Qaynar xəbər portalı

Kitab dünyası


“Yeni Dalğa” prodüser mərkəzinin təşkilatçılığı ilə “100 saniyə” adlı film müsabiqəsi keçiriləcək. Bu gün müsabiqə ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən prodüser mərkəzinin direktoru Rasim Həsənov bildirib ki, müsabiqəni keçirilməsində məqsəd Azərbaycanda kino mühitini aktivləşdirməkdir. R .Həsənovun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyən müəlliflər 100 saniyə olacaq filmin ssenarisini aprelin 30-dək təqdim etməlidirlər: “Mayın 15-dək ən yaxşı 100 saniyəlik 10 filmin istehsalına qərar veriləcək. Filmləri müəlliflərin özü və ya onların məsləhət gördüyü rejissor çəkə bilər. Eyni zamanda filmlər bizim tərəfimizdən kinofestivallara təqdim olunacaq”. R. Həsənov bildirib ki, müsabiqə zamanı müəlliflərin hüququ qorunacaq. Mərkəzə İran və Türkiyədən rejissorların da cəlb olunduğunu deyən mərkəz rəhbəri, həmin mütəxəssislərin təcrübəsindən istifadə olunacağını vurğulayıb. “Yeni Dalğa” Prodüser Mərkəzində bu il ərzində görüləcək işlər barədə də danışan R.Həsənov mərkəzdə 10 sənədli, 4 bədii filmin çəkiləcəyini qeyd edib. Bədii filmlərdən biri tam, üçü isə qısametrajlı olacaq: “Azərbaycanda peşəkar kino tənqidçilərinin yetişməsi üçün treninqlər keçirəcəyik. Bu layihəyə Rusiyadan və Avropadan mütəxəssisləri dəvət edəcəyik”./APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: