Qaynar xəbər portalı

Vaqif Yusifli60 illik yubileyi ərəfəsində tənqidçi Vaqif Yusifli yeni kitabı ilə oxucuların görüşünə gəldi. “Sındır qəfəsi” adlı bu kitabda tənqidçinin son vaxtlar qələmə aldığı tənqidi-publisistik yazıları yer alıb. “Şeirimizin bu günü, bu günümüzün şeiri” adlı məqalədə müəllif çağdaş poeziyamızı tənqidçi kimi fikrinin süzgəcindən keçirib. Poeziyada Füzuliliyin yalnız ədəbi ənənənin praktiki görünüşü kimi diqqətə çatdırıldığı məqalədə Füzuli nəfəsi duyulan şairlər - Əli Kərim, Ramiz Rövşən, Salam, Nisəbəyim haqda söhbət açılır. Salamın yaradıcılığı tənqidçi qələmi ilə incələnir. Davamı…