Qaynar xəbər portalı

Bu il «Yuğ» teatrında teatr poetikasının öyrənilməsinə aid beynəlxalq seminar keçiriləcək. Layihə haqqında teatrın rejissoru Vaqif İbrahimoğlu məlumat verib:
«Avropa Şurasının nəzdində layihələrin əlaqələndirmə komissiyası fəaliyyət göstərir. Müxtəlif ölkələrdə onun agentlikləri var. Bu agentliklərdən biri də Türkiyədədir. Davamı…


Bəhram OsmanovRejissor Bəhram Osmanov: “Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun…”

- Bəhram bəy, «Azərbaycan teatrının islahatlara ehtiyacı var» fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini təəssüf ki, yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmazlıq kimi dəyərlindirmək olarmı?
 Bəhram Osmanov:  Mən laqeydlik və ya çıxılmazlıq adlandırmazdım bunu. Sadəcə olaraq bu islahatlar sənətdə olan, sənətkar sayılan şəxslərin həmişə mənafeyinə toxunduğundan müəyyən maneələr yaranır. Özünüz də bilirsiniz ki, sənət adamları bir qədər kövrək olurlar. Azacıq tərpəniş edən kimi «mən əlli, yetmiş illik ömrümü Azərbaycan sənətinə vermişəm, indi heç kimə lazım deyiləm…» kimi şikayətlər başlanır. Bu baxımdan düşünürəm ki, Mədəniyyət və Turizm naziri köhnə nəsl xadimlərini də təmin edəcək bir islahat proqramı hazırlamaq istəyir. Davamı…