Qaynar xəbər portalı

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri Bakıda toplaşacaqlar. Bu barədə “Trend News ”a çərşənbə axşamı eksklüziv müsahibəsində Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş direktoru Gabriella Battaini-Dragoni məlumat verib. O qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda önəmli rol oynamaq üçün xüsusi yerə və mövqeyə malikdir. Davamı…


Akademik İsa Həbibbəylinin “Ədəbi–tarixi yaddaş və müasirlik” adlı yeni kitabı nəşr olunub.
Kitabda İ.Həbibbəylinin müxtəlif illərdə yazdığı elmi əsərləri toplanıb.
Nəşrin elmi redaktoru professor Yavuz Axundludur.


Orxan PamukBu yazıçını vətənində bir o qədər sevmirlər

Bu ilin əvvəlində Türkiyədə “Ergenokon” adlı gizli təşkilatın ifşa olunmasından sonra onun hədəf seçdiyi şəxslərin siyahısı açıqlandı. Gələcək qurbanlar arasında bir “Nobel” mükafatı laureatının da adı var idi: məşhur yazıçı Orxan Pamuk. 2006-cı ildə ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülən Pamuk bu yüksək mükafatı almış ilk Türkiyə vətəndaşı olmaqla yanaşı, “Nobel” laureatıkimi ən gənc iki nəfərdən biri kimi tarixə düşdü. Onun 46 dilə tərcümə olunmuş kitabları 100-dən artıq ölkədə yayımlanıb. Yazıçılıqdan başqa heç bir sənətlə məşğul olmayan və postmodern roman yazarları arasında yer alan Pamuk 2005-ci ildə “Prospect” jurnalı tərəfindən dünyanın 100 intellektual şəxsi arasında göstərilib, 2006-cı ildə isə “Time” jurnalı tərəfindən dünyanın ən təsirli 100 nəfərindən biri seçilib. Davamı…