Suriya İraqdan oğurlanmış 700 sənət əsərini Bağdada qaytardı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Nisan, 2008KultAz: Suriya İraqdan oğurlanmış 700 sənət əsərini Bağdada qaytardı.
2003-cü ildən- müharibənin başladığı vaxtdan bəri İraqdan oğurlanmış 700-ə yaxın sənət əsərini hüquq mühafizə orqanları və gömrük sistemi xəttiylə aşkarlayan Suriya həmin əsərləri ölkənin paytaxtı Dəməşqdə keçirilən təntənəli mərasimdə İraq hökümətinin nümayəndələrinə təhvil verib. Əsərlərin hamısı zədələnməmiş vəziyyətdə olub.
Qeyd edək ki, İraqda son illərdə baş verən xaos və müharibə vəziyyətundən yararlanan bəzi cinayətkar şəbəkələşmələr ölkədən ümumilikdə 32 min sənət əsərini oğurlayıb.





Yüklənir...