Məşhur rejissor İsa peyğəmbər haqqında kitab yazdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008

KultAz: Məşhur “Əsas instinkt” filminin kinorejissoru Pol Verxoven bu dəfə özünü yazıçılıqda sınayıb. Belə ki, Verxoven  İsa peyğəmbər haqqında kitab yazıb.
Hazırda nəşrə hazırlanın kitabın təqdimatı sentyabr ayında baş tutacaq.1985-ci ildə Vestar institutunda elmi seminar keçən Verxoven o zamandan İsa peyğəmbər haqqında çoxlu materiallar toplayıb, daha sonra isə bu materialları kitab halına salmaq qənaətinə gəlib.
“İsanın həyatı” adlanan kitabın reklam işləri ilə məşğul olan Marianna Sterk  jurnalistlərə bildirib ki, kitab dini düşüncələri zəif olanlar üçün böyük əhəmiyyət kəsb edəcək.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın