Qaynar xəbər portalı

Kitab dünyası


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsinin nəticələri açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib ki, müsabiqəyə 45 kino layihəsi təqdim olunub, onlardan 7 film qalib gəlib. Müsabiqədə qalib gələn filmlər “RTV” şirkətinin təqdim etdiyi “İki” (prodüser Azər Məmmədov, rejissor Hacıbaba Həsənov), Azərbaycan Qocyu Ryu “Okinava Karate-Do və Kobudo” Növləri Federasiyası İctimai Birliyinin təqdim etdiyi “Xəbər” (prodüser Tarverdi Allahverdiyev, rejissor Elməddin Alıyev), “Nur+” şirkətinin təqdim etdiyi “Saat” ( prodüser Vəfalı Qasımov, rejissor Türkan Hüseynova), “İmper Qrup” prodüser mərkəzinin təqdim etdiyi “Kor və korluq” (prodüser Rəşad Qasımov, rejissor Alina Abdullayeva), “Radio TV” şirkətinin təqdim etdiyi “Daş atan” (prodüser Əbdülnəsir Kutiyev, rejissor Elruz Fətiyev), “EXA Prodakşn” şirkətinin təqdim etdiyi “Koramal” (prodüser Xəyyam Abdullayev, rejissorlar Xəyyam Abdullayev, Elməddin Alıyev), “İMPER QRUP” prodüser mərkəzinin təqdim etdiyi “Qocalar” (prodüser Fariz Əhmədov, rejissor İsmayıl Məmmədov) film layihələrinə ekran həyatı veriləcək. Müsabiqəyə təqdim olunmuş layihələr arasında Qarabağ müharibəsi mövzusuna aid yalnız iki layiqli iş olduğuna görə, münsiflər heyəti həmin nominasiya üzrə üçüncü qalibi müəyyən etməyiblər. Müsabiqənin reqlamentinə uyğun olaraq qalib gələn kino layihələri bu ilin sonuna qədər dövlət vəsaiti hesabına çəkiləcək.//APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: