Qaynar xəbər portalı

Kitab dünyası


Qurban. Hekayə.


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 306 oxunma

qurbanOn doqquz

Onunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
-Bilirsən, - dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. Bir gün kişi, arvadı, bir də bu qız təsadüfən bağda görüşürlər. Yəni belə bir görüş təsadüfən alınır. Bağda yox, yox…Nəsə örtülü bir yer olmalıdı. Elə bir yer ki, bütün səslər, sözlər, qımıldanmalar, hər şey bir yerə cəmlənsin. Ev, idarə, ofis olsun-görüşürlər…Tamam sakitlikdi. Bu adamlar, üçü bir yerdə nə danışa bilərlər? Onların danışığını heç cür qura bilmirəm.
-Səssizliyi yaz.
-Səssizliyi nə təhər yazım? Necə ifadə eləmək olar, axı?
Birdən uğunub getdi. Nəsə tapmışdı. Belə gülməyindən xoşum gəlir.
-Bax, -dedi, -maqnitafonu qurursan e, amma heç kəs danışmır. Təkcə səs eşidilir: xışş…
-Həə?.. –Ona baxdım.
-Bəs, sənin bu nağılın necə qurtarasadı?
-Axıda hər üçü –kişi də, arvadı da, qız da xoşbəxt olmalıdı…
-Bu nə təhər ola bilər? -Tamam ciddi soruşdu.
-Tap da…
…Elmi-tədqiqat institutunun balaca otağında üç nəfər otururuq. Biri çox az-az işə gəlib gedir; bir də gördün gəldi, ağ varağı qənşərinə qoydu, bir-iki cümlə qaraladı, çıxdı getdi. Mənim özümün də bu balaca otaqdan o qədər xoşum gəlmir. Bizdə bir ümumi otaq var, vallah, hamının yığışdığı ümumi otaq çox yaxşı şeydi. Amma bir şərtlə: mütləq bir xırda otağın da olmalıdı! Hərdən gəlirsən, qurdalanırsan, danışırsan…
-Hə, neynirsən?
-Yazıram.
-Başa düşdüm, anladım, yəni ki, “mane olma”. Mən də gedim – ümumi otağa sarı çevrilir - bir zəng çalım.
-Get mənə zəng çal, bu gün yaman darıxıram…
Uğunub gedir:
-Sənin “metro”ya düşən vaxtında, saat 4-ü keçdi.
“Metro”nun mənasını ümumi otaqdakılar da bilir. Deməli, institutun böyründə bir kafe var; adı da “Metro”du, özü də metroya oxşayır: pilləkənlə, sakit addımlarla bir xeyli aşağı düşürsən, iki, uzağı üç nəfərlə. Stolun üstə əvvəlcə şoraba, salat qoyurlar, xörək gələnə yaxın, sağ əlindəki bükülünü açıb, astaca rumkalara süzüb deyirsən: “Bu gün yaman darıxıram…”
Sonra danışmaq çox asan olur!
-Nədi, -deyir, -“Metro”ya düşməyə pul yoxdu?
-Sən get, -deyirəm, -zəng elə mənə.
-Oqtay (hə, adımı çəkəndə də xoşuma gəlir), -deyir, -iki gündü başım yaman ağrıyır…
O elə deyəndə, Allah haqqı, ürəyimi qəhər tutur, istəyirəm deyəm ki, gəl qoluma gir, çıxaq havaya, bilirəm ki, sənə təmiz hava, bir də harasa getmək lazımdı. O heç vaxt “darıxıram” demir, “başım ağrıyır” deyir. Xoşum gəlir belə deməyindən.
Küçədən, ümumi otaqdan, evdən, ta nə bilim hardan yığdıqlarımı birdən üyüdüb tökürəm:
-Bütün elmi işlər, yaz-pozular, iş-güc, axtarışlar, səfərlər - hər şey ünsiyyət üçündü. Sevgi də, ağrı da, sevinc də “kommunikasiya” vasitəsidi. Başa düşürsən, sevgi də…Adamlar istəyirlər ki, harasa, kiməsə yol tapsınlar. Qızlar, dostlar bir də nə yaxşı ki, Allah var.
“İlahi, bəs, mən niyə tək-tənhayam?!”
…O, adamı darıxmağa qoymur. Heç vaxt salamı ləngitmir. Qapını açmağıyla “salam” deməyi bir olur. “Həə, deyir, dünən…” “Bu gün, deyir, avtobusda gələndə…” Harasa zəng eləməyə qaçır. Otaqda kimləsə şirin-şirin danışır.
-Ayişə, bura-a gəl. –Otaqdan çağırıram.
-Gəli-rəm.
-Sözüm var e…
-Gəli-rəm dəə. Çayımı, çayımı, çayımı içim…
Dodağı stəkanda çiyniylə astaca qapını açır. Mən ona nağıl danışıram.
-Səkkizinci sinifdə oxuyanda bir qıza vurulmuşdum. Sarı yaylığı varıdı. Birdən görürdüm, budu gəldi. Ayaqlarının ucunda yeriyə-yeriyə “salam” deyirdi. Lap arxada otururdu, geriyə boylanmağa bəhanə tapmaq necə çətinidi…Dərsdən sonra “kef olurdu”. O uzaqdan bulağa gəlirdi. Onu sarı yaylığından tanıyırdım.  Vəssalam…
Maqnitafon lentində səssizlik xışıldayır…
-…
-Yamyaşıl bir yaz günüdü. Otların hər biri ağac boyu yerdən göyə qalxıb. Mən gün işığını, ağac boyu otları aralaya-aralaya məktəbə gedirəm. Kitabları partanın altına atıb məktəbin böyrünə çıxıram. Onun sarı yaylığı görünür. Gəlib astaca, elə bil, yüngülvari havada süzürmüş kimi böyrümdən sovuşur. “Salam” deyir… İnanmırsan, Ayişə, bir yaz  günüdü, otlar ağac kimi qol-budaq atıb, onun sarı yaylığı…
“And olsun yaz gününə, and olsun otların üzü göylərə böyüməsinə, and olsun yaxından ötən qıza, and olsun sevgiyə”…
Hərdən deyəsən, o da danışmaq istəyirdi. Susurdum. Üstün vurmurdu, həssasdan həssasdı. “Nərgiz gülünün əfsanəsini bilirsən?” “Yox!” deyirdim.
Bir də dəfə, günortadan sonra - saat daha 4-ü keçmişdi - sumkasını eşələyib iki qələm çıxardı. Divardakı kağızın ağ yerinə nəsə yazdı; əvvəlcə qara, sonra qırmızı qələmlə üstünü bəzədi. Yazdı, yazdı, heç mən fikir vermirdim, eləcə həmişəki kimi başım özümə qarışmışdı. Sonra pəncərəyə sarı getdi, qayıdıb təzədən yazdığının qənşərində durdu. O, yana çəkiləndə, şükür Allaha, nəhayət gördüm: divara əl boyda “19” rəqəmi yazılmışdı.
-Nədi o? Deyəsən, pullarını hesablayırsan?
Belə ağlagəlməz sözə uğunub gedəndi. Bu dəfə dinmədi, çox soyuqca, “heç nə, dedi, əlim dinc durmadı”.
-Ayın 19-u harasa gedirsən?
-Yox ey, hara gedirəm ki? Elə-belə bekarçılıqdan yazdım… - Birdən ciddiləşməyi də var; hərdən adamı qorxuzmaq istəyir. Ta dinmədim. Tapmacaya verdiyim cavabın ikisi də uğursuzdu. Axşam evə gedəndə “19” hələ də divardaydı, bax, onda əməllicə fikirləşməyə başladım.
Səhər işə gələn kimi qayıtdım ki:
-Axşam oğluma nağıl danışırdım, tapmaca deyirdim.
-Oğlun cavabları tapırdı?
-Hamısını tapdı, “on doqquz”dan savayı.
Uğundu getdi: -Demərəm, -dedi.
-Deyəcəksən…
“Zəng eləməyə gedirəm” deyib çıxdı. Qayıdanda: - On doqquz - mənim telefon nömrəmdi, -dedi. –Altı üstəgəl dörd, üstəgəl iki…-Hamısını saydı. –Həmin gün həm də mənim ad günümdü. On doqquz mənim rəqəmimdi. Deyirsən, elmlər namizədiyəm, adi hesablamadan baş çıxarmırsan.
Tapmacanın cavabı tapılmışdı, ta vecimə deyildi, zarafata saldım:
-Düzünü demirsən, mən tapandı –sənin vergi-zad çıxılmamış maaşın düz 19 “şirvan” dı, cədvəldə görmüşəm.
-Mən bura işə girəndə ərizə yazdığım gün də ayın on doqquzuydu. Noolsun?…-deyib qapıdan çıxdı.
-Ayişə…-çağırdım.
Ağıllı oğlanam, qaraqabağam. Hərdən-birdən zarafat-zad eləyirəm, vallah, bu mənə əməllicə təskinlik verir. Noolub e, mənə?… Çevrəmdən, orbitimdən nə qədər çıxsam da, geri qayıdacam, narahat olmayın, qəza baş verəsi deyil. Heç kəsi zinhara gətirmərəm. Allah haqqı, zəhləm gedir üzlü adamdan. Hər kəsin ayrıca xırdaca bir otağı var. Darıxanda da hansısa bir ümumi otağa gedirsən. Oradan səni qovmurlar. Çünki ora hamı darıxıb gəlir.
“Nə yaxşı ki, kimsə dinləyir, yoxsa partlayıb ölərdim, ay Allah”.
O gün bilmədim niyə gərgin günüydü… Ayın 19-u deyildi, bu heç. O da deyəsən, hətərən-pətərən danışa-danışa gah gülürdü, gah uzun boyuyla pəncərənin qənşərin kəsirdi.
-Ayişə, -dedim. O, üzün çöndərincə söz tapmaq lazımıdı; ürəyim elə yumşalmışdı ki, kiminsə adını çəkmək istəyirdim.
-Ürəyində arzu tut. Əlini üzünə çək, kirpiyini tap. Həə, tapdın…
Gülmək istədi, çətinliklə gülümsədi.
-Nə arzu tutmuşdun?
-Sonra deyərəm. La-ap sonra.
-İndicə de, -dedim. – Mən bilmək istəyirəm…
Geri çevrildi, paltosunu geydi. Əlini saçına apardı, hələ vaxt vardı, lentə təkcə saat səsi düşürdü. Qapını açıb ayağının ucuna baxanda bildim ki, günlərlə danışdığıma, söylədiyim tapmacalara cavab verəcək…
-Qurtar!… –rəng avazımışdı, -Nişanlıyam, nişanlımı dünyalar qədər istəyirəm. Bildin?!
Dondum, ancaq keyim tez açıldı; məncə, nişanlı olmasını deməyi artıqdı. Ya da o biri sözləri nahaq dedi. Qapını bərk çəkdi, amma axıradək örtmədi.
“Oğlum, sənə Fatmanın nağılını danışım. Külək əlçimi Fatmanın əlindən alıb apardı. Fatma əlçimin dalıyca düşdü. Yel baba, yel baba, əlçimimi sal, baba!”
Səhərisi ərizə yazıb məzuniyyət götürdü. Arabir işə gəlib dəyirdi, sakitcə salam verib, ümumi otağa qaçırdı. Dünyada mənimçün hələ heç nə dəyişməmişdi. O, məzuniyyətdən qayıdana yaxın bizim balaca otağı təmir eləməliydilər. Bir həftəydi görünmürdü. Qəflətən gözüm divara sataşdı. İlahi, o nə vaxt “19” rəqəmini qaralamışdı? Nişanlandığına görə?.. Heç vaxt “19”u xırdalayıb onun telefon nömrəsini tapa bilməyəcəkdim, hətta tapsaydım da ona zəng eləməyəcəkdim… Çünki zəng elədiyi yerdə kimsə mütləq telefonu götürüb sənə, sənin tapmacana cavab verməlidi.
Bəs, “19”un üstünə təzə pırtlaşıq xətlərlə o, nə yazmışdı, bu, hansı tapmacanın cavabıdı?
Təxminən 2 ay sonra o, həqiqətən də nişanlandı. Özü də tamamilə yad bir olana. Bizim böyrümüzdəki firmada işləyirdi. İş yoldaşlarımız yığışıb Ayişəgilə təbrikə getdilər. Mən gedə bilmədim, Allah haqqı, çox hayıfslandım ki, kaş iş çıxmayaydı…Həmin gün oğlum zalım balası, xəstələndi. Elə bil canı yoxdu, ayda 3 dəfə xəstələnir. Özü də minim belə vacib işlərim çıxanda…
“Gedəni yola salmağı bacarmadım mən!”
…Hə, bu nağılda bir yer qaldı. Ustalar bizim otağı təmirə gəldiyi gün indiki kimi yadımdadı. Qapını taybatay açdılar. Elə də külək idi. Aləm qatışdı bir-birinə. Həmin anlarda o da tanış addımlarıyla gəldi. İki cavan usta, bir də bizidik. Onlar divarlardan kağızları dartıb cırır, ayaqaltı eləyirdilər. Ustalar qaralanmış “on doqquz”a yaxınlaşanda, çox hayıfsılanıram ki, sadəcə cəsarət eləyib Ayişənin üzünə baxa bilmədim! Və onun üzündəki son cizgiləri görmək mənə qismət olmadı. Maqnitafonun lentisə sonuncu dəfə fırlanırdı: -Xışşş…

