Qaynar xəbər portalı

Kitab dünyası


kitab bayrami
VIII Bakı Kitab Bayramı - İllik Milli Kulturoloji Layihənin TK-si, Yeni Yazarlar və Sənətçilər Qurumunun

M Ü R A C İ Ə T İ

10 ildir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AR Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər Qurumu ölkəmizdə analoqu olmayan Baki Kitab Bayramı adlı İllik Milli Kulturoloji Layihə həyata keçirir. Milli mədəniyyəti, çağdaş ədəbiyyatı, Azərbaycan kitabını - humanitar-elmi düşüncəsini inkişaf etdirmək, gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoymuş YYSQ ölkəmizdə fəaliyyət göstərən beynəlxalq, dövlət və ictimai qurumlarla sıx əlaqələr yaratmış, birgə layihələr həyata keçirir . Təşkilatımızın rəsmi tərəfdaşlıq etdiyi və dəstək aldığı qurumlar bunlardır: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, AR Müəllif Hüquqları Agentliyi, AYB İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası, Milli QHT Forumu, “İrəli” Gənclər Hərəkatı, M.F.Axundov adına Milli Kitabxana, nəşriyyatlar və b.
YYSQ hər il olduğu kimi, bu dəfə də ənənəsinə sadiq qalır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AR Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəni gerçəkləşdirməyə başlayıb. Ölkəmizin ədəbi-mədəni ictimaiyyəti tərəfindən maraqla qarşılandığını nəzərə alıb, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məlum fərmanlarına uyğun olaraq, bu ilki tədbirlər silsiləsini Azərbaycan Xalq Cümhuriyyətinin 90, YUNESKO tərəfindən bütün dünyada qeyd ediləcək xalq yazıçısı Mir Cəlalın anadan olmasının 100 illik yubileylərinə həsr etmişik.

Daha ətraflı məlumat üçün tıklayın






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: