İlə görə arxiv: Nisan 2008


Vyanada Hitler haqqında filmin çəkilişlərinə başlanılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Nisan, 2008

KultAz: Vyanada Adolf  Hitler haqqında bioqrafik xarakter daşıyacaq filmin çəkilişlərinə başlanılıb. “Mənim savaşım” adlı film yəhudi əsilli macar yazıçısı Corc Taborinin eyniadlı pyesi əsasında çəkilir.
Filmin prodüsserinin sözlərinə görə, film xeyirlə şərin əbədi mübarizəsi haqqında pritça olacaq. Filmin yaradıcıları qarşılarına tam tarixi film çəkməyi qoymadıqıarını bildirilər.



Sankt-Peterburqda beynəlxalq kitab sərgisi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Nisan, 2008

KulıtAz: Aprelin 24-dən 27-nə kimi Rusiyanın ikinci böyük şəhəri Sankt- Peterburqun «Lenekspo» kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək.



Azərbaycanda yeni fotomüsabiqə keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Nisan, 2008

KultAz: Azərbaycanda yeni fotomüsabiqə keçiriləcək. Müsabiqənin mövzusu Azərbaycanda ekoloji təmizlikdir. Müsabiqəyə təqdim olunan şəkillərin arasından qaliblər elektron səsvermə yolu ilə seçiləcək.



Azərbaycanda “Uşaq kitabı” bayramı keçirilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Nisan, 2008

KultAz: Aprelin ilk günlərində Bakıda start götürən “Uşaq Kitabı” bayramı Azərbaycanın bütün bölgələrinə səyahət edir. Belə ki, aprelin 23-də bu bayram Xaçmaz, Dəvəçi, Qax, Tərtər, Zaqatala, Masallı və başqa bölgələrdə keçiriləcək.
Bayramın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.



«Tutuşdu qəm oduna…»

Yazar: Admin | Bölmə: Kino | Tarix: 21 Nisan, 2008

Qulluqçu Sənəmin qəm oduna tutuşan qəlbi ilə qəzəlin qəhrəmanının «diyari-hicrdə seyli-sitəmdən xarəb» olan könlü arasındakı məsafə

Əlisəftər Hüseynov
«O olmasın, bu olsun» filmində belə bir epizod var: Atasının Gülnazı qoca bir baqqala ərə vermək fikrində  olduğunu söyləyəndən sonra Sərvər Məşədi İbadın qocalığını, kifirliyini məsxərəyə qoyur və sonda üzünü Gülnaza tutub ürəkdən gələn səslə deyir: «Qorxma, Gülnaz, [...]



Rəbiqə Nazimqızı. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Nisan, 2008

13 aprel
“Bəzən heç nə kömək eləmir. Ən təmiz şeir belə anlarda söz yığınından başqa heç nə deyil, onu oxumağa həvəsin çatmır. Əksinə, daha çox özünə məğlub olmana bəraət qazandırmaq üçün Şəri təcəssüm edən şeylərə meyl eləyirsən, guya Şər Xeyirdən daha çevik, daha çılğın, daha yaxın (sırf məkan anlamında) olduğu üçün o, ağrını tez kəsə biləcək. [...]



Yafəs- Azərbaycanın Sorokini

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 18 Nisan, 2008

Şairin ad gününə dozadan artıq tərif
Kənan HACI
Bakının yağışlı-çiskinli soyuq payız axşamlarından birində dünyanın qırxdüyünlü sualları ilə təktəbək qalanda necə hövlənmişdimsə, tezcənə qarşıma çıxan taksini saxlatdırıb kəndə qayıtmışdım və dostum Sahibi isti yorğan-döşəkdən qaldırıb, ta sübhəcən girinc eləmişdim.
Çöldə canüşüdən havaya külək də öz əlavələrini edirdi və içəridə çırtaçırtla yanan sobanın istisindən yanaqlarımız allanmışdı. Şübhəsiz, tut arağı [...]



Rəşad Məcidin yaradıcılıq sirri

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 18 Nisan, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Azərbaycan ədəbiyyatıının «Biləcəri sindromu»nun qırılmasını kimdən, kimdən, amma AYB təfəkkürlü yazarlardan gözləmək ayıbdır. Ona görə də bəlkə bir neçə gün əvvəl bəzi qəzetlərdə dərc edilən «Rəşad Məcidin hekayəsi ABŞ-da çap olunub» başlıqlı xəbərə baş qoşmamaq da olardı. Amma və lakin. Əvvəla, Rəşad müəllimin aman-zaman (yəni, madar) «10 sentyabr» hekayəsi ABŞ-da «Başqa səslər» adlı jurnalda [...]



Özbəkistan şairi Yusuf Cümə azadlıqdan məhrum edilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Nisan, 2008

KultAz: Özbəkistan məhkəməsi polisə müqavimət göstərdiyinə və polisə xəsarət yetirdiyinə görə dissident şair Yusuf Cüməni 5 il azadlıqdan məhrum edib. Buxara şəhərindəki məhkəmə şairi ötən dekabr ayında küçə nümayişində iştirakı ilə bağlı ittihamlarla məhkum edib. Məhkəmə Cümənin oğlu Bobur Yusifə 3 il şərti həbs cəzası verib.



