Qaynar xəbər portalı

Timur KibirovKultAz: Rusiyanın milli “Şair” mükafatının növbəti laureatı Timur Kibirov oldu.
Mükafatlandırma mərasimi may ayının 22-də olacaqdır.
Timur Kibirov konseptual şeirlər yazır və onun ilk “Ümumi yerlər” kitabı 1990-cı ildə çıxmışdır. 1993-cü ildə o, Tepfer fondunun Puşkin mükafatını, 1996-cı ildə isə “Arion” jurnalının mükafatını qazanmışdır. Bundan başqa müəllifin həm də “Anti-Buker” və “Şimali Palmira” adlı mükafatları da var. Davamı…


KultAz: Araşdırmalar göstərib ki. hər beşinci rusiyalı( 22%) heç vaxt teatrda olmamışdır.
Əhalinin 48 %-i isə teatra demək olar ki, getmir.
15 % Rusiya vətəndaşı bu mədəniyyət ocağına ildə bir dəfədən artıq baş çəkmir.
Beləliklə, Rusiya vətədaşlarının çox böyük bir hissəsi (85%) teatral həyatla qətiyyən maraqlanmırlar və tamaşalara baxmırlar. Davamı…


Mayın 28-dən iyunun 1-dək Amsterdamda Beynəlxalq qısametrajlı filmlər kinofestivalı keçiriləcək.
Azərbaycan rejissoru Asif Rustəmovun “Ev” filmi festivalın münsiflər heyətinə təqdim olunacaq. Davamı…


KinoGənc kinematoqrafçılar nazirliyi tənqid edirlər

Mayın 6-da Mədəniyyət və Turizm Nazirliyinin 35 yaşınadək olan gənc rejissorlar arasında keçirdiyi  «Bu meydan, bu ekran» video formatda qısametrajlı film müsabiqəsinin qalibləri elan olundu.
Əvvəlki illərdən fərqli olaraq, bu il 8 lahiyə seçiləcəkdi ki, bunun da 5-i sərbəst, 3-ü Qarabağ mövzusundan bəhs etməli idi. Layihələri isə özəl və dövlət studiyaları (prodakşnları) təqdim edə bilərdi. Bir film üçün büdcəsi 30 min manat olan layihənin məqsədi yeni yaranmış prodakşnlara və gənc rejissorlara sınaq imkanı yaratmaqdır. Artıq 3-cü dəfə keçirilən bu ilki müsabiqədə bəzi arzuolunmaz hallar yaşanıb. Davamı…


İFA-SC (Cənubi Qafqaz ölkələrinin Müstəqil Yaradıcılıq Birliyi) rejissorları, prodüsserləri, kino təşkilatlarının rəhbərlərini “Cənubi Qafqazda sənədli film kinoistehsalının yaxşılaşdırılması” adlı treninqdə iştirak etməyə dəvət edir. Bu haqda  xəbəri “GÜN Səhər”ə “Nərimanfilm”-in əməkdaşı Leyla Dostəlizadə verib.
Treninqin iştirakçıları burada bilik və bacarıqlarını möhkəmləndirməklə yanaşı, həm də müəyyən layihələr ətrafında müzakirlər aparacaq, yeni məlumatlar əldə edəcəklər. Davamı…


MTV telekanalı özünün kino mükafatlarına nominantların adlarını açıqlayıb.  Belə ki, 2007-ci ilin ən yaxşı filmi uğrunda “Cuno”, “Transformerlər”,  “Karib dənizi quldurları-3”, ”Superistiotlar” və “Millətin xəzinəsi-2” filmləri mübarizə aparacaqlar. Hələlik ”Cuno” və “Superistiotlar” müxtəlif nominasiyalar üzrə daha çox yer alıblar. MTV öz mükafatlarını iyunun 1-də təqdim edəcək. Davamı…