Qaynar xəbər portalı

Rəbiqə Nazimqızı13 aprel

Bəzən heç nə kömək eləmir. Ən təmiz şeir belə anlarda söz yığınından başqa heç nə deyil, onu oxumağa həvəsin çatmır. Əksinə, daha çox özünə məğlub olmana bəraət qazandırmaq üçün Şəri təcəssüm edən şeylərə meyl eləyirsən, guya Şər Xeyirdən daha çevik, daha çılğın, daha yaxın (sırf məkan anlamında) olduğu üçün o, ağrını tez kəsə biləcək. Şərə meyl etmək, əslində, uzaqda olan, yaxınlaşmaq bilməyən (və ya yaxınlaşa bilmədiyin) Xeyirə acıq verməkdi.
Heç kəs özünü Şər hesab eləmək istəmir. Ümumiyyətlə, kimin kim olduğunu kim bilir ki?..”

-    Necədi? - Bilirəm, tərifləyəcək, ona elə gəlir ki, mənim yazdıqlarım həmişə yaxşıdı, mən pis heç nə yazmaram. Davamı…


Yafəs TürksəsŞairin ad gününə dozadan artıq tərif

Kənan HACI

Bakının yağışlı-çiskinli soyuq payız axşamlarından birində dünyanın qırxdüyünlü sualları ilə təktəbək qalanda necə hövlənmişdimsə, tezcənə qarşıma çıxan taksini saxlatdırıb kəndə qayıtmışdım və dostum Sahibi isti yorğan-döşəkdən qaldırıb, ta sübhəcən girinc eləmişdim.
Çöldə canüşüdən havaya külək də öz əlavələrini edirdi və içəridə çırtaçırtla yanan sobanın istisindən yanaqlarımız allanmışdı. Şübhəsiz, tut arağı da öz işini görmüşdü. O gecənin ən əlamətdar hadisəsi isə Sahibin qəfildən, mənim heyrətimə səbəb olan bir ahənglə sevgi şeiri oxuması oldu. Sonra barmaqları arasında boşuna yanıb gedən siqaretin tüstüsünü iştahla sinəsinə çəkib üfuqi xətt üzrə düz sifətimə üfürdüyünü xatırlayıram. Mənasız cəhd idi, gözlərinin yaşardığını artıq görmüşdüm. Davamı…


Elnur Astanbəyli

molodoy25@box.az

Azərbaycan ədəbiyyatıının «Biləcəri sindromu»nun qırılmasını kimdən, kimdən, amma AYB təfəkkürlü yazarlardan gözləmək ayıbdır. Ona görə də bəlkə bir neçə gün əvvəl bəzi qəzetlərdə dərc edilən «Rəşad Məcidin hekayəsi ABŞ-da çap olunub» başlıqlı xəbərə baş qoşmamaq da olardı. Amma və lakin. Əvvəla, Rəşad müəllimin aman-zaman (yəni, madar) «10 sentyabr» hekayəsi ABŞ-da «Başqa səslər» adlı jurnalda dərc edilib. Təəssüf ki, internet axtarış sistemi belə bir jurnalın həqiqətən də olub-olmadığı məsələsində bizə heç bir kömək etmədi. Ona görə də «Başqa səslər» adlı jurnalın varlığı haqqında əminliklə nəsə demək çətindir. Davamı…