Şair-tərcüməçi Səlim Babullaoğlu ilk dəfə olaraq qrafik şeirlər sərgisi açacaq. Sərgidə insanlar şeirlə yanaşı, ona uyğun şəkillər görə biləcəklər. Bu barədə S.Babullaoğlu özü məlumat verib.Bildirib ki, hazırda kitab da çapa hazırlayır. “İlyas Göçmənin şəkil dəftəri” adlı kitab türk fotoqrafına həsr olunub: “O, mənə fotoalbomunu vermişdi və orda 40 şəkil vardı. İstanbulda ikən şəkillərdən birinə şeir yazdım və düşündüm ki, niyə bütün şəkillərə şeir yazmayım”. S.Babullaoğlu bildirib ki, kitabda 40 şeir toplanılacaq./Olaylar
« Ukrayna dərgisi Azərbaycan ədəbiyyatına həsr olunub | Əsas səhifə | Bakıda türkiyəli şairlə görüş keçirilib »




Bölmə: 









