Qaynar xəbər portalı

Kitab dünyası


«ZONQUZONQU» VİRUSU


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 351 oxuma

Həə…

Hə, qar əridi bu gün,
qar əridi…
divarlar isə…

divarlar isə ərimədi…
həə, gün çıxdı
çəkmələrimin palçığı bərkidi,
qızlar eşqə düşüb
dırnaqlarını itilədi,
rənglədi…

çikab gölməçələrindən
bir başqa cür boylandı
bizim şəhərin əksi…

sənədlər qeybə çəkildi qəfildən,
sifətlərimiz dönüb oldu
şəxsiyyət vəsiqəsi…

sevincək düşüb arzularımı səslədim,
kimsə gəlmədi…
künc-bucaqdakı
hörümçək toru titrədi
ancaq…
Bom-boş idi «Otoyol» minibuslarıyçün ayrılmış,
ümidlərinin son dişləri sayılmış
yarıyuxulu dayanacaq…

hə, qar əridi…
divarlar isə ərimədi
bu gün…
Kasıblıq qapazladı məni bu gün,
dilənçiliyimin ovucları dərinləşdi.

* * *
Hə, nazlı yar qonaq gəlmədi bu gün
bizə…
Bircə
«zonquzonqu» adlı tam avara virus,
tam qanunsuz,
durub Yaponiyadan qonaq gəldi, soxuldu
bilgisayarıma…
antivirusları nə qədər çağırsam da
harayıma,
xeyri olmadı…
«THE MAN» kişi jurnalının sahibi də
nakişilik göstərib
həmin bu virusdan,
bu namussuzdan
təsirləndi,
əmək müqaviləmi yarıda kəsdi…

Həmin bu virus, üstəgəl, sonsuz sükut,
tapanca lüləsinə taxılın
səsboğucu alət kimi,
dillərdən yox, gözlərdən püskürən
vəhşi lənət kimi,
yaddaşıma həkk olundu
həmin an…
Çıxarammıram onu öz bilgisayarımdan…
Ah, bu virus…
o tam qanunsuz
soxulub bu həyata,
siyasətçilərdən Madlen Olbrayta,
içkilərdən «sprayt»a,
yuyucu tozlardan «tayt»a
üstünlük verir o…
həyatımı,
saytımı məhv edir o…

Hə, bu yaz fəsli
xoştəbəssümlü amerikalıya dönüb
məni yenə aldadacaq,
«zonquzonqu» də ona qoşulacaq,
nakişilik edib
«THE MAN» kişi jurnalına tapşıracaq
mənlə əmək müqaviləsini
uzatmasın…
Qoy hamı bundan utansın,
qoy dərdimin əlacı
«MİCROCOFT»un yeni antivirusuna qalsın,
Qoy yetimliyim gedib bir tənha məzardaşıyla
qucaqlaşsın,
ağlaşsın
köhnə Bakı məzarlığında…

Dərdlərimin çarəsini tapın
ən son anda
yaradacağız

Yeni antivirus proqramlarında!!!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 4.5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Aprel 16th, 2008 tarixində 22:50 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. Ryabina adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 08:29 yazıb:

    …Eeee…bu Virusun müəllifi yoxdu…?
    Hanı müəllif adı…?


  2. Turkin adlı istifadəçi, May 1, 2008 tarixində, saat 10:55 yazıb:

    maraqlidir.(neyise beyenib beyenmemek arasinda qalanda bu tekterkibli muxteser cumle gelir komeyime:MARAQLIDIR)


  3. sabiq AYO-cu adlı istifadəçi, May 1, 2008 tarixində, saat 13:00 yazıb:

    Həmiddə şer alınmır da…


  4. qedir qizilses adlı istifadəçi, May 7, 2008 tarixində, saat 16:21 yazıb:

    bele sheir olmaz
    bu hoqqabazliqdir


  5. qardaş adlı istifadəçi, İyun 8, 2008 tarixində, saat 21:25 yazıb:

    Ay Həmid. bəsdir doladın milləti. Get özünə ağıllı-başlı bir iş tap, ağzına gələni yazıb zəhləmizi tökmə sən allahın!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: