KultAz: Portalımızın Forumunda yeni bir layihəyə başladıq. Layihə çərçivəsində mütəmadi olaraq müxtəlif yazarlarla, ədəbiyyat adamlarıyla sual-cavab təşkil edəcəyik. Forumun ilk qonağı gənc yazar Elnur Astanbəylidir. Suallarınızı ona ünvanlamaqdan ötrü forum.qaynar.info ünvanına daxil olmaq lazımdır. İndiyə qədər forumumuza üzv olmayanlar qeydiyyatdan keçməlidir. Davamı…

Apr
10
Apr
10
Aydın Xan: “Bizə total hücuma keçiblər”
Cavanşir Yusifli: “”Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm…”
KultAz: Azərbaycanın ilk milli blog sistemi Azeriblog-un yaranmasıyla xeyli sayda fərdi bloglar yarandı. Sayt qurmaq imkanında olmayan hər bir şəxsin fikir və ideyalarını başqalarıyla çox asan şəkildə paylaşmaq imkanı yarandı. “Kultaz”da müntəzəm dərc olunan bir çox yazarlar da bu imkandan anındaca bəhrələnməyi bacardılar. Bu bloglar vasitəsi ilə özlərinə yeni və sabit oxucu auditoriyası formalaşdırmağa çalışmaqdadırlar. Amma Azərbaycanda blog mədəniyyətinin hələ tam oturuşmadığını, internet ənənələrinin yoxluğu özüylə bir sıra problemlər də gətirdi. Belə problemlərdən biri də Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xanla tənqidçi Cavanşir Yusifli və tərcüməçi-alim Məsiağa Məhəmmədi arasında baş verir. Davamı…
Apr
10
KultAz: Azərbaycanın Xalq yazıçısı, nasir Hüseyn İbrahimov 89 yaşında dünyasını dəyişib. Onlarla kitab, tarixi roman, pyes və hekayə müəllifi olan Hüseyn İbrahimov 1970-75 –ci illərdə Naxçıvan MSSR-in mədəniyyət naziri vəzifəsində çalışıb. Uzun illər Muxtar Respublikanın Yazıçılar Birliyinin sədri olub. Davamı…
Apr
10
Bu gün səhər saatlarında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar Ramiz Mustafayev 81 yaşında dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Bəstəkar II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Apr
10
KultAz: Azərbaycanda kitabxanaların işinin yaxşılaşdırılmasında Amerika təcrübəsindən istifadə olunacaq. Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin 2004-2008-ci illərdə regional kitabxanaların inkişafı proqramına uyğun olaraq, Gəncə, Lənkəran, Xaçmaz, Salyan və Kürdəmirdə Amerika mərkəzləri açılacaq. Davamı…


Bölmə: 