1998-ci il






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Aprel 11th, 2008 tarixində 10:25 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

12 şərh var


  1. Rebiqe adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 16:33 yazıb:

    Eh, yaziq qiz. Bu kishiler niye bele menasiz olurlarç bilmirem… -))


  2. Rebiqe adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 16:38 yazıb:

    Yuxarisa zarafat elemek istedim… yaxshi hekayeyedi…


  3. Şahanə adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 15:43 yazıb:

    Çox xoşuma gəldi.


  4. Raset Pirisoyu adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 16:59 yazıb:

    Əziz Qurban!
    Son illərdə sənin yazdıqlarını, xüsusən dinlərarası dialoqda fəal iştirakını imkan düşdükcə izləməyə çalışmışam, etiraf edim ki, onlardan heç biri mənə «Yol» ədəbiyyat qəzetindən tandığım Qurbanı xatırlatmayıb.
    Amma bu hekayə mənim yadıma Səni saldı.
    Bu hekayə doğrudan da sənin hekayəndir. Bu mövzu doğrudan da sənin mövzundur.
    Hekayədki insanlar - xoşbəxt olmaq istəyən, amma xoşbəxt ola bilməyən, bir - birini sevindərməyə səy göstərən, sözün yaxışı mənasında bir biri ilə məzələnən, amma bunun həm də məzələnmə olmadığını hiss edən (və sair və ilaxir və qeyri) insanlar doğrudan da sənin qələmində çox maraqlı alınır.
    Sən bu axtarışları aparırsan yoxsa yox. Bilmirəm. Bu hekayədə də çoxdan yazılıb. Amma səmimi deyirəm, mən sənin bu mövzunu inkişaf etdirməyini istərdim.
    İmkan düşsə yazıların mənə mənə göndər. Səni oxumaq istəyirəm.

    Birdən götürüb dinlərarası dialoqa dair yazılarını göndərərsən ha…
    Ümid edirəm belə bir iş görməzsən.
    Onsuz da mən «Səhər» telekanalını həmişə izləyirəm


  5. Qadjiyev adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 17:04 yazıb:

    Rebiqe xanim, chox ugursuz zarafat, daha dogrusu zarafata cehtdir….


  6. Qurban adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 11:40 yazıb:

    Azizim Rasət!
    Təşəkkür eləyirəm. Menim cox boyuk cehdlerim var, hele ki, ortada bir şey yoxdu, amma her şeyin yaxşı olacağına zerre qeder de shubhe elemirem, inshaAllah!


  7. Səma adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 11:04 yazıb:

    Eşq olsun, Qurban bəy! Dil də, üslub da, səmimiyyət də yerindədir. Bu yazıya görə, sizə ancaq təşəkkür düşür. Uğurlar!


  8. lamiye adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 11:45 yazıb:

    Son zamanlar oxudugum en maraqli hekayelerden biri saydim. Sade, heyatin icinden, nebzi suretlendiren…


  9. sara adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 14:15 yazıb:

    Chox gozel 1 hekayet


  10. q.huseynli adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 02:42 yazıb:

    Sozunu insallahla bitiren adamdan ne yazici. Qurban sair olmaq istedi, ola bilmedi, jurnalist kimi de ugur qazanmadi, indi guya yazici olmaq isteyir. Zurnacisi da indiden hazir. Raseti deyirem.


  11. Qurban adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 13:41 yazıb:

    (Q.HUSEYNLI adli sherh yazarina):
    Teshekkur edirem. Men sizi tanidim. Yaman hirslenmisiz… Kicik bir elavem var “indi guya yazici olmaq siteyir” fikrinize - hekaye 1998-ci ilde yazilib.
    Hirsiniz kecib-geder, inshaAllah


  12. Raset Pirisoyu adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 16:03 yazıb:

    Qurban,

    bu zurna sene ilishir, yoxsa mene?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: