Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri Bakıda toplaşacaqlar. Bu barədə “Trend News ”a çərşənbə axşamı eksklüziv müsahibəsində Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş direktoru Gabriella Battaini-Dragoni məlumat verib. O qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda önəmli rol oynamaq üçün xüsusi yerə və mövqeyə malikdir. Buna görə biz ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Ərəb dövlətləri Liqasına üzv dövlətlərin, eləcə də digər qonşu dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə 2008-ci il noyabrın 10-12-də Bakıda “Mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirəcəyik. Bu tədbir Avropalı nazirlərlə yanaşı, Yaxın Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsinə imkan verəcək. Azərbaycan tərəfindən bu cür siyasi təşəbbüsün irəli sürülməsi deməyə əsas verir ki, Azərbaycan mənsub olduğu Avropa Şurası və ona qonşu dövlətlərin arasında körpü rolunu oynaya bilər.
« Akademik İsa Həbibbəylinin yeni kitabı çap olunub | Əsas səhifə | Kitabxanalarda Amerika təcrübəsindən istifadə olunacaq »




Bölmə: 








