Elçin Hüseynbəylinin “Şab Abbas” romanı nəşrə hazırlanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Nisan, 2008

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli özünün növbəti kitabı üzərində işi tamamlamaq üzrədir. Hazırda “Şah Abbas” romanını yazan yazıçı əsərin avqust ayında nəşr olunacağının gözlənildiyini bildirib. Əlavə edib ki, kitabı yazarkən bir çox yazıçıların əsərlərinə müraciət edib: “Bu roman tarixi xronikadı. Əsərdə Şah Abbasın dövrünü, şəxsiyyətini təqdim etmək üçün çoxlu Avropa və Şərq, o cümlədən Azərbaycan tarixçilərimizin əsərlərini öyrənmişəm. Bunlardan İsgəndər Münşin, Yaqub Mahmudov, Oqtay Əfəndiyevin, Adam Oleari, Tek Tanderin adını çəkə bilərəm. Düşünürəm ki, Şah Abbas Azərbaycan Səfəvi məmləkətinin çox qüdrətli sərkərdəsi və dövlət başçısı olub”.//Olaylar

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın