MTV telekanalı özünün kino mükafatlarına nominantların adlarını açıqlayıb. Belə ki, 2007-ci ilin ən yaxşı filmi uğrunda “Cuno”, “Transformerlər”, “Karib dənizi quldurları-3”, ”Superistiotlar” və “Millətin xəzinəsi-2” filmləri mübarizə aparacaqlar. Hələlik ”Cuno” və “Superistiotlar” müxtəlif nominasiyalar üzrə daha çox yer alıblar. MTV öz mükafatlarını iyunun 1-də təqdim edəcək. Mərasimin aparıcısı qismində Ostin Payers rolu ilə tanınan komik aktyor Mayk Mayers çıxış edəcək. Bu tədbirdə həmçinin “Ən yaxşı öpüş səhnəsi”, “Ən yaxşı qəddar”, Ən yaxşı kino davası” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. Qeyd edək ki, ötən il “Karib dənizinin quldurları-2” filmi ən yaxşı film, onun baş rolu ifaçısı Conni Depp isə ilin ən yaxşı aktyoru kimi MTV-nin mükafatına layiq görülmüşdü.
« Əliqismət Lalayev vəzifəsindən azad edilib | Əsas səhifə | Azərbaycan kinematoqrafları üçün beynəlxalq treninq »




Bölmə: 








