May
9
Bahar Rüstəmli
…Kirxada konsert gedirdi. İlk ifa tamamlandı. Pauza. Salonda alqışlar səsləndi. Yanımda əyləşmiş kişi mənə sarı əyilərək astaca, güclə eşidiləcək tərzdə dedi: “Birinci aktdan sonra əl çalınmır”. Təəccüblə ona sarı çevrildim. O artıq mənə baxmırdı. Qollarını sinəsində çarpazlayaraq gözlərini düppədüz səhnəyə zilləmişdi. Bundan sonra mənə bircə kəlmə də demədi. Musiqi səslənirdi. Amma musiqiyə marağım tamamilə itmişdi. Mən salondakılara nəzər yetirirdim. Davamı…
May
9
QULU AĞSƏSİN DOĞUM GÜNÜNƏ
“1969-cu ilin 20 aprel günü atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum… Ömürlüyüm kökaltı ifadəyə bənzər; surətini çıxarmaq mümkün olsaydı, yaxamdan asıb diyarbadiyar gəzərdim”.
Bu sözlər yaxınlarda növbəti doğum gününü qeyd edən şair Qulu Ağsəsin bu dünyaya etiraz notları üstə kökləyərək dilə gətirdiyi tərcümeyi-halındandır. Dəqiq bilirəm ki, qələm dostumuz bu dünyayla dil tapsaydı, şair olmazdı, ədəbiyyatımız da yepyeni bir nəfəsin hərarətindən məhrum olardı. “Hazırkı məqamda onun şeir yaradıcılığı iki müxtəlif qaynağa söykənir: klassik-milli və modern-qeyri-milli. Gümana görə, gənc şairin əsl yaradıcılıq yolu məhz bu iki qaynağın vəhdətindən yaranmalıdı, yəni klassik nəfəs modern - Ağ nəfəslə qaynayıb-qovuşmalı və möhkəm vəhdət ədəbiyyat tariximizə Qulu Ağsəs üslubunu gətirməlidi” (Bayram Əvəzoğlu). Davamı…
May
9
“Yaradıcı insanlara və təşkilatlara dövlət tərəfindən ayrılan vəsait azaldılmamalıdı. Əksinə, yaxşı olar ki, ayrılan vəsaitin hara xərcləndiyini araşdırsınlar. Milli Məclisin sədr müavini Valeh Əsgərov da yaxşı olar ki, buna diqqət yetirsin”. Yazıçı-publisist Orxan Fikrətoğlu belə deyib. O.Fikrətoğlu onu da bildirib ki, bu işlərə o qədər qarışmasa da, ayrılan vəsaitin nəticəsini görmək istəyir: “Nəinki bu, qoy bütün sahələrdə araşdırma aparsınlar. Davamı…
May
9
Bir tamaşaya söz ardı
Cəmiyyətdə dönüşü olmayan dəyişikliklərə ləyaqətin itirilməməsi bahasına sinə gərmək, məişət nizamsızlığı qarşısında sınmamaq… «kandarda dayanıb qapını döyən» taledən, qismətdən qorunmaq mümkünmü? Norveç dramaturqu Henri İbsenin də düşüncələrindən yan keçməyib bu suallar. Sanki sosial faciəni, etik-mənəvi çevrilişlərin insanlığa təsirsiz ötüşməyəcini öncədən hiss edirmiş dramaturq.
Əsərlərindən göründüyü kimi İbseni hər zaman məhəbbətə layiq insanların taleyi maraqlandırıb. Təkcə mənafelərini deyil, hətta özünü belə məhəbbətə qurban verməyi bacaran insanların “kəşfi” maraqlandırıb həm də. Təsadüfi deyil ki, ilk dəfə məhz İbsen, ailəiçi münasibət pərdələrini qaldırıb. Yalnız maraq xatirinə deyil. Davamı…