Raqif RAUFOĞLU. Şeir.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 05 Nisan, 2008

Raqif RaufoğluBİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!

Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küsgün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
İnamımız keçici olaraq
Vicdan dairəsi xaricində…
Biz, keçid dövrünün gəncləriyik!
Qaytarmalıyıq torpağı.
Başlarımız aşağı,
Əllərimiz telefonda,
Baxışlarımız onda, bunda,
Nə var maraqlı, təzəsi?
Tanış olaq?
Ötür gəlsin…
Biz, keçid dövrünün gəncləriyik!
Bəxtimiz lotoreyalarda,
Məsləyimiz diplomlarımızda,
Diplomlarımız bazarda,
Bazarlarımız keçidlərin içində…
Biz, keçid dövrünün gəncləriyik!
Keçirilən hər müsabiqədə varıq.
Keçi kimi də inadkarıq.
Hər şeyimizdən keçərik,
Ulduz olmaq üçün.
Keçmişimizdən də.
Bacarıqlı olanları əzib keçərik,
Keçin deməkdənsə…
Biz, keçid dövrünün gəncləriyik!
Ey, yolumuzu bağlayan qüvvə!
Özünü bizdən gözlə!
Ümidlərimizin,
Yarımçıq arzularımızın,
Problemlərimizin,
Çılğın hisslərimizin,
Ən gözəl duyğularımızın
Əlindən tutub,
Özümüzlə
Aparırıq qocalığa,
Biz, keçid dövrünün gəncləriyik!

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. yaxsi seirdi,tebrik edirem.

  2. gozel ifade olunub. Tebrikler…
    Telefon meselesi daha gozeldir. Lap metrolarimiz yadima dushdu…

  3. 1/ Ümidlərimizin,
    Yarımçıq arzularımızın,
    Problemlərimizin,
    Çılğın hisslərimizin,
    Ən gözəl duyğularımızın
    Əlindən tutub,
    Özümüzlə
    Aparırıq qocalığa,
    Biz, keçid dövrünün gəncləriyik!
    - bu hissə gözəldir
    2/ hərçənd keçid dövrünün gənclərində yeni nəsə tapmadım. Eyni duyğuları və həyatı (əlbəttə, mobil telefonsuz)sovet gəncləri, XIX əsrin gəncləri də yaşayıb

  4. XANIM SİMA.N, MƏNCƏ SOVET GƏNCLƏRİ CÖRƏK NÖVBƏSİ, VƏHŞİ BAXIŞLARLA AVTOBUS NÖVBƏSİ GÖZLƏMƏYİBLƏR…
    ONLARIN DİPLOMLARI DA BAZARLARDA OLMAYIB…
    ƏN ƏSASI, ONLARIN QARABAĞ PROBLEMİ OLMAYIB.
    VƏ ONLARIN TƏMİZ BİR MƏDƏNİYYƏTİ OLUB…
    BÜTÜN BUNLARA BAXMAYARAQ BİZLƏRƏ BELƏ BİR GƏNCLİK QOYUB GEDİRLƏR…

  5. BİZ KEÇİD DÖVRÜNÜN GENCLERİYİK!
    Tebrikler,maraqlı şerdir.Sene ugurlar arzulayıram.

  6. ŞEİRİN SONU DAHA ÇOX XOŞUMA GƏLDİ…
    DOĞRUDAN DA YARIMÇIQ ARZULARIMIZ, ƏN GÖZƏL DUYĞULARIMIZ, ÇILĞIN HİSSLƏRİMİZ BİZLƏRİ BAĞIŞLAMAYACAQ QOCALANDA…

  7. Niyyət reallaşmayıb, yəni publisist ton get-gedə quruyur, ton, intonasiya itir, şeirdə ,,, ancaq pıçıltının səsi eşidilməlidir.

  8. SALAMLAR HER KESE!!!
    SHERHLERINIZ UCUN MINNETDARAM HER BIRINIZE.
    YALNIZ SONUNCU SHERHCIYE DEMEKISTEDIKLERIM VAR. QARDASHIM, MEN TENQDI SEVEN ADAM ADAMAM. AMMA MENCE PUBLISIST DEYILEM. GORURSEN, AMMADAN SONRA VERGULU BELE QOYMAGA ERINDIM. PICILTI ILE DANISHMAGI DA SEVMIREM. EDEBI TEBIETIM CILGINDIR…

  9. Raqif, son zamanlar sende olan deyishikliye sevinirem.
    bu cur de davam et……

Şərh yazın