Qaynar xəbər portalı

Kitab dünyası


İspaniyaRasət Pirisoyunun tərcüməsində

İspaniyada vətəndaş müharibəsidir.  Əzab çəkirəm, ona görə ki,  artıq  söz  gücdən düşüb.

Alışır canım, ciyərim;
yatmaqmı olar? -
qalxıram.
Yenə bir siqaret,
yenə bu əzab,
yenə bu pəncərə;
açıb baxıram:
- Ay,  hanı  sənin işığın?
- Qadın,  hanı çılpaqlığın?
- Ürək,
sən hardasan harda?

Məni  əldən salıb tənhalıq burda.

Yaralayıb gözlərimi didəsinəcən
xəyalımdan gəlib keçən -
axsaq taleləriylə
əlbəyaxa döyüşə atılan qardaşlarım.

Qardaşlarım,
Küçələrdəki,  səngərlərdəki,
qazmalardakı,  kahalardakı,
eşafot altındakı,
hörümçək torundakı,
od-alov içindəki qardaşlarım!…

Məndən
sizin döyüşlərə çatası ancaq
Siqaret kötükləriylə dolu külqabı
və bir də
bu yırtıcı yuxusuzluq olacaq.

Yer ayrılımır, yerə girim!…

(Elə bu dəqiqlərdə
İgidlər ölür,
ölənlərin gözlərində
göy üzündəki qüşlar
nəm torpağa…
gömülür)

Biz pərən - pərən düşmüşük.  Qaranlıq adlı düşmən - onu necə adlandırmağın fərqi varmı? - elə indilərdə şəhərə daxil olur.

Sus!
Ayın qanqırmızı
çıxdığı bu gecədə,
şimşəyin göy üzünü
yandırıb
yaxdığı bu gecədə,
sus,
günaha batırma sevginlə məni. -

Məni qəbul elə necə varamsa,
bu sayaq -  dağanıq,
bu sayaq – sınıq  -

tale dönmüş,
ürək dərdə tapınmış
və gözlərim
başdaşıyla qapanmış.

Sus!!!
Məhbəs divarlarında
indi iz qoyur,  iz qoyur,
dustaqların dırnaqları,
göz yaşı

Qaranlığın nəfəsi
körpələrin nəfəsinə qarışır.

Analar dil deyir, dil deyir
Körpəcə meyitlər üstə…

Sus!!!
Xatırlatma mənə,
haçansa sənə
gözəl sözlər dediymi,
Sus!!! -
Gözəlliyin ümidsiz baharı kimi

Məni qəbul elə necə varamsa,
bu sayaq -  dağınıq,
bu sayaq - sınıq!…

Elə bu dəqiqələrdə Hitler Almaniyasında ölümə məhkum olunmuşlar öldürülməyə  aparılırlar.

Sən ölümə gedirsən,

(Mən isə burada
mənasız poetik xəyala uyub,
durmuşam,
əlimi  arxama qoyub)

Sən mənə icazə versəydin əgər? -
Mən sənə
göy üzü seçə bilsəydim…

… mələkləri daş ürəkli,
buludları bayrağa bənzər
o göy üzündə,
gözlərdi  səni
böyük tənhalıq -

taleyin seçib yığdığı ruhlar aləmi -

ayırıb ulduzları
iki bərabər yerə,
qərq edib arasını
cəhənnəmə,
sükuta
və çiçəklərlə…

Sən mənə icazə versəydin əgər?…

Amma yox,
Sən
çox-çox uzaqlarda qalan quşların,
Səsini,
səsini eşidirmiş kimi
Gülümsəyirsən.

Ölümə gedirsən qara-qorxusuz -

addımların sərrast, qəti,
gedirsən, elə gedirsən,
elə bil tapmısan
əbədi zülmətləri
əbədi işığına qərq edən
o məhəbbəti.

Sən ölümə gedirsən,
Mən isə burda
acizəm, gücsüzəm nəsə etməyə.

səslənir,
səslənir qulaqlarrımda
soyuq addım səslərin.
Dolur gözlərimə,
dolur göz yaşım

Ah, mənim ölümə gedən qardaşım.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Aprel 16th, 2008 tarixində 16:48 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. gezetci adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 11:28 yazıb:

    Raset, senin tercumelirin de ele yazdigin seirler kimi bezdarnidi. Adamin uste Allah var, tercumende bir ugurlu misrani danmag olmaz:

    Yer ayrılımır, yerə girim!

    Bu misran senin oxucuya etdiyin semimi etiraf kimi gabul olunmalidir!


  2. J. Q. F. adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 15:34 yazıb:

    Hörmətli qəzetçi!

    Şeirlərə laqeyd qala bilmədiynizə və hətta hirsləndiyinizə görə Sizə təşəkkür elan edirəm.

    Hörmətlə,
    Joze Qomes Ferreyra

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: