Qaynar xəbər portalı

Kitab dünyası


Əsəd CahangirAYB-də tanınmış tənqidçiyə qarşı təzyiq var

KultAz: Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin növbəti iclası keçirilib. İclasda “Körpü” tənqid jurnalının baş redaktoru, qurumun İdarə Heyətinin üzvü tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirin AYB üzvlüyündən çıxarılması məsələsi müzakirə olunub.
Qurum daxilindən mənbələrimizin verdiyi məlumata görə, buna səbəb qurumun içində olan bəzi qruplaşmaların Əsəd Cahangirin “hansısasa etik qaydaları pozması” barədə katibliyə şikayətləri olub. Aldığımız digər məlumata görə isə şikayətlərin kökündə, tənqidçinin öz yazılarında AYB rəhbərliyində təmsil olunan bəzi şəxslərin  yaradıcılığını ara-sıra tənqid etməsi dayanır. Daha konkret desək, müzakirəyə,  “Ulduz” jurnalının baş redaktoru və qurumun Gənclər Şurasının katibi yazıçı Elçin Hüseynbəylinin dramaturji fəaliyyəti ilə bağlı tənqidçinin bu yaxınlarda mətbuatda və bizim portalda dərc olunan “Drama+tryuk” yazısı səbəb olub.
Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu faktı təsdiqləsə də, qurumun Əsəd Cahangirə etimad göstərdiyini və onun üzvlükdən çıxarılmadığını bildirib.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Aprel 14th, 2008 tarixində 18:13 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. İbrahim İbrahimli adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 19:47 yazıb:

    Əsədi Elçin Hüseynbəylinin dramaturji sicilləmələrini tənqid etdiyinə görə deyil, bizcə, vaxtilə onu tərifləyib göylərə qaldıran cəfəng yazılarına görə nəinki AYB-dən bəlkə məmləkətdən çıxarmaq lazımdır?!
    Normal yazmağı öyrənmək və səhvlərini etiraf etmək gözəldir. Əsədin buna göstəriciləri var.


  2. Sima N. adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 18:38 yazıb:

    1/ AYB və ya digər qurumlardan çıxmaq (ya çıxarılmaq)hələ dünyanın sonu deyil, burda bir faciə görmürəm
    2/ digər tərəfdən, AYB üzvü Ə.Cahangirin birlik arkadaşını səmimi qərəzsiz tənqid etməsi inandırıcı deyil.
    3/ öz personasına diqqəti cəlb etmək üçün yaradılmış səs-küyün arxasında cılız şəxsi iddialar durmaya?


  3. Dura adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 00:37 yazıb:

    Горе вам, ей дураки! Это просто игра


  4. Sabutay adlı istifadəçi, May 4, 2008 tarixində, saat 22:13 yazıb:

    Əsədi zərrə qədər də tanımaya-tanımaya (nə bir insan, nə də qəlqm sahgibi kimi) onun haqqında ray deməyi absurd sayıram. Mənmcə, Əsəd çağdaş ədəbiyyatımızda sözün məna və mahiyyətini dərk edən 2-3 adamdan biridir. AYB-də onynla bağlı insident də bunu göstərir. Əsədlə münaqışəyə girən adamlar öz istedadsızlıq və savadsızlarını ört-basdır etmək istəyirlər. Amma keçməz. Necə deyərlər, kor, kor, gör, gör. Hər şey göz qabağındadır. Əleyhdarları Əsədin qabağında çox cılız görünürlər.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: