Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq Artisti Səfa Qəhrəmanov bu gün gecə saat 01:30 rədalərində xroniki leykos çatışmazlığından dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyinin məbuat katibi İntiqam Hümbətov bildirib ki, 59 yaşında dünyasını dəyişən S. Qəhrəmanov mayın 6-da anadan olduğu Ağcabədi rayonunun Minaxorlu rayonunda dəfn olunacaq. Qeyd edək ki, Səfa Qəhrəmanov 1949-cu il martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. Muğam ustası kimi tanınan Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Teatrdakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Ü. Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, İbn-Səlam, Məcnunun atası, M Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Şeyx, V. Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” baletində xanəndə kimi obrazlar yaradıb. Səfa Qəhrəmanov 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti adına layiq görülüb. //APA
« Azərbaycanda uşaqlar üçün televiziya niyə yoxdur? | Əsas səhifə | “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsinin nəticələri açıqlanıb »




Bölmə: 










Məhsəti Musa adlı istifadəçi, May 8, 2008 tarixində, saat 08:56 yazıb:
Aran Qarabağımızın kiçicik guşəsi olan Ağcabədi Üzeyir Hacıbəyov,Zülfi Adıgözəlov,Yaqub Məmmədov,Mütəllim Mütəllimov,Səfa Qəhrəmanov, və digər görkəmli musiqiçiləri Azərbaycanımıza bəxş edib.Onlarla fəxr edirik. Allah hamısına rehmet elesin!
Səfa Qəhrəmanovun tükənməz nəfəsi,səsi heç zaman unudulmayacaq.