İlə görə arxiv: Nisan 2008


“Yazar” qəzetinin növbəti sayı satışda

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Nisan, 2008

KultAz: “Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb.



Raqif RAUFOĞLU. Şeir.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 05 Nisan, 2008

BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!
Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.



Yaşar Kamalın Günter Qrasa Məktubu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Nisan, 2008

Artıq 80 yaşını adlamış məşhur alman yazıçısı, 1999-cu ilin Nobel mükafatı laureatı Günter Qras İkinci Dünya Müharibəsinin son çağlarında, 17 yaşında ikən, SS sıralarında xidmət etdiyini açıqlayanda və bunu təsdiqləyən sənədlər ortaya çıxanda, hər tərəfdən kəskin tənqidlərə məruz qaldı. “Alman millətinin vicdanı” adlandırılan sənətkar heç bir cinayət törətmədiyni, kimsəyə güllə atmadığını vurğulasa da, hücumlar səngimədi. [...]



Mirmehdi Ağaoğlu.Hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 04 Nisan, 2008

CADUGİZLƏDƏN
Təzə aldığı qara, donuzburun tufliləri çıxarıb taxta pilləkənin altına –dərnəyə qoydu, üzü bozarmış rus qaloşlarını  götürüb geyindi, şalvarının balaqlarını coraba keçirib dikəldi. Bibisi artırmada dayanıb bəzi məsləhətlər verdikdən sonra əlindəki qara parçadan tikilmiş dördbucaq bir şeyi onun ovcuna basıb ərəbcə nəsə oxudu.
Belə işə gedərkən çox vaxt  tufli geyməzdi. Tuflidə qaçmaq, hasarı hoppanmaq olmurdu. İndiki ayaqqabıları [...]



Bahar Rustəmli. Təpik

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 03 Nisan, 2008

Ermənilərə “Sarı gəlin” lazımdır, “Sarı”nı isə hətta ac itin qabağına da atsan, götürməz
Telepedaqogika. Təəccüblənməyin, bu yeni təzahürdür. TV qarşısında keçirdiyimiz saatlarda bizə dərs deməyə çalışan aparıcılara başqa ad tapmaq da müşküldür. Lakin kütləvi tamaşaçıya bir çox zadları öyrətməyə, xüsusən də əxlaq dərsi keçməyə çalışanların danışığı, açıq desək, demoqogiyadan başqa bir şey deyil.
Hər şeyi gərək adı [...]



Çarlz Dikkensin əsərlərinin nadir nüsxələri hərracada satılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Nisan, 2008

Satışdan ümumilikdə bir milyon 917 min 488 dollar əldə edilib
KultAz: Nyu-Yorkun «Kristis» auksionunda Çarlz Dikkensin əsərlərinin nüsxələri hərraca çıxarılıb. Yahoo-nun verdiyi məlumata görə, 208 nüsxədən ibarət partiya, ingilis yazıçılarının bu vaxtadək aldığı ən yüksək qiymətə layiq görülüb. Onların arasında “Oliver Tvist” əsərinin 1838-ci ildə ildə nəşr edilmiş nüsxəsi də var. Həmin kitabın üzərində Çarlz Dikkensin [...]



HENRİX BÖLL. BIÇAQLI ADAM

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 02 Nisan, 2008

Yupp bıçağın tiyəsindən tutaraq onunla ehtiyatsız və saymazyana oynayırdı. Bu, köhnə, nazilmiş, uzun bir çörək bıçağıydı. Birdən Yupp onu yuxarı tulladı. Bıçaq, pər kimi vızıldayıb fırlanaraq havaya qalxdı və onun tiyəsi batan günəşin şüaları altında parıldadı. Tavana zərblə dəydikdən sonra bıçağın fırlanması dayandı və o düz aşağı – Yuppun başına tərəf gəldi. O, ani hərəkətlə [...]



Əli Şirin Şükürlü. Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 02 Nisan, 2008

QƏRİBLİK
(şeir-esse)
vağzallarda limanlarda …
əllərində
ağır-ağır çantalar çamadanlar …
əllərində
dünyanın ən ağır yükünü- ayrılıqları
gözlərində qəribliyi daşıyanlar
qürbətdə yaşayanlar.



Yazıçı Seyran Səxavət şəxsi arxivini Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Nisan, 2008

Yazıçı Seyran Səxavət şəxsi arxivini Şalman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə verib. Qurumun direktoru Maarif Teymurovun verdiyi məlumata görə, yazıçının işıq üzü görən 15-ə yaxın kitabının və şeir, hekayə, pyeslərinin əlyazmaları arxiv materiallarının sırasına daxil edilib.



Azərbaycan V Beynəlxalq “Kitab sənəti” müsabiqəsinə hazırlaşır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Nisan, 2008

Minskdə MDB İcraiyyə Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya üzrə Dövlətlərarası Şurasının X iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib ki, tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu təmsil edib. İclasda Şuranın təyinatı üzrə aidiyyəti məsələlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və Ç. [...]



Azərbaycanda “100 saniyə” adlı film müsabiqəsi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Nisan, 2008

“Yeni Dalğa” prodüser mərkəzinin təşkilatçılığı ilə “100 saniyə” adlı film müsabiqəsi keçiriləcək. Bu gün müsabiqə ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən prodüser mərkəzinin direktoru Rasim Həsənov bildirib ki, müsabiqəni keçirilməsində məqsəd Azərbaycanda kino mühitini aktivləşdirməkdir. R .Həsənovun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyən müəlliflər 100 saniyə olacaq filmin ssenarisini aprelin 30-dək təqdim etməlidirlər: [...]



VIII Bakı Kitab Bayramının elanı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Nisan, 2008

VIII Bakı Kitab Bayramı – İllik Milli Kulturoloji Layihənin TK-si, Yeni Yazarlar və Sənətçilər Qurumunun
M Ü R A C İ Ə T İ
10 ildir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AR Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər Qurumu ölkəmizdə analoqu olmayan Baki Kitab Bayramı adlı İllik Milli Kulturoloji [...]



Sima Ənnağı. Təbəssüm Günü

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Nisan, 2008

Bir gün
Anladım qəfildən:
Günəşi son dəfə
Yüz il əvvəl görmüşəm.
O zamanlar
Hava daha ətirli, xəyallarla doluydu,