KulTaz: Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə aprelin 29-da “Sərdar bağı”nda uşaqlar üçün mərhum prezident Heydər Əliyevin yubileyinə həsr olunmuş “Kitab festivalı” keçirilib. Tədbirdə Dədə Qorqud, Nizami Gəncəvi, Molla Nəsrəddin, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Məmməd Araz, “Ağ atlı oğlan” kitablarının maketləri hazırlanaraq uşaqların yaxasından asılıb.Xarici ədəbiyyatlar bölməsini ingilis dilində uşaqlar üçün dərc olunmuş kitablar təşkil edib.
Tədbirə qatılan iştirakçılar tarix, məlumat və ensiklopedik nəşrlərlə tanış olublar. Daha sonra uşaqlar arasında viktorina keçirilib, şəhər musiqi məktəblərinin şagirdləri konsert proqramı ilə çxış ediblər və Gəncə poeziya teatrının aktyorlarının ifasında “Meydan” tamaşasından bir səhnə göstərilib.
« “Kiyevskaya Rus” jurnalının təqdimat mərasimi keçirildi | Əsas səhifə | Elçin Hüseynbəylinin “Şab Abbas” romanı nəşrə hazırlanır »




Bölmə: 








