On doqquz
Onunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
-Bilirsən, - dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. Bir gün kişi, arvadı, bir də bu qız təsadüfən bağda görüşürlər. Yəni belə bir görüş təsadüfən alınır. Bağda yox, yox…Nəsə örtülü bir yer olmalıdı. Elə bir yer ki, bütün səslər, sözlər, qımıldanmalar, hər şey bir yerə cəmlənsin. Ev, idarə, ofis olsun-görüşürlər…Tamam sakitlikdi. Bu adamlar, üçü bir yerdə nə danışa bilərlər? Onların danışığını heç cür qura bilmirəm.
-Səssizliyi yaz. Davamı…



Bölmə: 





