Minskdə MDB İcraiyyə Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya üzrə Dövlətlərarası Şurasının X iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib ki, tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu təmsil edib. İclasda Şuranın təyinatı üzrə aidiyyəti məsələlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və Ç. Əlioğlu bu ilin yayında Moskva şəhərində keçiriləcək növbəti V Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin Təşkilat Komitəsinə və münsiflər heyətinə yenidən üzv seçilib. İclasda ötən illərdən fərqli olaraq bu il keçirilən müsabiqənin münsiflər heyətinin yekun iclasının avqustda deyil, iyunun 5-6-da Moskva şəhərində keçirilməsi qərara alınıb. Hazırda nazirliyin nəşriyyat sektoru müsabiqəyə təqdim ediləcək nəşrlərin seçilməsi və siyahının tərtib edilməsi üzərində iş aparır./APA
« Azərbaycanda “100 saniyə” adlı film müsabiqəsi keçiriləcək | Əsas səhifə | Yazıçı Seyran Səxavət şəxsi arxivini Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib »




Bölmə: 








