Satışdan ümumilikdə bir milyon 917 min 488 dollar əldə edilib
KultAz: Nyu-Yorkun «Kristis» auksionunda Çarlz Dikkensin əsərlərinin nüsxələri hərraca çıxarılıb. Yahoo-nun verdiyi məlumata görə, 208 nüsxədən ibarət partiya, ingilis yazıçılarının bu vaxtadək aldığı ən yüksək qiymətə layiq görülüb. Onların arasında “Oliver Tvist” əsərinin 1838-ci ildə ildə nəşr edilmiş nüsxəsi də var. Həmin kitabın üzərində Çarlz Dikkensin imzası var. Yazıçının dostu Uilyam Ensuorta hədiyyə etdiyi əsər 229 min dollar dəyərində qiymətləndirilib. Onu, adını açıqlanmasını istəməyən Amerika kolleksioneri alıb. Yazıçının digər bir əsəri «Milad hekayələri» isə 43 min dollara satılıb. Kolleksiyanın satışından ümumilikdə bir milyon 917 min 488 dollar əldə edilib.




Bölmə: 








