KultAz: İspaniyada ən nüfuzlu ədəbi mükaftalardan biri olan “Servantes” mükafatının təqdimetmə mərasimi keçirilib.
Bu il mükafat argentinalı şair Xelmana nəsib olub. Təşkilatçılar X.Karlosu ispandilli şairlər arasında ən yaxşısı hesab ediblər. Mükafatı qalibdə İspaniyanın kralı Xuan Karlos təqdim edib.
Xelman şairliyə çox erkən yaşlarında başlayıb. Onun sözlərinə görə 7-8 yaşları olanda qardaşı ona məşhur rus şairi Puşkinin şerlərini oxuyurmuş. Bu şeirlər onda ədəbiyyata və yazmağa maraq oyadıb.Onu da bildirək ki, bu il “Servantes” mükafatına əsas namizədlərdən biri də uruqvaylı şair Mario Beneditto idi. Amma o, mükafatın Xelmana nəsib olmasına belə münasibət bildirib: «Xelman gerçəkdən çox istedadlı şair və yazardır.”
« Vyanada Azərbaycan ədəbiyyatı gecəsi keçirilib | Əsas səhifə | Suriya İraqdan oğurlanmış 700 sənət əsərini Bağdada qaytardı »




Bölmə: 








