Elnur Astanbəyli
“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə doqquz axçanın davasını döyməklə Füzuli təkcə irfan sistemini yox, həm də əsl sənətkara xas əxlaq normasını pozub - özünün merkantil marağını cəmiyyətin mənafeyindən üstün tutub. Nəsimi Teymurləngə bircə misra da vəsf yazmayıb, bədəlini ağır ödəyib - edam. Bununla da Şərq sivilizasiyasının xilaskarına çevrilib. Nəsimi nümunəsi olmadan Şərq ədəbiyyatı çox miskin görünərdi. Yazıçı nə vaxt böyük olur? Şəxsiyyəti və yaradıcılığı arasında bərabərlik işarəsi qoyulanda! Bəzən hansısa ciddi şair və ya yazıçı haqqında, “onun necə şəxsiyyət olmasının fərqi yoxdur, əsas odur ki, yaxşı əsərlər yazıb” deyirlər. Və əksərən bunu o adamlar deyir ki, özlərinin şəxsiyyət problemi var. Biz yazıçının şəxsiyyəti ilə yaradıcılığı arasında ziddiyyətdən bəhs edəndə, qətiyyən onun alkoqolik, qumarbaz, narkoman, qadın və ya kişi düşkünü olmasını nəzərdə tutmuruq. Əsla, əsla, əsla. Biz onun şəxsiyyətindəki ictimai fırıldaqçılığı, dələduzluğu, mənsəbpərəstliyi, riyakarlığı nəzərdə tuturuq. Yazıçının şəxsi həyatı olmur, o, əsərləri ilə paralel, xarakteri ilə də cəmiyyəti etkilədiyindən hər bir hərəkətinə, sözünə cavabdehdir. Hansısa yaxşı yazıçının bütün həyatı yalana, şər qüvvəyə xidmətdə keçibsə, o, oxucunun şüuraltına həmin yalanın, şərin toxumlarını əkir, deməli. Belələrini ya heç oxumamalıyıq, ya da dəfələrlə oxuyub onun bizi harada aldatdığını aydınlaşdırmalıyıq. Yaltaq yazıçının əsərlərində mütləq bu naqis xarakterinin kodları gizlənmiş olmalıdır.
Qərb sənətkarın şəxsiyyət problemini çoxdan həll edib. Bu gün barmağınızı hansısa ciddi Avropa yazıçısının adı üzərinə qoyub, onun xırda məişət maraqlarını cəmiyyətin mənafeyindən üstün tutduğunu göstərə bilməzsiniz. Azərbaycan kimi üçüncü, beşinci dərəcəli ölkələrdə bu problemin həlli indi-indi aktuallaşır. Və bunu yaşadığımız cəmiyyətin acı reallıqları tələb edir! Siz taleyinizi hər nə qədər savadlı olsa belə, vicdan, ləyaqət hissindən uzaq müəllimə tapşırarsınızmı? Elə isə nədən həyatı boyu şər qüvvəyə xidmət etmiş yazıçının kitablarını oxumalısınız? Sağlamlığınızı peşəkarlığına inandığınız, əvəzində hər şeyi pulla ölçən, ələbaxan, leksikonunda yerli-dibli “şərəf”, “ləyaqət” anlayışları olmayan həkimə etibar etmədiyiniz halda, niyə ruhunuzu əqidəsini mənsəbə dəyişən yazıçının ixtiyarına buraxasınız ki? Þncə şəxsiyyətdir, yoxsa yaradıcılıq? Bu, “toyuq əvvəl olub, yoxsa yumurta?” qədər mübahisəli məsələ deyil. Hər şey çılpaqlığı ilə aydındır: şəxsiyyətsiz yazıçı ruhsuz bədən kimidir. Şəxsiyyət və yaradıcılıq - bunlar bir-birindən ayrılmazdır, “hansı əvvəldir, hansı sonra” sualı da burda yerinə düşmür. Həyatı ilə yaradıcılığı arasında həmişə bərabərlik işarəsi olmuş, dünya klassikasına çevrilmiş “Qadın-hörümçəyin öpüşü” romanının müəllifi Manuel Puiqdən yazıçının mənsəbpərəstliyi haqqında soruşanda, cavab verib: “Şəxsi həyat baxımından nə qədər yaxşıdırsa, yaradıcılıq üçün bir o qədər zərərlidir. Yazıçı azad olmalıdır, heç kimə qulluq etməməlidir”. Bu, adi həqiqətdir. Puiq deməsə belə, özüm də yaza bilərdim. Sadəcə, bizim oxucu ən adi həqiqəti də yalnız mötəbər ağızdan eşidəndə qəbul edir, ona görə də Puiqə istinadən yazdım. Məsələ orasındadır ki, Azərbaycan yazıçısının problemi qətiyyən istedad deyil, cəsarətdir. Azadlıq duyğusunun ona yad olmasıdır. İstisnalar həmişə var, amma bütünlükdə götürəndə Azərbaycan yazıçısı ələbaxandı, qorxaqdı, asılıdı, üzüyoladı. İstedad az şeyi həll edir. Həlledici olan nə varsa - cəsarət, gözütoxluq, sərbəstlik, intellekt, - bunların heç biri Azərbaycan yazıçısında yoxdur. Bax, elə bunun özü də kifayətdir ki, niyə dişə dəyəsi ədəbiyyat yarada bilmirik, niyə dünyaya çıxmaqda gücənirik, niyə Nobelə layiq yazıçımız yoxdur suallarının cavabını tapaq. Þzümüzə “tənqiddən qorxmamalıyıq”, “olanımız budur” deyib aqibətimizlə barışmamalıyıq. Ucdantutma hamıya “toxunulmaz” statusu verməklə heç nə qazanmayacağıq. Yaradıcılığını şəxsi karyeraya hesablayanları, yazdıqları kitabların arxasında gizlənib ictimai riyakarlıqla məşğul olanları kimliyindən asılı olmayaraq, adı ilə çağırmalıyıq. Ən azı gələcəyə pis nümunə olduqları üçün. Bu yaxınlarda titullu, karyerapərəst xalq yazıçılarından biri “Azadlıq” radiosunda öz naqisliyinə, “nə olsun, Nizami də sifarişlə yazıb, Füzuli də ənam davası aparıb” deyə bəraət qazandırmağa çalışırdı. Nə vaxta qədər belə davam edəcək? Davam edəcəksə, dilimizi qatlayıb qoyaq qarnımıza, boynumuza alaq ki, böyük ədəbiyyat, böyük mədəniyyət bizim yemimiz deyil.
Çalışaq, davam etməsin!
KultAzdan: Portalın Forumunun bu həftəki qonağı Elnur Astanbəylidir. Yazara sualları olanlar bu linkə daxil olub suallarını verə bilərlər: FORUM




Bölmə: 










scorpion adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 12:33 yazıb:
“Nəsimi Teymurləngə bircə misra da vəsf yazmayıb, bədəlini ağır ödəyib - edam.”- Yenə də bisavadlıq… Sən demə Nəsimini Teymura vəsf yazmadığına görə edam eliyiblər!!!
Bu cümləyə çatandan sonra inanmıram özünə hörmət eliyən oxucu bu yazını oxusun…
elnur_as adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 16:41 yazıb:
ozune hormet eleyen eslinde bu “sherh”e cavab yazmamalidir. Neden ki,insanin oz savadsizligindan utanmaq evezine bunu numayish etdirmeye qalxmasi, onda israr bele etmesi azindan Nesimiye edam qerari verenler qeder cahil oldugunun gostergesidir. Amma insanlari cahillikden xilas etmekde de boyuk savab var. Odur ki, xirda bir bilgini yuxaridaki “sherh” muellifinden esirgemeyek. Teymurleng 2 defe (turk menbelerinde hetta 3 defe)Nesimiye onun fethnamechisi, seyyar meddahi olmaq uchun sifarish gonderib. Birinde onu mecburen tutub yanina getirmeyi bele emr edib. Nesimi her defesinde Teymurun boyur-bashinda yallanıb onu medh etmekden imtina edib. O Teymurun boyur-bashinda sulenmeye raziliq verseydi edam da olunmazdi shubhesiz. Her shey bu qeder sadedir.
“Sherh” muellifi bunu oxuyandan sonra bu gununu bilik cehetden faydali hesab ede biler. Ona choxlu bele faydali gunler arzulayıram.
scorpion adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 16:56 yazıb:
Və Teymurləng onu edam edib eləmi?
Axı sənin yazından bu hasil olur ay elm dəryası Elnur bəy!!! Öz yazdığını birdə diqqətnən oxu!!!
sabiq AYO-cu adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 16:43 yazıb:
Vallah, mən Elnur bəyin yazısına bəzi iradlar bildirəcəkdim. Amma scorpionun tenqid xətrinə tənqidindən sonra vaz keçdim.
scorpion adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 17:01 yazıb:
Elə ona görə də hər yerdə sabiq olacaqsan…
qeza xidmeti adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 12:27 yazıb:
skorpion,niye elnurun qaldirdigi probleme yox,teymurun nesimiden qabaq olmesine ishare edirsen.cavab ver gorek yaradici ve shexsiyyet deyende sen neyi basha dushursen
scorpion adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 15:44 yazıb:
Hörmətli qəza xidməti, Elnur burada heç bir problem qaldırmayıb… Daha dəqiq söyləsək bu məsələ 1988-ci ildən bu yana dəfələrlə qəzet səhifələrində gündəmə çıxarılıb… Bu yazını da “Kultaz”dan əvvəl “Ədalət” qəzetinin saytında oxudum və yeni heç bir şey görmədim… Hətta dərd köhnə dərd olsa da belə gəlin bir məsələyə diqqət yetirək yazıda heç bir konkret fakt irəli sürülmür və deyilənlər real şəxslər ətrafında konkretləşdirilmir… Niyə?
Yazının bu hissəsinə diqqət yetirin:”Ucdantutma hamıya “toxunulmaz” statusu verməklə heç nə qazanmayacağıq. Yaradıcılığını şəxsi karyeraya hesablayanları, yazdıqları kitabların arxasında gizlənib ictimai riyakarlıqla məşğul olanları kimliyindən asılı olmayaraq, adı ilə çağırmalıyıq. Ən azı gələcəyə pis nümunə olduqları üçün. Bu yaxınlarda titullu, karyerapərəst xalq yazıçılarından biri “Azadlıq” radiosunda öz naqisliyinə, “nə olsun, Nizami də sifarişlə yazıb, Füzuli də ənam davası aparıb” deyə bəraət qazandırmağa çalışırdı.” Özü isə ad çəkmir… Hətta həmin “karyerapərəst xalq yazıçısı”nın belə adını çəkmir… Yəni qeyri-ciddi münasibətdi bu… çayxana qeybəti səviyyəsindəmi yanaşmaq lazımdı bu problemə…əslində bu problemin olduğunu mən inkar eləmirəm. Hamıya ucdantutma aid edilməsə də bu var, ancaq oğul istiyirəm bu məsələnin sosioloji, psixoloji…tay nə bilim nəoloji qatlarına ensin problemin mahiyyətini açsın…Özünü çətinə salmamaq, öz içindəki fobiyaların, əsir-yesiri olduğun komplekslərin, ədəbi uğursuzluqlarının təsiri altında
yazılmış qeyri-peşəkar bir yazıya münasibətim necə olmalıydıki? Əslində mən fikirləşmirəm ki,ortabab orta təhsili olan hər kəsin bildiyi bir şeyi- Nəsimini kimin və niyə edam etdirdiyini Elnur bilmir … Mən bu replikaynan onun yazı peşəkarlığının aşağı olmasına işarə eləmişdim…
elnur_as adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 19:26 yazıb:
yazida anardan bextiyardan elchinden bele choxlarininin adi olsa da EDALETde chixariblar Zahirse yazini qezetin saytindan goturub ona gore de adlar burda da yoxdur her halda en chox zehlesi adsiz unvansiz tenqidden geden biri kimi bu iradi bolushurem
scorpion adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 22:51 yazıb:
Yeri gəlmişkən hörmətli Admin “Ədalət”in saytından yazı götürəndə diqqətli olun. O saytda “Ö”-böyük “ö” hərfi ilə bağlı problem sizdə də görsənir… Bir də ki, bu yazıların təkrar “Kultaz”da verilməsi nə dərəcədə məqsədə uyğundur… Yaxşı olardı ki, sırf “Kultaz” üçün yazılar yazılaydı…