Qaynar xəbər portalı

Henrix BöllYupp bıçağın tiyəsindən tutaraq onunla ehtiyatsız və saymazyana oynayırdı. Bu, köhnə, nazilmiş, uzun bir çörək bıçağıydı. Birdən Yupp onu yuxarı tulladı. Bıçaq, pər kimi vızıldayıb fırlanaraq havaya qalxdı və onun tiyəsi batan günəşin şüaları altında parıldadı. Tavana zərblə dəydikdən sonra bıçağın fırlanması dayandı və o düz aşağı - Yuppun başına tərəf gəldi. O, ani hərəkətlə qalın taxta parçasını başına tutdu. Bıçaq tappıltıyla quru taxtaya sancılıb yelləndi. Yupp taxtanı aşağı salıb hirslə bıçağı çıxartdı və onu var gücüylə qapıya tərəf atdı. Bıçaq qapının xonçasına sancılıb bir qədər titrədikdən sonra döşəməyə düşdü… Davamı…


Əli Şirin ŞükürlüQƏRİBLİK
(şeir-esse)

vağzallarda limanlarda …
əllərində
ağır-ağır çantalar çamadanlar …
əllərində
dünyanın ən ağır yükünü- ayrılıqları
gözlərində qəribliyi daşıyanlar
qürbətdə yaşayanlar. Davamı…


Yazıçı Seyran Səxavət şəxsi arxivini Şalman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə verib. Qurumun direktoru Maarif Teymurovun verdiyi məlumata görə, yazıçının işıq üzü görən 15-ə yaxın kitabının və şeir, hekayə, pyeslərinin əlyazmaları arxiv materiallarının sırasına daxil edilib. Davamı…


Minskdə MDB İcraiyyə Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya üzrə Dövlətlərarası Şurasının X iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib ki, tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu təmsil edib. İclasda Şuranın təyinatı üzrə aidiyyəti məsələlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və Ç. Əlioğlu bu ilin yayında Moskva şəhərində keçiriləcək növbəti V Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin Təşkilat Komitəsinə və münsiflər heyətinə yenidən üzv seçilib. Davamı…


“Yeni Dalğa” prodüser mərkəzinin təşkilatçılığı ilə “100 saniyə” adlı film müsabiqəsi keçiriləcək. Bu gün müsabiqə ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən prodüser mərkəzinin direktoru Rasim Həsənov bildirib ki, müsabiqəni keçirilməsində məqsəd Azərbaycanda kino mühitini aktivləşdirməkdir. R .Həsənovun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyən müəlliflər 100 saniyə olacaq filmin ssenarisini aprelin 30-dək təqdim etməlidirlər: “Mayın 15-dək ən yaxşı 100 saniyəlik 10 filmin istehsalına qərar veriləcək. Filmləri müəlliflərin özü və ya onların məsləhət gördüyü rejissor çəkə bilər. Eyni zamanda filmlər bizim tərəfimizdən kinofestivallara təqdim olunacaq”. Davamı…