Apr
7

Qatilə didaktika dərsləri
Bizim doqquzmərtəbənin görüm dairəsində yastı-yapalaq gecəqondular var. Sahibləri özlərindən hündür bu gecəqonduların qabağında - kiçik süfrə kimi həyətləri. Hər həyətin də diz gözü bərabəri - şiferdən-taxtadan çəpərləri. Burdakı ailələr siyahıyaalmada barmaqsayı simvolik çəpərlərlə hesablana bilər.
Soldan dördüncü, sağdan beşinci gecəqondunun sakinləri səliqə-sahmanlıdır – evi əhatələyən al-əlvan güllər çəpərə paralel yarımçevrə yenilik şəklində nəzərə çarpır. Həyət - büsbütün çəmənlik; yaz ağzı novruzgülülərdən ona rəng qatılır. Gündüzləri kim ordan keçsə, yaşıl fonda hökmən 3 ağ qaz görəcək. Bağça uşaqları, hətta ibtidai sinif şagirdləri də, bu həyətdəki rənglərlə tutuşdurub, özlərinə karandaş seçə bilər. Qazlar çəmənlərdən hey qırpır, adam görəndə də qaqqıldaşırlar. Yad görməyə gözləri yoxdu. Davamı…
Apr
7
KultAz: Bu il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 60 yaşı tamam olur. Bu münasibətlə 9 aprel 2008-ci il tarixdə saat 11:00-da AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki iclas salonunda yubiley tədbiri keçiriləcək. Mərasimdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, elmləri doktoru, Davamı…
Apr
7
KultAz: Aprelin 7-dən 10-dək məşhur cazmenlər Dan Tepfer və Coul Harrison Azərbaycanda səfərdə olacaqlar. Bir çox ölkələrdə konsertlər vermiş sənətçilər Nyu-York mədəni həyatının ən görkəmli nümayəndələri hesab olunurlar.
ABŞ səfirliyinin dəstəyi ilə həyata keçən bu layihənin sponsoru Azərbaycan maliyyə sektorunda yeni fəaliyyətə başlamış “Qarant Sığorta” Şirkətidir. Davamı…
Apr
7
KultAz: Dalğa Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Musiqi Klubu qurumun ofisində 9 aprel tarixində (saat 18:00) Növbəti tədbirini keçirəcək.
Tədbirin mövzusu “Avropa Musiqisində Klassizim: Mozart və Beethoven” adlanır.
Moderator gənc bəstəkar Firudin Allahverdi olacaq. Davamı…
Apr
7
KultAz: Aprelin 12-də saat 15:00-da Kitab Klubunun Sərgi Salonunda (Mustafa Sübhi, 13) Şahlar Əsgərovun “DÜŞÜNCƏ TƏRZİ” kitabının təqdimatı keçiriləcək. Kitabda bəzi ictimai-sosial hadisələr və proseslər müasir dünya görüş işığında təqdim edilmişdir. Kitab 4 fəsildən ibarətdir: düşüncə tərzi, dövrün səciyyəsi və fəlsəfəsi, şərq-qərb düşüncə tərzi, fəlsəfi yüklü məqalələr. Davamı…
Apr
7
Ermənilər əsir götürdükləri azərbaycanlıları çörəklə sınağa çəkirmişlər. Əsirləri üç-dörd gün ac saxladıqdan sonra ağzına kimi yeməklə dolu olan xeyir-şər qazanlarının yanına gətirib, erməni bayrağını öpməyi tələb edirmişlər. Azərbaycan bayrağına tüpürüb, erməni bayrağını öpən əsirlərə bir boşqab yemək və əl boyda çörək verirmişlər.
İki il erməni əsirliyində olan həmkəndlim danışır ki, uzun müddət davam edən aclığa və dəhşətli işgəncələrə dözməyən bəzi əsirlər erməni bayrağı qarşısında diz çökməyə razı olurmuşlar. Amma şərəfli ölümü düşmən qarşısında alçalaraq yaşamaqdan üstün tutanlar daha çox imiş. Davamı…