Apr
14
AYB-də tanınmış tənqidçiyə qarşı təzyiq var
KultAz: Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin növbəti iclası keçirilib. İclasda “Körpü” tənqid jurnalının baş redaktoru, qurumun İdarə Heyətinin üzvü tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirin AYB üzvlüyündən çıxarılması məsələsi müzakirə olunub.
Qurum daxilindən mənbələrimizin verdiyi məlumata görə, buna səbəb qurumun içində olan bəzi qruplaşmaların Əsəd Cahangirin “hansısasa etik qaydaları pozması” barədə katibliyə şikayətləri olub. Aldığımız digər məlumata görə isə şikayətlərin kökündə, tənqidçinin öz yazılarında AYB rəhbərliyində təmsil olunan bəzi şəxslərin yaradıcılığını ara-sıra tənqid etməsi dayanır. Davamı…
Apr
14
(Müsahibə bir neçə ay əvvəl götürülüb)
Şərif Ağayardan aldığım müsahibəni sizə təqdim edirəm. Şərif bu müsahibədə cəsarətlə çox adam adı çəkir, çox adamı tənqid edir. Düşüncələri subyektiv ola bilər. Amma mən bu müsahibədə səslənən bütün fikirlərlə razıyam. Sizi müsahibə ilə baş-başa buraxıram.
- Nə yenilik var, Şərif Ağayar?
- Təxəlüsümü dəyişmişəm: Şərif Ağ.
- Bizdə “orijinal” təxəllüslər çoxdu.
- Deməli, bir roman yazıram. Sağ cinahdan sola çəkilib, sol cinahdan hücuma keçirəm. Nə ola, ola!
- Deməli yazmırsan… Davamı…
Apr
14
Elnur Astanbəyli
“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə doqquz axçanın davasını döyməklə Füzuli təkcə irfan sistemini yox, həm də əsl sənətkara xas əxlaq normasını pozub - özünün merkantil marağını cəmiyyətin mənafeyindən üstün tutub. Nəsimi Teymurləngə bircə misra da vəsf yazmayıb, bədəlini ağır ödəyib - edam. Bununla da Şərq sivilizasiyasının xilaskarına çevrilib. Nəsimi nümunəsi olmadan Şərq ədəbiyyatı çox miskin görünərdi. Yazıçı nə vaxt böyük olur? Şəxsiyyəti və yaradıcılığı arasında bərabərlik işarəsi qoyulanda! Davamı…