en gozel yeri asaqidaki parcadadir. Ardi ise- menim sexsi fikrimdi-belke de atilmalidir. Siz gozel sairsiniz. size uqurlar

    Bir gün
    Anladım qəfildən:
    Günəşi son dəfə
    Yüz il əvvəl görmüşəm.

    O zamanlar
    Hava daha ətirli, xəyallarla doluydu, Külək daha nəvazişli,
    İnsanlar və küçələr dəHələ doğmaydı.
    O zamanlar
    Hər günümüz
    Doluydu kəşf edilməmiş sevgilərlə,
    Səbəbsiz gülüşlərlə,
    Pəmbə arzularla,
    İnsanlara inamla.

    Zahir bunu saxla yuxaridakin yox

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: