***
Əlisəmid Kür,
Bayırda leysan tökür,
Mən durmuşam
pəncərənin qabağında,
Gözlərim yol çəkir -
Və «Yol» düşür yadıma,
bizim «Yol»umuz,
Qocaldıq,
qardaş,
qocaldıq,
Əl çəkdik hər şeydən,
Amma əl çəkmədi bizdən
qeylü - qalımız.………………………….
Əlisəmid Kür,
Bayırda leysan tökür…
***
Məhkəmədən qayıtmışam,
Uşağı
məktəbdən götürməyi
unutmuşam.
Suda
Türkiyə kartofu,
Dubay yumurtası qaynadıb,
soyutmuşam,
İran soğanı əzmişəm,
Böyrünə
Bolqar xiyarı düzmüşəm,
Özümü
Nemirov arağına tutmuşam -
O ki var vurmuşam,
geniş, isti,
duman kimi dərin, rahat
kresloda oturmuşam,
Və indi
aram - aram,
pleyrdə
Xan ŞUŞİnskiyə qulaq asıram.
Şuşa düşür yadıma,
Qala qapısı,
Cıdır düzü,
Topxana meşəsi düşür yadıma.
Çiçəklər gözəli
Xarıbülbül düşür yadıma.
Və bir də
bir ovuc kül düşür yadıma.
Doğma da düşür yadıma,
yad da, yağı da…
Və elə bu dəqiqələrdə,
bu düynaın
ən iyrənc yığıncaqlarından biri
başlayır aşağıda.
***
Bəlkə
bir çol kimi solmaqdansa,
bircə gül kimi
solmaq yaxşıdır.
Bəlkə
bir dəryaya dalmaqdansa,
bircə damlaya
dalmaq yaxşıdır.
Bəlkə
Göy üzü kimi dolmaqdansa,
bir qədəh kimi
dolmaq yaxşıdır,
Bir qədəh kimi dolmaq,
unutmaq
və…
unudulmaq yaxşıdır.
***
Sübhün gözü açılmamış
evdən çıxır,
xəbəri olmur,
Avtobusa minən kimi
dişini dişinə sıxır,
xəbəri olmur.
Avtobusdan düşür,
xəbəri olmur,
qan-tər içində
işə yetişirb
xəbəri olmur,
Rəndəyə, iskənəyə girişir,
xəbəri olmur.
Bircə
balası yemək istəyəndə,
Arvadı geymək istəyəndə,
Atası eynək istəyəndə
xəbəri olur,
Və bütün bunlardan
xəbər tutandan sonra
bir də ondan xəbər olur ki,
ürəyi söymək istəyir,
kimi söymək istəyir, bilmir,
nəyi söymək istəyir, bilmir
bəlkə yeri söymək istəyir,
bəlkə göyü söymək istəyir,
bilmir.
Və söyməkdən savayı
ağılnda heç bir dərdi - səri olmur,
Axşamlar uşaqlar evdə
televizora baxır,
Onun isə baxdağı televizordan
xəbəri olmur.
***
Mən
sənin əllərinə
toxunduğum günü
xatıralyıram,
o günün axşamını,
o axşamın göy üzünü,
o göy üzündəki
bütün ulduzların
min-min ürək kimi
döyündüyünü
xatırlayıram,
amma yenə
bitmir, tükənmir,
aramızda
bomboş səhra kimi
uzanan kədər,
Bağışla, xanım,
heç nə, heç nə,
səni mənə xatırlatmır,
əllərin qədər.
İcazə verin,
əllərinizdən öpüm.
***
Mənim qonşum
polis Cəbi bir
bir ucaboylü oğlandır,
ucabolyu,
enli kürək
Mənim qonşum
polis Cəbi
hər dəfə məni görəndə
kefimi soruşur, sonra
deyir:
- Müəllim, qoy görək…
Polis Cəbi bu sözləri
mənə gülə-gülə deyir,
Tum satan Fatma arvaddan
aylıq aldığına görə deyir.
Sözlərinə məzə qatır,
məni də güldürür Cəbi
Mənə mənim bildiymi
bildiyin bildirir Cəbi
Mən gülürəm,
Cəbi gülür,
ayrılırıq gülə-gülə
Mən öz evimə gedirəm,
Cəbi isə,
Fatma gilə!
***
Bu adamların içində,
adam olmaq olmur, tanrım,
Gəl sən məni quş eylə,
Quş eyləyə bilməsən,
Ağac eylə,
daş eylə,
Bunu da bacarmasan,
Sən məni sərxoş eylə -
Həsi eylə,
Hüsü eylə,
Məni də
nəyinsə kefliysi elə,
Qoy yaşayım bir təhər
ölüm gələnə qədər…
***
Səndən əvvəl də
dünyasını dəyişən oldu,
səndən sonra da.
Amma heç kəsin ömrü
səninki kimi
qalmadı yarıda, Akif Səməd.
Bizim yasımız
Səninlə başladı,
bizim hüzr çadırımız
səninlə quruldu, Akif Səməd,
Bizim ürəyimiz
ilk dəfə
sənin ürəyində
yorludu, Akif Səməd,
Bizim son yasımız,
son çadırımız
hansımızla qurulacaq?! -
nə deyim, Akif Səməd,
Qorxuram,
çox qorxuram,
qorxuram;
sənin kimi ölməyim,
Akif Səməd.
« “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsinin nəticələri açıqlanıb | Əsas səhifə | “Ermənilər Bakı üçün yaman darıxır” »




Bölmə: 










İlisu adlı istifadəçi, May 7, 2008 tarixində, saat 10:42 yazıb:
Allah sənə səbr versin, Rasət qardaş.
Sənin e maillərə göndərdiyin müraciətlər adamın ürəyini parçalayır.
Bu adamların içində,
adam olmaq olmur, tanrım,
Gəl sən məni quş eylə,
Quş eyləyə bilməsən,
Ağac eylə,
daş eylə,
Bunu da bacarmasan,
Sən məni sərxoş eylə -
Bax belə.
sherif adlı istifadəçi, May 7, 2008 tarixində, saat 16:11 yazıb:
ifrat pessimizm var sheirlerde
kasibliqdan
haqsizliqdan
yashlanmaqdan
istediyini aldira bilmemekden
yorgun giley-guzar
ama mene tesir eledi nedense
belke burada hamimizin aqibetini gordum ondandi
Mübariz Ulusel Muganna adlı istifadəçi, May 7, 2008 tarixində, saat 17:40 yazıb:
Rasət qəribə yaradıcılıq yolu keçib, mənə elə gəlir ki, bu yolun ziq-zaqları elə onun xarakteri kimidir - yaşam tərzində, qoşulduğu mənasız davalarda olduğu limi. Rasət, şübhəsiz ki, istedadlı şairdir, nəyi necə yazmağın ağrısını yaxşı bilir, bu baxımdan indi təqdim etdiyi şeirlər bir as da “kecikmiş” ağılardır. Məhz dərin ruhi təbəddülatlar keçirən, öz içində azan adamlar belə şeirlər yaza bilər, bu adam özüylə çək-çevir edir, bu şeirlər də daxildən, oradakı “olar-olmaz” davasından qalma qəlpələrdir. İnsan haqsız hərəkətlər edib, ola bilsin ki, “haqlı” şeirlər yaza bilər, amma şeir haqla nahaqqın kəsişib sənə ölüm hökmü kəsdiyi məqamdan keçməsə, yüz ildən sonra özün də haqsız olacaqsan. Rasətin “Yol”dan bu yana bütün yazdıqlarını izləmişdim, ilk gəncliyində yazdıqlarının bəzi hissəsini çıxmaqla, digər yazıları özüylə mənasız döyüşlərə bənzəyirdi, Rasət bəzən adi şeyləri də dolaşdırıb təqdim etməyi sevirdi. Mən indi sevinmək istərdim ki, o, bu cəfəng döyüşlərdən yorulub, “haqq yoluna” qayıdır. Akif Səməd məqamı yerindədir - o mənada ki, Akif yaxşı şeirin nə olduğunu çox gözəl bilirdi, amma bir-iki misra puçurladıqdan sonra “ayaqları” tutulurdu, əlləri… o şeirə doğru uzansa da çatmırdı.
qanturali adlı istifadəçi, May 7, 2008 tarixində, saat 23:13 yazıb:
Salam. Yaxsi seirlerdi. Kederli seirlerdi.Raset sairdi.
Məsiağa Məhəmmədi adlı istifadəçi, May 8, 2008 tarixində, saat 09:22 yazıb:
Bu gün çoxdan etdiyim bir tərcüməni bloqumda yerləşdirmək üçün hazırlayanda Mallarmenin aşağıdakı sözlərinə rast gəldim:
“Ah, ey şairlər! Sizinlə həmişə fəxr ediblər, amma indi siz bütün zamanlarda olduğundan daha çox alçaldılmış və təhqir edilmisiniz”.
Məncə, Rasət bəyin şeirləri çağdaş cəmiyyətimizdə təkcə şairləri deyil, bütövlükdə ziyalıları əzən bu acı gerçəkliyi, onun doğurduğu üzücü ovqatı yaxşı ifadə edir…
Ilahä Ucaruh adlı istifadəçi, May 8, 2008 tarixində, saat 14:56 yazıb:
C.Keyg adlı bir məşhur bəstəkarın meşhur əsəri var piano üçün. ”4,33 dəqiqə” adlanır. Pianoçu səhnəyə çıxır və 4,33 dəqiqə piano arxasında sakitcə oturur, hərdənbir qabağındakı not dəftərini çevirir, sanki, yeni səhifədən çalmaq üçün… Sonra isə durub baş əyir tamaşaçılara və çıxıb gedir… C.Keyg deyir: ”Ənənəvi olaraq musiqi adlandırdığımız hər şeyi kənara qoymağa razılıq versəydik, onda bütün həyat musiqi olardı.”
Men də bu sözləri dəyişdirərək bele deyərəm : ” Ənənəvi olaraq şeir, roman adlandırdığımız şeyləri kənara qoysaydıq, onda bütün həyat şeir, roman olardı…”
Doğurdan da, hər bir ömür (ən maraqsız keçən ömür belə, bunu A.P.Çexov , O.de Balzak və s. gözəl tutmuşlar), hər gün, hər saat, hər hadisə, söhbət, düşüncələr, xatirələr, yuxular və s.– hamısı bir maraqlı hekayədir, şeirdir, felyetondur, romandır…
Vusal Rahimov adlı istifadəçi, May 8, 2008 tarixində, saat 15:00 yazıb:
Bu şeirlərdə yaxşı, tutarlı məqamlar olsa da, güc, enerji azdır, necə deyərlər “dairə qapanmır”. Bunu hökmən nəzərə almaq lazımdır, bəzi adamların dediyi kimi, şeirin kədərli olması hələ onun mükəmməlliyinə dəlalət etmir. Xüsusən Akif Səmədə və … Cəbiyə həsr edilmiş şeirlər çox zəifdir. Şeiri konkret zaman içində deyil (guya indi rəzalət həmişəkindən çoxdur-?!),zaman dışında qiymətləndirmək daha yaxşı olardı.
Turan Şirvanlı adlı istifadəçi, May 8, 2008 tarixində, saat 15:10 yazıb:
Rasətin şeir kimi təqdim etdiklərini bu kateqoriyaya salmaq çətindir. qanturalı kimilərin bəh-bəhi nə qədər bəlağətli olsa belə… Niyə?? Ona görə ki, şeir sözün, özü də insanı yerindən oynada bilən sözün ilahi bir düzümüdür. Bu düzüm formasından asılı olmayaraq bir daxili ləngər, ritm və intonasiya daşımalıdır axı.. Yoxsa, elə-belə, günü keçmiş qarıların dedi-qodusundan heç nə ilə seçilməz. Bu təqdim olunan yazı kimi.
Kurov Ali Agses adlı istifadəçi, May 8, 2008 tarixində, saat 17:12 yazıb:
kimi söymək istəyir, bilmir,
nəyi söymək istəyir, bilmir
bəlkə yeri söymək istəyir,
bəlkə göyü söymək istəyir,
bilmir.
Və söyməkdən savayı
ağılnda heç bir dərdi - səri olmur,
Rasət haqqında son dərəcə dəqiq deyilib.
Mehman yologlu adlı istifadəçi, May 8, 2008 tarixində, saat 17:16 yazıb:
Bu adamların içində,
adam olmaq olmur, tanrım,
Gəl sən məni quş eylə,
Quş eyləyə bilməsən,
Ağac eylə,
daş eylə,
Bunu da bacarmasan,
Sən məni sərxoş eylə -
Həsi eylə,
Hüsü eylə,
Məni də
nəyinsə kefliysi elə,
Qoy yaşayım bir təhər
ölüm gələnə qədər…
Şeirin havası plağiatdır. Yazmaq - bütün təkrar və montaj imkanlarından qaça bilmək bacarığıdır!
Sarxan adlı istifadəçi, May 9, 2008 tarixində, saat 03:41 yazıb:
Rasət müəllim, deyəsən Petkanın adamları burda da sizə rahatlıq vermirlər. Özü də maşallah, hamısı şeirşünas imiş ki…
Ayxan adlı istifadəçi, May 9, 2008 tarixində, saat 11:26 yazıb:
Bu lap təzə xəbər oldu. Kimsə özlüyündə düşünürsə ki, hadisələri istədiyi kimi yönləndirə bilər, çox səhv eləyir və… sadəcə aranı qışışdırır, şeirdən danışın,dava-dalaş zəif adamların işidir, yenə də də: şeirdən danışın. Hələ biləmk olmaz kim-kimin adamıdır…
Qəşəm Nəcəfzadə adlı istifadəçi, May 9, 2008 tarixində, saat 14:53 yazıb:
Salam Raset, gozel seirlerdi.Sair yasidlarin icinde tepeden dirnaqa sair olaraq yalniz sen qaldin.
Rebiqe adlı istifadəçi, May 9, 2008 tarixində, saat 15:30 yazıb:
kederlidi shubhesiz… istemezdim bele olsun
Raset Pirisoyu adlı istifadəçi, May 10, 2008 tarixində, saat 15:48 yazıb:
Hamıya minnətdarlığımı bildirirəm,
hətta Azərbaycan yazıçılarının sədri və müdri Anar müəllimə də.