Xalq artisti Kamal Xudaverdiyev vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Nisan, 2008

Kamal XudaverdiyevAzərbaycanın xalq artisti Kamal Xudaverdiyev vəfat edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, K. Xudaverdiyev uzun sürən xəstəlikdən sonra bu gün səhər 70 yaşında vəfat edib. Aktyorla vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.Qeyd edək ki, K. Xudaverdiyev son illər bir neçə dəfə ürəyindən əməliyyat olunub. Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan və 1991-ci ildə “Xalq artisti” fəxri adına layiq görülən aktyor həm də prezident təqaüdçüsü idi.//APA

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın