Elnur Astanbəyli
molodoy25@box.az
Azərbaycan ədəbiyyatıının «Biləcəri sindromu»nun qırılmasını kimdən, kimdən, amma AYB təfəkkürlü yazarlardan gözləmək ayıbdır. Ona görə də bəlkə bir neçə gün əvvəl bəzi qəzetlərdə dərc edilən «Rəşad Məcidin hekayəsi ABŞ-da çap olunub» başlıqlı xəbərə baş qoşmamaq da olardı. Amma və lakin. Əvvəla, Rəşad müəllimin aman-zaman (yəni, madar) «10 sentyabr» hekayəsi ABŞ-da «Başqa səslər» adlı jurnalda dərc edilib. Təəssüf ki, internet axtarış sistemi belə bir jurnalın həqiqətən də olub-olmadığı məsələsində bizə heç bir kömək etmədi. Ona görə də «Başqa səslər» adlı jurnalın varlığı haqqında əminliklə nəsə demək çətindir.Çox güman ki, bu jurnal varsa belə, Amerikanın «Ulduz»undan başqa bir şey deyil. «Ulduz» jurnalı Azərbaycanın anti-ədəbiyyat dərgisidir, orada ortabab şer, hekayə tapmaq xəlbirlə su içmək kimi bir şeydir.
Antologiyada əsərləri çap olunan digər müəlliflərin adı isə hətta bizim ən intellektual dostlarımıza belə, heç nə demir. Bunlar kimlərdir? Anna Menendez, Josip Novakoviç, Toni de Souza, Samrat Upadhyay, Luis Alfaro, Nasan İnqlander. Bu siyahı adama serial qəhrəmanlarının adından başqa heç nə demir. İstənilən xarici serialda həmin adda qəhrəmana rast gəlmək olar, amma dünya ədəbiyyatında bu adda yazıçıların olmasından biz, ən azı, ingilisin, fransızın dünyada Fikrət Qoca, Anar, Elçin Əfəndiyev, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Sərvaz Hüseynoğlu kimi şair-yazıçıların olması qədər məlumatlıyıq.
Di gəl ki, Rəşad müəllim sevincək olub qəzetlərə göndərdiyi xəbərdə eyni jurnalda çap olunduğu müəllifləri məşhur yazıçılar kimi təqdim edir. Lap elə jurnaldakı digər müəlliflər ağırtonnajlı yazıçılardır, bundan Rəşad Məcidə nə? 20-30 il əvvəl bizdə dəb idi. Ədəbiyyavt antologiyaları buraxılırdı, alıb baxırdın Dostoyevskidən başlayırdı, Heminqueylə, Folknerlə, Markeslə davam edirdi, Anarla, Elçinlə qurtarırdı (doğrudan da, əsas yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır). Sonuncular özlərinə bu cür təsəlli verirdi, əllərindəki ədəbi hakimiyyətdən istifadə edib, Azərbaycan oxucusunda əjdahalarla bir sırada dayandıqlarının görüntüsünü yaradırdılar. Eşələsən, Rəşad müəllim də madar hekayəsini Amerika jurnalında hansısa tanışlıqla, özü də məhz özünə təsəlli üçün çap etdirib.
Dünən dostlardan biri ilə bu barədə mübahisəmiz düşdü. Tez-tez Rəşad müəllimdən babat qonaqlıqlar alan dostumuz deyirdi ki, amerikalıların diqqətini bu hekayə 11 sentyabr hadisələrinə görə çəkib. Onun bu arqumentinə xeyli gülmüşəm. Səbəbin soruşanda cavab verdim: «A qardaş, elə danışırsan ki, guya Rəşad müəllimin yaradıcılığında hekayə bolluğudur, amerikalılar da irdələyib «10 sentyabr»ı dərc ediblər. Adamın olanı budur».
Ümumiyyətlə, Rəşad müəllimin bütün ədəbi karyerası bu hekayəyə bağlıdır. Dünyada elə bir yazıçı tapmazsınız ki, madar və mənasız bir hekayəylə özünə bu qədər ədəbi status qazansın. Elə çıxmasın ki, mən Rəşad müəllimin yeni hekayələrinin həsrətində olduğumdan bunları yazıram. Qətiyyən. Rəşad müəllimin yazmamasından ədəbiyyat qazanır.
Bəs elə isə «10 sentyabr»dan sonra Rəşad müəllim niyə heç nə yazmayıb? Üç versiya var.
Birinci versiya: «10 sentyabr»ı yazandan sonra öz ədəbi istedadının mənasızlığını başa düşüb və ədəbiyyatı bir daha zibilləməmək qərarına gəlib. Amma Rəşad müəllimi yaxşı tanıyan adam kimi bu versiyaya inanmıram, çünki onda bu qədər səmimiyyət yoxdur.
İkinci versiya: Ola bilər ki, Rəşad müəllim «10 sentyabr»dan sonra hekayə yazıb, amma heç özü də buna inanmadığından çap etdirmir. Mən bu versiyaya da inanmıram. Səbəbi yoxdur, sadəcə, inanmıram.
Üçüncü versiya: Hamı bilir ki, Anar müəllim vəzifəsini itirməkdən dəhşət qorxur. Heç kim təminat verə bilməz ki, birinci hekayəsi ilə AYB katibi olan Rəşad müəllim ikinci hekayəsi ilə AYB sədrliyini ələ keçirməyəcək. Bu da Anarı həyəcanlandırır və o, yeni hekayə yazmaması üçün aybaay Rəşad Məcidə pul ödəyir.
Bu versiya mənim də ağlıma batır.
KultAzdan: Portalın Forumunun bu həftəki qonağı Elnur Astanbəylidir. Yazara sualları olanlar bu linkə daxil olub suallarını verə bilərlər: FORUM
« Özbəkistan şairi Yusuf Cümə azadlıqdan məhrum edilib | Əsas səhifə | Yafəs- Azərbaycanın Sorokini »




Bölmə: 










Novarg adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 17:25 yazıb:
-))
Iki bele jurnal var;
- http://www.othervoices.org/
- ttp://www.othervoicesmagazine.org/
Yuxaridaki “serial qehremanlari”nin adlarina oxshayan adlar gordum, amma Reshad Mecid’e rast gelmedim… Belke texellusle verib…? -))
seymur adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 23:41 yazıb:
Men sahidem ki elnur seirlerinin 525-de cixmasi ucun Resad Mecide nece yalvarirdi.
seymur adlı istifadəçi, Aprel 19, 2008 tarixində, saat 00:04 yazıb:
elnur axirda resadsunas olacaq
Qan Turalı adlı istifadəçi, Aprel 20, 2008 tarixində, saat 11:39 yazıb:
ELnurla tam razıyam. Rəşad söz verib ki, bu hekayəni 30 dilə tərcümə elətdirəcək…
Oxucu adlı istifadəçi, Aprel 23, 2008 tarixində, saat 18:28 yazıb:
Resad Mecidi ittiham ateshine tutan shexsin meseleye yanashma terzi ve dusunme derinliyi cox acinacaqli ve biyabirci seviyyededir. Deyesen, Elnur Aslanbeyli omrunun axirina qeder calishacaq, vurushacaq, etden, qabiqdan cixacaq amma Reshad Mecid haqqinda musbet ve ya menfi munasibetli seviyyeli yazi yaza bilmeyecek.
Gorunur, internetde axtarish qabiliyyetine de malik deyil muellif. Men ele ingilisce “Other voices” yazan kimi Google-de jurnalin sehifesi acildi.
“a stranger among us amazon azerbaijan” yazanda ise http://www.amazon.com/Stranger-Among-Us-Collision-Connection/dp/0976717735 acilir. Diger muellifleri tanimiram, amma Nathan Englander’in wikide http://en.wikipedia.org/wiki/Nathan_Englander unvanina baxdim. Orada yazilib ki, Newsweek jurnali onun hekayeler kitabini deyerlendirerek muellifi “Nesrin yeni istedadi” adlandirib. Biz indi bu muellifi tanimiriqsa bu demek deyil ki, adam istedadsiz ve seviyyesizdir.
oxatan adlı istifadəçi, Aprel 24, 2008 tarixində, saat 11:13 yazıb:
Oxucu, aldanma ve aldatma. Sen dediyin unvanlarda her shey var, Reshad Mecid-den savayi. Hardadir axi o adamin eseri, goster gorek. Sonra E. Astanbeyliye nese deyek.
