Qaynar xəbər portalı

Abbas AtilayAbbas Atilay

“Bəzən korlar şəhərində gözü görən dırnaqlanmış qadının bu gözlərin nurunu hər an süd gölündə boğacağı ağımtıl qaranlığı - korluğu gözlədiyi kimi gözləyirəm anidən bədənimi saracaq titrəyişi, hər nəfəsimdə “mən artıq dəli oldum” deyəcəyimi düşünürəm, özümü hazırlayıram o müqəddəs ANa- sevgilisi ilə görüş vaxtının yaxınlaşmasından bədənini həyəcan sarmış bir gənc kimi və o EŞQin ayaq səsləri cırpındırır ürəyimi, çıxardır özümdən özümü, küçə ortasında küçələrə, otağımdakı qaranlığın diblərinə, həyatımın cöküşünün rənglərinə sığmıram artıq, dəniz sahilində suyun sonsuzluğu da susur içimdəki səbəbsiz fırtınaya. Bəzən sabahın alatoranlığında məni qəfil oyadan varlığın şahmat taxtasındakı rəqibim olduğu titrədir məni, amma ağ fiqurlar sahibsizdir. İndi qapı açılacaq, boz bir işıq halında o gələcək, heç nə demədən ağ fiqurlarla “Vd2-d4″ oynayacaq, sonra mənə gülümsəyərək əlini yanaqlarımda astaca gəzdirib dodaqlarımdan öpəcək, “mənim adım dəlilikdir” deyib “bəli, mən gözlədiyin o uzun saçlı oğlanam” pıçıldayacaq, kimsə duymasın. Ağ fiqurlarla qaranlıq gələcək, qara fiqurlarla sarımtıl keçmiş oynayacaq indinin dibigörünməz tək otaqlı dunyasında. Davamı…