Mayın 14-25-də Fransanın Kann şəhərində keçiriləcək ənənəvi beynəlxalq kinofestivalında Bakı ermənilərindən bəhs edən sənədli film nümayiş etdiriləcək.
Gürcüstan əsilli erməni rejissor Diana Mkrtçyanın çəkdiyi “Qata” adlı bu lent Kann kinofestivalının “Sinefondasion” proqramına daxil olunub.33 dəqiqəlik filmdə Moskva vilayətində yataqxanada yaşayan, Dağlıq Qarabağ hadisələri başlayandan sonra Bakını tərk etmiş erməni ailəsinin taleyindən danışılır.
Erməni baba və nənə Bakıda qoyub gəldikləri əncir ağacına görə mübahisə edir, sonra barışır, söhbət əsnasında Bakıda dükanlardan satın aldıqları qənd növlərini, bir qədər keçəndə isə Azərbaycan paytaxtında qoyub gəldikləri dostlarını sayıb xatırlayırlar.
“Bu adamlar Bakını tərk edərkən götürdükləri çemodanlarını hələ də atmayıblar. Onlar ümid edir, nə zamansa geri dönə biləcəklərini düşünürlər. Film real interyerlərdə, Bakını tərk etmiş erməni qaçqınların iştirakı ilə çəkilib”, - D.Mkrtçyan bildirir.
1978-ci ildə Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsinin mərkəzi olan Axalkalakidə doğulmuş D.Mkrtçyan Ermənistanın Gümrü şəhərində böyüyüb, 2002-ci ildə Moskva Pedaqoji Universiteti və Ali Ssenariçilərlə Rejissorlar Kursunu başa vurub.
İndiyədək 5 sənədli film çəkmiş Diana Mkrtçyanın ilk bədii əsəri qısametrajlı “Qata”dır.
“Dağlıq Qarabağ münaqişəsi azərbaycanlıların Ermənistanı, ermənilərin də Azərbaycanı tərk etməsinə səbəb oldu. Yüz minlərlə insan köçü dərbədər talelərə döndü ki, bu adamların bir qismi indi Moskva vilayətində yaşayır, gerçəkliklə barışmır, nə zamansa yaşadıqları yerlərə qayıdacaqlarına sidq-ürəkdən inanırlar. Film də bu inam, xatirələr və əslində, Bakı ilə ermənilər barədədir. Ermənilər Bakısız yaman darıxır. Mən də bilirəm ki, 1988-ci ildə Ermənistandakı azərbaycanlıların evlərini tərk edib Bakı və Sumqayıt şəhərlərinə üz tutması nəticəsində buradakı ermənilər Ermənistan və Rusiyaya yollandılar. Lakin bilik hiss deyil: hisslər isə erməniləri Bakı üçün nisgildən qurtarmağa qoymur”, - D.Mkrtçyan bildirib.
“Ekspress”




Bölmə:









prix_ adlı istifadəçi, May 7, 2008 tarixində, saat 15:17 yazıb:
“Ermənilər Bakı üçün yaman darıxır”- Bizdə Ermənilər ücün……..:)
Rezo adlı istifadəçi, May 7, 2008 tarixində, saat 16:13 yazıb:
Azerbaycanı tərk etmiş ermənilər, əsasən isə Bakıdan olanlar, özlərini “Bakinets” kimi adlanırlanların darıxmalarına rus dilli “odnoklassniki.ru”da yaratdıqları səhifələrdən və orada apardıqları yazışmalardan da görmək olar. Onların bu və ya “www.baku.ru” dakı yazılarını oxuyanda darıxmaq yox, onların “ağızlarının suyunun” axmasının şahidi oluruq. Çox təəsüflər olsun ki, bu səhifələrdə “Erməni əsilli Bakinets”lər üçün də darıxan, göz yaşları axıdan, onlari bu erməni “dost”larından ayrı salanları lənətləyən “azərilər də” az deyillər.
prix_ adlı istifadəçi, May 8, 2008 tarixində, saat 00:45 yazıb:
Rezo qardaşım. Bu yalançı patriotizmdən əl çək də. Bəli mən Bakı erməniləri üçün darıxmışam (dostlarım, qonşularım üçün) Axır əvvəl bu iki millət barişacaq. Milletlerin heç biri Qafqazı tərk edib başqa yerə köçən deyil. Müharibələr isə alçaqların oyunudur, çox təəssüf ki, qurbanlar isə sadə insanlar olur. Müharibədə udan tərəf yoxdur. Qarabağ müharibəsindən isə, hər iki millət uduzmuş halda çıxdı.
Sülh.! Sülh.! Sülh.!
Rezo adlı istifadəçi, May 8, 2008 tarixində, saat 12:19 yazıb:
prix_ adlı istifadəçi üçün:
Müharibədə uduzmuş adamın “sülh” istəməsi gülməli çıxır.
Əgər erməni tərəf də sizin kimi fikirləşsəydi, onda “Sülh”dən danışmaq olardı. Təəssüf kü, onların böyük əksəriyyəti özlərini qalib hesab edir. Bu gündə onlar Şuşanın qəhrəmancasına alınmasını qeyd edirlər. Belə olan halda isə “qaçqın ermənilərin” nə dərəcədə yazıq olmaları arxa plana keçir.
Sizin keçmiş erməni qonşulartınıza və dostlarınıza olan məhəbbətiniz vətəninizə olan məhəbəttdən üstündürsə, onda buyurun ermənilərlə əlaqələriniz davam etdirin. Məncə bunu sizə heç kim qadağan etmir. Vətənpərvərliyiyi insanlara zorla aşılamaq olmur. Bu illər boyu formalaşan hiss, emosional bağlılıqdır. Bu hissə malik olamyanlar özləri bilərlər.
prix adlı istifadəçi, May 8, 2008 tarixində, saat 13:53 yazıb:
Sülh istəyi hər bir normal insanın mahiyyətindədir. Böyük əksəriyyət dedikdə kimi nəzərdə tutursunuz. Axı DQ sadə vətandaşları bu günki acinacaqlı vəziyyətlərində özlərinə necə qalib sana bilerler? Müharibə “düşmənini tanı” deyilən bir anlayış var. Bunun əsasinda o durur ki, bütöv bir xalq düşmən ola bilməz. Burad məlum separatizmə meyli cinayətkərlar var. Bax onlar bizim düşmənlərimizdir.
“Sovet Bakı”sında yaşayanlar özlərinə heç vaxt azərbaycanlı deməyiblər. Burada azəribaycanlılar,ruslar, yəhudilər,ermənilər özlərinə Bakılı deyiblər. Yəni bu internosional(Bakılı) terminin mahiyyəti tamam başqadır. Ortaq danışıq dili isə rus dili olub. Biz istesek de istemesek də əsil Bakının mahiyyəti onun bu günü yox dünənidir. Yuxarıda sadaladığım xalqlar otaq bir mədəniyyət yaradıb ortaya qoymuşdular.
Vətənpərlik-sözünün beyinlərdə bu qədər aşınması düzgün deyil. Vətən onun uğrunda ölmək deyil, yaşamaq üçündür. Bütün insaniyyət bir şeyi başa düşməlidir ki; “Torpaq bizim ola bilməz, biz sonda torpaqin olacağiq”.
Rezo adlı istifadəçi, May 8, 2008 tarixində, saat 21:55 yazıb:
Elə bəla orasındadır ki, Bakı uzun müddət azərbyacanlıların olmayıb. İndi isə Bakının özünə qayıdış prosesi gedir. Vaxtilə Bakıya köçürülmüş millətlər tərəfindən yaradılmış “internasional sima” dağıdılmışdır. Şəhər sırf “azərbyacanlaşmaq”dadır. Bunu bir çoxları istəsə də, istəməsə də bu proses gedecək. Məncə bunu azərbaycan-erməni problemi ilə qarışdırmaq lazım deyil. Bu tarixdə birinci savaş deyl ki, onu kiminsə boynuna ataq. Bakılı ermənilərin xüsusi olamlarına da şübhə var. XX əsrin əvvəlində Bakıdakı qiyamı bəs onda kim törətmişdir?. Ermənilər həmişə nə isə qoparmaq istəyiblər və bu günə kimi buna nail olublar. Əgər vətən uğrunda ölən olmasa, onda bu proses hələ çox davam edəcək.
Azərbaycandakı bu günkü duruma baxdıqda isə orada kosmoploit düşüncə ilə yaşamağın mümkün və zəruri olunduğu görünmür. Bunu yalnız əmin-amanlıq hökm sürən, qarşılıqlı anlam şəraitində bir çox xalqların yaşadığı məmləkətdə etmək mümkündür.