Yazıçı Seyran Səxavət şəxsi arxivini Şalman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə verib. Qurumun direktoru Maarif Teymurovun verdiyi məlumata görə, yazıçının işıq üzü görən 15-ə yaxın kitabının və şeir, hekayə, pyeslərinin əlyazmaları arxiv materiallarının sırasına daxil edilib. İxtisasca şərqşünas olan S. Səxavətin 1974-76-cı illərdə İranda tərcüməçi işləyərkən topladığı sənədlər, eləcə də 1986-cı ildə Azərbaycan dilinə çevirdiyi A. Ednoidzenin “İki ay kənddə və imeretisayağı evlənmə” əsərinin tərcüməsi, məktubları, müasirləri ilə fotoşəkilləri də arxiv materialları arasındadır./APA
« Azərbaycan V Beynəlxalq “Kitab sənəti” müsabiqəsinə hazırlaşır | Əsas səhifə | Əli Şirin Şükürlü. Şeirlər »




Bölmə: 








