İlə görə arxiv: May 2008


Elmin Həsənli. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 May, 2008

I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin III yer mükafatçısı (Müsabiqə mətni)
m. üçün birinci şeir
aradakı  5 yaş fərqi narahat edir səni
hmmm…bilirəm
bilirəm dünyada fərqi olan o qədər şey var ki…
yaş nədir ki onların yanında?
bilirsən, milena
insanları ona görə sevmirəm ki,
mən də insanam, onlardan biriyəm…
mən insanları ona görə sevirəm ki,
onlar mahnı oxumağı bacarırlar,
gitarada ifa edə, adamı sevindirə bilirlər



Rəbiqə Nazimqızı. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 May, 2008

I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin II yer mükafatçısı (Müsabiqə mətni)
Tapıntı
sənə qədər bilmirdim
belə də ola bilər
hissə-hissə yaşana bilər məhəbbət.
məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi.
pencək əlləri çağırar.



Ülviyyə Heydərova. Noutbuk

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 May, 2008

I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi (Müsabiqə mətni)
Rüstəm babasının adını daşıdığından ona diqqət bacısıyla müqayisəyə gəlməz dərəcədə çoxuydu. O, uşaq kimi əzizlənər, səbirsiz olduğu üçün kiçik istəyi bir an hüzurunda hazır olardı. Amma hərdən istəməsə də arzularına qoşulub gözləmək məcburiyyətində idi.
Artıq bir aydır ki, istəklərindən biri son cərgədə gözləməkdən təngə gələrək özünü irəli çəkib birinci [...]



Cavidan. Namə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 May, 2008

I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi  (Müsabiqə mətni)
Səndə sığar ikən cahan
Sən bu cahana sığmadın…
Mənsə
Boyuna biçildim
Həm zamanın,
Həm cahanın…
Qoca Şərqdə
Gənc bir qadın
Nə yaşaya bilərdisə yaşayıram,
Öz xaçını
Tək daşıyan İsa kimi
Bir ömürlük məğlubiyyət,
Bir ömürlük məhrumiyyət
Daşıyıram…



Ümmülbanunun ədəbi irsi Azərbaycana gətirilə bilər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 May, 2008

Fransada mühacirət həyatı yaşamış azərbaycanlı yazıçı, Fransa klassik ədəbiyyatının nümayəndəsi sayılan Ümmülbanunun ədəbi irsi Azərbaycana gətirilə bilər. Bunu “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, professor Həsən Quliyev “Mühacirət ədəbiyyatı kontekstində Rusiya-Azərbaycan ədəbi əlaqələri” mövzusunda Bakıda keçirilən beynəlxalq elm-praktik konfransda çıxış edərkən bildirib.



Uşaqlar kinoda

Yazar: Admin | Bölmə: Kino | Tarix: 30 May, 2008

Azərbaycan kinematoqrafiyası uşaq filmlərinin sayı ilə fəxr edə bilməz
Aygün Aslanlı
Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdirlər. Bu cümlələr XX əsrdə şüara çevrilib. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İlin bir günü yığışıb kütləvi şəkildə uşaqları müdafiə etmək ideyası da XX əsrin kəşflərindəndir. Amma, məhz, XX əsr uşaqlara qarşı xüsusi qəddar olub. Uşaq əməyindən istifadə, uşaq fahişəliyi [...]



«Sabir poeziya günləri»nə start verilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 May, 2008

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bu gündən ölkəmizdə «Sabir poeziya günləri»nə start verilir. Əvvəlcə şair Mirzə Ələkdər Sabirin Bakıdakı abidəsi ziyarət olunduqdan sonra, onun Şamaxıdakı məqbərəsi ziyarət ediləcək.



Azərbaycanlı aktyoru indi bütün Rusiya tanıyır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 May, 2008

“Qardaşlar” serialı Azərbaycanın əməkdar artisti Fuad Osmanovu Rusiyanın ən populyar aktyorlarından birinə çevirib
Rusiyanın ORT telekanalında nümayiş etdirilən “Qardaşlar” (”Bratya”) serialında baş rollardan birini ifa edən Fuad Osmanov indi qonşu ölkədə bəlkə də ən populyar azərbaycanlılardan biridir.
Moskva və Sankt-Peterburq şəhərində isə Azərbaycanın əməkdar artisti küçəyə ehtiyatla çıxır: onu tanıyan ruslar “Brat! Brat!” (”Qardaş! Qardaş!”) qışqırır, aktyorla [...]



Çingiz Aytmatovun Nobel mükafatına namizədliyi irəli sürülüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 May, 2008

Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatovun Nobel mükafatına namizədliyi irəli sürülüb. Bununla bağlı türk ölkələri mədəniyyət nazirlərin şurası xüsusi komitə yaradıb. Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərinə müraciət edərək bildirib ki, Çingiz Aytmatov təkcə Qırğız ədəbiyyatını zirvələrə qaldırmayıb. O, həm də türkdilli ədəbiyyatı şərəfləndirib, dünya ədəbiyyatını bəşəri ideyaların yuksək bədii təcəssümü ilə zənginləşdirib.



“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (FOTOLAR)

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 29 May, 2008

6 qalibin 5-i xanım oldu
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar [...]



Bakıda «Şərq - Qərb» kinofestivalına start veriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 May, 2008

KultAz: İyunun 1-də ölkəmizdə daha bir beynəlxalq səviyyəli tədbirə – «Şərq - Qərb» kinofestivalına start veriləcək. 10-cu beynəlxalq kinofestivalda Polşa, Rusiya, Fransa, Estoniya, Latviya, Qırğızıstan, İran və Azərbaycan rejissorlarının çəkdiyi filmlər nümayiş olunacaq.



Payızda I Beynəlxalq “Buta” Festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 May, 2008

NƏSİB PİRİYEV: «MƏQSƏDİMİZ DÜNYA İCTİMAİYYƏTİNİN DİQQƏTİNİ CƏLB ETMƏKDİR»
«Buta» İncəsənət Mərkəzi paytaxt Bakıda festival keçirəcək. «I Beynəlxalq Buta Festivalı» adlanacaq bu tədbir bir həftə ərzində dünya sənətsevərlərinin diqqətini Bakıya yönəldəcək. «Azərcell Telekom» MMC, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Bulvarı İdarəsi, Fransa Səfirliyinin dəstəyilə baş [...]



Əcnəbi yazarlar rəsmi Bakıdan qonorar tələb edir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

Dövlət başçısının dünya ədəbi əsərlərinin Azərbaycan dilində   çap olunması məqsədilə imzaladığı sərəncamın icrası yubanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, bu problem bəzi xarici müəlliflərin bunun üçün müəyyən miqdarda qonorar tələb etməsi ilə əlaqədardır. Əks halda onlar müəllifləri olduqları əsərlərin Azərbaycan dilinə tərcümə olunaraq çap olunmasına razılıq verməyəcəklərini bildiriblər.



Qardaş kəndirini kəsənlər

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 May, 2008

“Ana sözü” dərsliyi haqqında qardaş söhbəti
Seymur Verdizadə
Rəhmətlik nənəm nəvələrini başına yığıb Məlikməmmədin nağılını danışanda cəmi dörd yaşım vardı. Qardaşlarının Məlikməmmədin kəndirini kəsdiyini eşidəndə bərk qorxmuşdum. Nənəm gənc Məlikməmmədin quyudan çıxandan sonra böyük və ortancıl qardaşını öldürdüyünü deyəndə isə əməlli-başlı sarsılmışdım. Həmin vaxt ağlıma gələn ilk sual bu olmuşdu: heç qardaş da qardaşın kəndirini kəsər?
Təkcə mənim [...]



AzTV-nin keçmiş sədri vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

Əməkdar incəsənət xadimi, professor Elşad Quliyev bu gecə saat 3-də 66 yaşında vəfat edib.
Bu barədə məlumat verən E. Quliyevin oğlu, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev atasının şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Son 6 ayda vəziyyəti ağır idi. Evdə müalicə olunurdu”. Mərhum bu gün şəhər qəbiristanlığında torpağa tapşırılacaq.



“Rusiyada Azərbaycanla bağlı kitabların çapı artır”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 27 May, 2008

Ramiz Abutalıbov: “Belə kitabları çap edib yaymadınsa, effekti itə bilər”
Uzun illər Azərbaycanı YUNESKO-da təmsil etmiş Ramiz Abutalıbov son illər Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ problemini dünyaya çatdıran kitabların nəşrində yaxından iştirak edir. Özü demişkən, hazırda o, diplomatlıqla məşğul deyil, təqaüddədir, araşdırmaçı-jurnalist və naşirliklə məşğuldur. Bakıya növbəti gəlişində onunla görüşüb söhbətləşdik.
- Üç ildən çoxdur ki, təqaüdə çıxmışam. [...]



“Oğuznamə”nin ilk nəşri işıq üzü görüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

Berlin Dövlət Kitabxanasında saxlanılan əlyazma əsasında hazırlanan “Oğuznamə” ilk dəfə nəşr edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. O bildirib ki, əlyazmanın XV əsrə aid olduğu ehtimal edilir: “Əlyazma üzərində tədqiqat aparan almaniyalı qorqudşünas-alim Fridrix fon Dits orada olan cəmi 400 atalar sözünü nəşr etdirib. Əlyazmanın surətini [...]



“Microsoft” kitabxanaları bağladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

“Microfost” korporasiyası dünyanın ən böyük virtual kitabxanası ilə bağlı apardığı işlərin hamısını dayandırıb. Şirkətdən verilən məlumatda bildirilir ki, “Live Search Books” və “Live Searcş Academics” layihələri ləğv olunacaq, onların İnternetdəki saytları isə bu həftə qapadılacaq.



Bəstəkarlar İttifaqının binası əsaslı təmir olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

Azərbaycan prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb.



Sizin ölkədən hansı film çəkmək olar?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 May, 2008

Bu mövzuda müzakirələr keçiriləcək
İyunun 10-11-i  “Cənubi Qafqaz - Müstəqil Kino Xadimləri Assosiasiyası” (İFA-SC) Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ictimai mühazirə və kinoların nümayişi keçirəcək. Görüş AKİ-nin zalında baş tutacaq.