«ZONQUZONQU» VİRUSU

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 16 Nisan, 2008

Həə…
Hə, qar əridi bu gün,
qar əridi…
divarlar isə…
divarlar isə ərimədi…



Joze Qomes Ferreyra. QƏHRƏMANLAR (1936-37-38)

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 16 Nisan, 2008

Rasət Pirisoyunun tərcüməsində
İspaniyada vətəndaş müharibəsidir. Əzab çəkirəm, ona görə ki, artıq söz gücdən düşüb.
Alışır canım, ciyərim;
yatmaqmı olar? -
qalxıram.
Yenə bir siqaret,
yenə bu əzab,
yenə bu pəncərə;
açıb baxıram:



«Dünya ədəbiyyatı kitabxanası” toplusunun nəşri nə yerdə qaldı?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Nisan, 2008

2007-ci il avqustun 24-də prezident İlham Əliyev Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası» toplusunun nəşr edilməsi haqqında sərəncam verib. Dekabrın 30-da isə dövlət başçısı topluya daxil edilən əsərlərin siyahısını təsdiqləyib. Ancaq indiyədək toplunun nəşri istiqamətində hər hansı irəliləyiş hiss olunmur.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılırdı ki, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil [...]



Daha bir ədəbiyyat əlavəsi nəşrə başlayır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Nisan, 2008

KultAz: Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə,



Bakıda türkiyəli şairlə görüş keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Nisan, 2008

Aprelin 15-də Bakı Dövlət Universitetinin filologiya fakultəsində türkiyəli şair Murat İncə ilə tələbələrin görüşü keçirilib. Bu barədə məlumat verən türkiyəli tələbələrin Bakı Dövlət Universiteti üzrə nümayəndəsi Kadir Yılmaz bildirib ki, şair onların dəvətilə Bakıya gəlib.



Azərbaycanda ilk dəfə qrafik şeirlər sərgisi açılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Nisan, 2008

Şair-tərcüməçi Səlim Babullaoğlu ilk dəfə olaraq qrafik şeirlər sərgisi açacaq. Sərgidə insanlar şeirlə yanaşı, ona uyğun şəkillər görə biləcəklər. Bu barədə S.Babullaoğlu özü məlumat verib.



Ukrayna dərgisi Azərbaycan ədəbiyyatına həsr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Nisan, 2008

KultAz: Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun maliyyə yardımı ilə Ukraynada nəşr olunan “Kiyevskaya Rus” jurnalının budəfəki nömrəsi Azərbaycan ədəbiyyatına həsr olunub. Dərginin bu nömrəsinə aprelin 21-də Kiyev şəhərində təqdimat keçiriləcək. Bu barədə “KultAz”a fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rafiq Həşimov məlumat verib.



Yeni tamaşa: bu dəfə “Arılar arasında”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 15 Nisan, 2008

Laura Cəbrayıllı
“Mən uşaqlarımı çox istəyirəm, onlar da məni, bəs onda həyat niyə qüssəli olur?” Xalq yazıçısı Elçinin personajının dilindən səslənən insanın, sənətin bu əzəli, əbədi sualına indiyədək yüzlərlə cavab verilib. Amma bu cavablar və insanların gündən-günə dəyişən həyat tərzi adamların arasında özünü tək-tənha hiss edənlərin sayını azaltmır ki, azaltmır.
Aprelin 11-12-də Akademik Milli Dram Teatrında premyerası [...]



Tənqidçi Əsəd Cahangiri də AYB-dən çıxarmaq istəyirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Nisan, 2008

AYB-də tanınmış tənqidçiyə qarşı təzyiq var
KultAz: Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin növbəti iclası keçirilib. İclasda “Körpü” tənqid jurnalının baş redaktoru, qurumun İdarə Heyətinin üzvü tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirin AYB üzvlüyündən çıxarılması məsələsi müzakirə olunub.
Qurum daxilindən mənbələrimizin verdiyi məlumata görə, buna səbəb qurumun içində olan bəzi qruplaşmaların Əsəd Cahangirin “hansısasa etik qaydaları pozması” [...]



Müsahibim gənc yazar Şərif Ağayardır

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 14 Nisan, 2008

(Müsahibə bir neçə ay əvvəl götürülüb)
Şərif Ağayardan aldığım müsahibəni sizə təqdim edirəm. Şərif bu müsahibədə cəsarətlə çox adam adı çəkir, çox adamı tənqid edir. Düşüncələri subyektiv ola bilər. Amma mən bu müsahibədə səslənən bütün fikirlərlə razıyam. Sizi müsahibə ilə baş-başa buraxıram.
- Nə yenilik var, Şərif Ağayar?
- Təxəlüsümü dəyişmişəm: Şərif Ağ.
- Bizdə “orijinal” təxəllüslər çoxdu.
- Deməli, [...]



Bərabərlik işarəsi (esse)

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 14 Nisan, 2008

Elnur Astanbəyli
“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə [...]