Qaynar xəbər portalı

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli özünün növbəti kitabı üzərində işi tamamlamaq üzrədir. Hazırda “Şah Abbas” romanını yazan yazıçı əsərin avqust ayında nəşr olunacağının gözlənildiyini bildirib. Əlavə edib ki, kitabı yazarkən bir çox yazıçıların əsərlərinə müraciət edib: “Bu roman tarixi xronikadı. Davamı…


KulTaz: Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə aprelin 29-da  “Sərdar bağı”nda uşaqlar üçün mərhum prezident Heydər Əliyevin yubileyinə həsr olunmuş “Kitab festivalı” keçirilib. Tədbirdə Dədə Qorqud, Nizami Gəncəvi, Molla Nəsrəddin, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Məmməd Araz, “Ağ atlı oğlan” kitablarının maketləri hazırlanaraq uşaqların yaxasından asılıb. Davamı…


Kievskaya RusUkrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun rəhbəri İlqar Abbasovla jurnal və Fond haqqında müsahibə

“Biz istəyirik ki,  azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun”

Bir müddət əvvəl Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun GUAM gənc yazıçılarını Bakıya toplayacağı ilə bağlı xəbər vermişdik. Layihənin iki hissədən ibarət olduğunu da bildirmişdik: Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın Ukrayna dilində nəşri və Azərbaycan yazıçılarından ibarət qrupun Kiyev şəhərində təqdimetmə mərasimində iştirakı; GUAM ölkələri gənc yazıçılarının əsərlərindən ibarət antologiyanın Azərbaycan dilində nəşri və yazıçıların Bakıya dəvət olunması. Davamı…


Kamal XudaverdiyevHəsənağa Turabov, Həsən Məmmədov, Əilabbas Qədirov, Bürcəli Əsgərov, Mikayıl Mirzə…. Sonuncu itkimiz Kamal Xudaverdiyev oldu.
Dünənə qədər vardı, bu gün artıq tarixdir. Varlığında ifa etdiyi rolları, yaratdığı obrazlarla «faciə janrının moqikanı» sayılırdı Kamal Xudaverdiyev.
43 il teatrda can qoydu, sənətin bütün ağrı-acılarını, çətinliyini çiynində daşıdı. Teatr tarixində hələ uzun illər araşdırılacaq, təhlilə çəkiləcək «aktyor Kamal Xudaverdiyev» möhürünü vurdu.
Amma deyəsən bu zirvələr də yetərli olmadı. Əks halda… Davamı…


Yafəs TürksəsGözəlliyinə güvən, qadın

Başını dik tut, vüqarla yeri
Gözəlliyinə güvənən qadın.
Vüqarla yeri bu Bazarbaycanın torqovı
Küçəsində.
Sən nə qədər gözəl və məsumsan
Bu mənəvi mavilər arasında. Davamı…