Qaynar xəbər portalı

Sorokin-bookİlahi insanı qanadlı şəkildə yaradıb,
yalnız duyğularla, səssiz-sözsüz danışmaq üçün yardıb. (
Vaqif Bayatlı Odər)

Mirmehdi Ağaoğlu

Proloq

Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla, Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini verib, bununla belə yaxın illərdə bizim oxucunun məsəl üçün, V.Sorokini tərcümədən oxumaq ehtimalı sıfırın altındadır. Onun əsərlərində bir qayda olaraq incə duyğularla, erotikayla pornoqrafiyanın sərhəddi itir, onun yaradıcılığında həyatın dibində yer alan səhnələr üzə çıxır, hər şeyi çılpaqlığı ilə verə bilir. Davamı…


Robert De NiroAzərbaycanın da müharibə və terrordan əziyyət çəkməsinə rəğmən, festivalda heç bir filmlə təmsil olunmyacaq

KultAz: Aktyor Robert De Niro Nyu-Yorkda «Traybeka» adlı kinofestival açır. Festival terror əleyhinə, daha doğrusu 11 sentyabr faciəsi qurbanlarının xatirəsinə həsr olunacaq.   Festivalda nəinki Amerika hadisələri, habelə dünyada terrror üzündən ölən günahsız qurbanların da xatirəsi anılacaqdır.
Festival Maykl Makkullersanın lentə aldığı  «Ay ana» adlı filmi ilə açılacaq. Ümumilikdə isə festivalda 30 ölkədən 120 sənədli film nümayiş olunacaq. Davamı…


DostayevskiKultAz: Rusiyanın Kemerovo vilayətinin nigah arxivində məşhur yazıçı Fyodr Dostoyevski və həyat yoldaşı Mariya İsayevanın nigah haqqında şəhadətnamələri tapılıb. Davamı…


KultAz: Londonda auksion sahibi olan xanım Yekaterina Mak Duqall “SSRİ-nin tarixi” adlı abstarkt rəsm əsəsrlərindən ibarət sərgisi təşkil edəcək. Sərginin 13 iyun tarixində keçirilməsi nəzərdə tutulub. Sərgidə baş eksponatın adı «SSSR-i tarixi» adlı əsər olacaq. Davamı…


KultAz: Motsartın məhşur operası «Sehirli fleyta» Almaniya metro stansiyalarından birində tamaşaya qoyulub. Kristof Heyqelin rəhbərliyi ilə hazırlanan tamaşa müasir dövrə uyğunlaşdırılıb. Davamı…


Kamal XudaverdiyevAzərbaycanın xalq artisti Kamal Xudaverdiyev vəfat edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, K. Xudaverdiyev uzun sürən xəstəlikdən sonra bu gün səhər 70 yaşında vəfat edib. Aktyorla vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Davamı…


MinuaturKultAz: Avstriya Milli Kitabxanasında 17 nadir Azərbaycan əlyazması aşkar edilib. Kitabxanada saxlanılan əlyazmalar arasında  dahi Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün bərpa olunub. Davamı…


 Octavio Paz1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.

Söz və azadlıq

Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram. Davamı…