Oxucu adlı istifadəçi, Aprel 24, 2008 tarixində, saat 21:04 yazıb:
Hami tenbellik edir, axtarmir, sonra da yazir ki, bes, bele shey yoxdur. Bes, bu baglantida yazilan nedir?
http://www.cincinnatilibrary.org/spotlight/newarrivals.asp?id=literature
Novarg adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 11:33 yazıb:
Eslinde axtarib Semed Seferov’u tapmaq lazimdir… -))
oxatan adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 11:58 yazıb:
Bax, Oxucu, sohbet neden gedir!
Haman saytda okeanin o tayindaki “Cincinnati and Hamilton County” adina Kutlevi Kitabxananin yeni kitablari haqda melumatlar var.Onlardan biri de Chikaqoda neshr olunmush topludur. Toplu “Aramizda yabanchi var” rubrikasi ile teqdim olunur (A stranger among us : stories of cross cultural collision and connection). Sonra yazilarin siyahisi gelir. Bunlar 3-cu olkeye aid yazarlarin hekayeleridir. Bu yazilar bedii deyerine gore yox, esasen terrorla, insan haqlari ve s. ile bagli inkishaf eden olkelerin edebiyyatlarinda nelerin oldugunu gormek,tanish olmaq ucun amerikanlara teqdim olunur. Orada Afrika, Urdu, Fars ve s. dillerden tercumeler var. “Geride qalan yabancilar”in sirasina bizi de saliblar: –10 September / Rashad Majid ; translated from the Azerbaijani by Samed Safarov–(Reshad Mecid adli muellifin 10 Sentyabr adli hekayesini Azericeden Samed Seferov adli adam tercume edib).
Siyahi ise genishdir: Josip Novakovich, Amanda Eyre, Etgar Keret, Ana Menendez, Saadat Hasan Manto, Viet Thanh Nguyen, Goli Taraghi, Ehren Schimmel, Laila Lalami, Mary Yukari Waters, Gina Frangello, Wanda Colemyan, Irina Reyn, Petina Gappah, Shauna Singh, Shubha Venugopal, Dika Lam, Shabnam Nadiya, Samrat Upadhyay ve s. Bu toplum ad-familler mene hec ne demedi. Bes sene, Oxucu?
Oxucu adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 13:32 yazıb:
Mene de hec ne demir. Amma ne olsun ki? Men duzu anlamiram ki, sizler ne isteyirsiniz. Resad Mecid olmasin, ele bashqasi olsun, Amerikada bir jurnalda cap olunsun. Bunun niye bu qeder menfi qarshilayirsiniz? Bizler sevinmeliyik ki, o jurnali oxuyanlar orada Azerbaycan adina rast gelecekler ve internete girib axtarish edecekeler ki, goren, bu Azerbaycan nedir, kimdir, yemelidir, acidir, ya shirin. Lap tapacaqlar ki, muellif de bir qezetin bash redaktorudur. Onun AYB-ye bagliligi inanin ki, amerikaliya maraqli gorunmeyecek. Onsuz da ABS-da saysiz hesabsiz edebi qurumlar, cemiyyetler var, fikirleshecekler ki, AYB de onlar kimi bir sheydir.
Biz azerbaycanlilar edebiyyata baxishimizi deyishmeliyik. Bizler hele deqiqleshdirmemishik ki, shexsiyyet ve muellif tam bashqa sheylerdir. Kimse Resad Mecidi beyenmeye biler, lap yaxshi, menim de o qeder regbetim yoxdu (xususi bir sebeb yoxdur, sadece stereotiplerle yasayiriq da, neyleyek, buradakilar redaktoru qaralayiblar), amma bugun ucun onun hekayesinin AMerikada cap olunmasi hec bir mentiqle menfi qarshilana bilmez.
oxatan adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 14:16 yazıb:
Elnur Astanbeyli kimi ayiq adamlarda bu fakta munasibetde menfi calardan daha cox istehza var, Oxucu.
Bellidir ki teshkil olunmush bu “Amerikada cap” meselesini Reshad Mejidin “parlaq edebi istedadinin” elameti kimi qeleme vermek lazim deyil. Adam ABD-ye de girmek istemish… Girsin!
Amma daha demeyin ki bu onun yaziciliq huneri sayesindedir…
Bax mesele budur, Oxucu!
oxatan adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 14:28 yazıb:
P.S. Eger olkeni harasa girmekle tanisaydilar, AYB-bashcilari onu coxdan gerek tanidaydilar. Cunki onlar da hec kime aman vermeden her yere davamcilari RM kimi ozleri giribler. Amma hele de Siz dediyiniz kimi Azerbaycani taniyan yoxdur.Esil istedadlar ise arada batib-gedir…
Oxucu adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 21:43 yazıb:
Menfi calarin qarshiligi musbet calardir. Istehza ise tamam ferqli gostericidir.
Hec kes Reshad Mecidin Amerikada cap olunmasini onun “parlaq edebi istedadi”nin elameti kimi qeleme vermeyib. Qezetlerde geden melumati men de oxumusham. Orada sadece hekayenin cap olunmasi yazilib, vessellam, shuttamam. Kim parlaqliqdan danishdi ki?
P.S. ise lazim deyildi. Esl istedadlar batir gedir deyirsen. Goster mene esl istedadi. Kimdese esl istedad varsa, bu derhal biliner. Bosh sozler danishmaga ne hacet.
Ilkin adlı istifadəçi, Aprel 27, 2008 tarixində, saat 02:50 yazıb:
Elnur Resad Mecid sayesinde ozune reklam yigir..
oxatan adlı istifadəçi, Aprel 28, 2008 tarixində, saat 09:37 yazıb:
Esl istedad, meselen sen, Oxucu. Dolu-dolu sozler danishirsan, milletin ise senden xeberi yoxdur. Fitri istedad batib gedir…
sabiq AYO-cu adlı istifadəçi, Aprel 28, 2008 tarixində, saat 14:37 yazıb:
Elnur bəy, əhsən! Rəşad Məcid kimilər bundan da kəskin tənqidə layiqdir. Yazıya bir iradım var. Elnur bəy, Rəşaddan tez-tez qonaqlıqlar alan dostumuz deyəndə kimi nəzərdə tutursan? Gərək yazaydın. Ad gizlətmək sizin üsluba yaraşmır
qanturali adlı istifadəçi, Aprel 29, 2008 tarixində, saat 23:33 yazıb:
Mence Seymur Baycani deyir.Amma Elnur da Resad Mecidin aragin cox icib.
Stilyaga adlı istifadəçi, Aprel 30, 2008 tarixində, saat 17:15 yazıb:
Burnundan pilte-pilte gelsin Elnurun. Adam da arag icdiyi rumkaya tupurer.
Coreyi dizinin uctunde olan Elnur Astanbeliye ellikle AROLSUN deyek dostlar!
O da Seymura baxsin,
gulagina sirga taxsin
Ne hey atilib dussun,
ne de ……. yaxsin!!!
sabiq AYO-cu adlı istifadəçi, May 1, 2008 tarixində, saat 19:43 yazıb:
Mən də başa düşmədim Elnurun Rəşadla araq içməsinin məsələyə nə dəxli var?
sabiq AYO-cu adlı istifadəçi, May 3, 2008 tarixində, saat 20:33 yazıb:
Elnur bəy Rəşaddan tez-tez qonaqlıqlar alan dostumuz deyəndə kimi nəzərdə tutdugunu demədi. Amma Turalın variantı aglabatandır. Elnur bəy Rəşad haqqında yazandan sonra Seymur Baycan “Reytinq”də Elnur Astanbəylini divara dırmaşdırıb.
Stilyaga adlı istifadəçi, May 5, 2008 tarixində, saat 10:17 yazıb:
Hormetli Sabiq AYO-cu!
Nece yeni ne dexli var.
Meger sen bilmirsen ki, Azerbaycanda tenqid de, terif de, tehqir de meqsedli yazilir.
(Tek-tek istisnalar olmaq sertile).
Hamimiz gozel bilirik, Resadin yaziciligi hara gederdi, Elnurun tenqidinin altinda ne yatir.
Ele ona gore de yazinin en gozel yeri ele Rəşaddan tez-tez qonaqlıqlar alan dostumuz yeridir…
Elnurun yazisindan Xanlar araginin iyi gelr…PUFFF
ehtiram adlı istifadəçi, May 13, 2008 tarixində, saat 09:08 yazıb:
men ele bilirdim bu elnur seviyyeli bir adamdi.bu bilmir ki bayraq konstitusiyada tesvir olunub.ele hey yazir bayraq konstitusiyaya qarshi.ideya ise zahid orucdan plagiatdi.o hele 2 il evvel deyirdi bu sozleri.